Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə113/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   109   110   111   112   113   114   115   116   ...   162
Elektron diw

Başlanğıc mərhələsiəsasən simptomsuz keçir, bəzən diş ətində gicişmə hissi ola bilir. 
Diş ətinin selikli qişası solğun görünür, diş əti məməciyinin hündürlüyü azala bilir. 


Prosesin başlanmasını yalnız rentgenoloji məlumat təsdiq edə bilər. Bu vaxt süngər 
maddənin osteosklerozu (sümüyün kiçik ilgəkli strukturu) və dişarası çəpər zirvələrinin 
dəyişilməsi aşkara çıxarılır.  
Paradontozun birinci dərəcəsi zamanı xəstələr gicişmə, diş ətinin və dişlərin keyiməsi 
(xüsusən frontal sahələrdə) hissi keçirirlər, bəzən dişlərin boyun nahiyəsində kimyəvi 
və  temperatur  qıcıqlandırıcılarına  həssaslıq  yaranır.  Diş  əti  kənarının  selikli  qişası 
solğunlaşır,  diş  əti  məməciyinin  ölçüsü  kiçilir,  dişlərin  boyun  nahiyəsi  açılır,  bəzən 
yeyilə bilir. Diş ətiüstü diş daşı çöküntüsünə təsadüf edilir.  
Dişlərin möhkəm olmasına baxmayaraq rentgenoqramda dişarası çəpərlərin sümük 
toxumasının  öz  hündürlüyünün  3/4-  1/3  hissəsi  səviyyəsində  aydın  rezorbsiya 
mənzərəsi, qalmış kartikal qatda sümüyün süngər maddəsinin sklerozlaşması aşkara 
çıxarılır.  
Paradontozun ikinci dərəcəsində xəstələr diş ətində xoşagəlməz hisslər olmasından, 
diş boynunun qıcıqlandırıcılarının təsirindən ağrımasından şikayətlənirlər. Diş ətinin 
selikli qişası solğunlaşır, dişlərin boyun hissəsi çox açılır və diş arası sahələr boşalır (diş 
ətinin  atrofiyası  nəticəsində).  Tez-tez  pazabənzər  qüsurlara  təsadüf  edilir.  Dişlərin 
yerdəyişmə hadisəsi ola bilir.  
Rentgenoloji  cəhətdən  bütün  dişlərin  dişarası  çəpərlərinin  1/2  -  2/3  hündürlüyü 
səviyyəsində  sümük  toxumasının  rezorbsiyası  aşkara  çıxarılır  (bərabər  səviyyədə). 
Bununla yanaşı, alveolyar çıxıntının sümük toxumasının sklerozlaşması  təsviri aydın 
görünür.  
Paradontozun  distrofik  formasının  üçüncü  dərəcəsində  xəstələr  diş  ətinin 
ağrımasından,  dişlərin  tərpənməsindən  və  yerdəyişməsindən  şikayətlənirlər.  Selikli 
qişa  solğunlaşır,  dişlərin  boyun  nahiyəsində  iltihab  hadisələri  aşkara  çıxarıla  bilir. 
Dişlərin boynu öz uzunluğunun 1/2 - 2/3 hissəsi qədər açılır, qıcıqlandırıcıların təsirinə 
həssas  olur.  Rentgenoloji  cəhətdən  dişarası  çəpərlərinin  sümük  toxumasının  kök 
zirvəsinə qədər çatan atrofiyası aşkara çıxarılır.  
Paradontozun  distrofik-iltihabi  formasına  distrofik  formaya  nisbətən  daha  tez-tez 
təsadüf  edilir.  Distrofik  formada  olduğu  kimi,  burada  da  başlanğıc  mərhələsi,  I,II,III 
dərəcələri mövcuddur.  
Paradontozun  distrofik-iltihabi  formasının  başlanğıc  mərhələsi  zamanı  subyektiv 
hisslər olmaya, yaxud gicişmə və diş ətində xoşagəlməz hisslər duyula bilər. Bu vaxt 
diş əti kənarına selikli qişasının iltihab hadisələri zəif ifadə olunur, ayrı-ayrı diş qrupları 
nahiyəsində lokallaşır. Diş əti məməciklərinin ödemliyi aldadıcı diş əti ciblərinin əmələ 
gəlməsinə  səbəb  olur  (diş  əti  cibləri  ona  görə  aldadıcı  adlanır  ki,  epitelial  örtüyün 
halqavari bağın tamlığı pozulmur). 
Rentgenoloji  təhqiqat  zamanı  alveolyar  çıxıntının  sümük  toxumasının  süngər 
maddəsinin osteoporozu və dişarası çəpərlərin zirvəsinin rezorbsiya əlamətləri aşkar 
edilir.  
Paradontozun  əlverişsiz  şəraitdə  xronik  gedişə  malik  olan  başlanğıc  mərhələsi 
kəskinləşə bilir. Belə hallarda diş əti qişası ödemli, hiperemiyalaşmış olur, ondan qan 
gəlir.  


Paradontozun distrofik-iltihabi formasının birinci dərəcəsi zamanı xəstələr bərk qidanı 
dişləyərkən diş ətindən zəif qan gəlməsindən şikayətlənirlər. Proses kəskinləşən halda 
qangəlmə güclənə bilir, ağızdan pis iy gəlir, diş ətində ağrı olur və i.a. diş.əti kənarının 
selikli qişası hiperemiyalaşır, diş əti məməcikləri ödemli olur. Patoloji diş əti ciblərinin 
dərinliyi 2-3mm-ə çatır, lakin diş əti kənarının ödemi hesabına daha da dərin ola bilər.  
Rentgenoloji  müayinədə  alveolyar  çıxıntının  süngər  maddəsinin  osteoporozu  və 
dişarası çəpər zirvəsinin aydın görünən rezorbsiyası aşkar edilir. Sümük toxumasının 
daha aydın dəyişikliyi diş sırasının deformasiya sahəsində aşkara çıxarılır.  
Paradontozun distrofik-iltihabi formasının ikinci dərəcəsində xəstələr diş ətindən qan, 
ağızdan pis iy gəlməsindən, ağrılardan, dişlərin tərpənməsinin ilk təzahürlərindən və 
yerdəyişmənin  ilk  əlamətlərinin  meydana  çıxmasından  şikayətlənirlər.  Dişlər 
arasındakı məsafənin böyüməsi aşkar görünür. Patoloji prosesin bu dərəcəsində diş 
əti  kənarlarının  dəyişiklikləri  aydın  görünür:  diş  əti  məməcikləri  iltihablaşır,  ödemli 
olur  və  ya  hiperemiyalaşır.  Patoloji  diş  əti  ciblərinin  dərinliyi  5  mm-ə  çatır,  onların 
zondla  üzdən  yoxlanması  qan  gəlməsi  ilə  müşaiyət  olunur.  Bəzən  patoloji  diş  əti 
ciblərindən irin gəlir, dişlər tərpənir, yerini dəyişir. Proses kəskinləşdikdə göstərilən 
simptomlar daha intensiv təzahür edir: diş ətindən qan və irin gəlməsi güclənir, diş əti 
absesləri əmələ gələ bilir.  
Rentgenoloji  müayinədə  alveolyar  çıxıntının  sümük  toxumasının  xeyli  itdiyi  aşkara 
çıxarılır,  destruktiv  dəyişikliklər  qeyri-bərabər  olur.  Onlar  paradont  toxumalarının 
həddən artıq yükləndiyi sahələrdə xüsusilə intensiv təzahür edir.  
Paradontozun  distrofik-iltihabi  formasının  üçüncü  dərəcəsində  diş  ətindən  qan 
gəlməsindən,  dişlərin  tərpənməsindən  yerdəyişməsindən  və  düşməsindən 
şikayətlənirlər.  Anamnezdən  aydınlaşır  ki,  sağlam  (dağılmamış)  dişlərin  çıxarılması 
halları  olmuşdur.  Adətən,  xəstələr  xəstəliyin  uzun  müddət  davam  etdiyini,  lakin 
patoloji  prosesin  son  1-2  ildə  xüsusilə  intensiv  inkişaf  etdiyini  göstərirlər.  Müayinə 
zamanı, adətən, diş sıralarının normal nisbətinin pozulduğu, dişlərin olmadığı, qeyri-
səmərəli protezləmə aşkara çıxarılır. Diş əti kənarının selikli qişasının aydın görünən 
iltihabı,  qranulyasion  toxumanın  çox  böyüməsi,  artması  ilə  birlikdə  diş  əti 
məməciklərinin böyüməsi də müşahidə edilir. Patoloji diş əti cibləri dərin olur, bəzən 
kökün zirvəsinə qədər çatır. Ciblərdən çox vaxt irin ifraz olur. Dişlər laxlayır (bəzən III 
dərəcə), yerini dəyişir. Rentgenoloji cəhətdən diş arası çəpərlərin sümük toxumasının 
atrofiyası aydın görünür.  
Gingivit, paradontit, paradontoz, paradont toxumasının şiş xəstəliklərini bir-birindən 
differensiasiya  etmək  lazımdır.  Belə  ki,  kliniki  əlamətlər  və  rentgenoloji  metodlar 
diaqnozun qoyulmasında böyük rol oynayır.  
Diş daşı ağız suyunda olan kalsium duzlarının çöküntüsüdür. Diş daşında ağız boşluğu 
selikli qişası epitelisi, qida qalıqları, mikroorqanizmlər və s. olur. Eksperimentlə sübut 
olunmuşdur  ki,  diş  daşının  tərkibində  şüalı  göbələklər (Qrinyov  və  Baranova,  1928) 
olur, buna görə də diş daşının əsasını birləşdirən aktinomisetlərdir.  
Paradontoz  zamanı  patoloji  ciblərdə  əmələ  gəlmiş  iltihabi  proses  diş  boynu 
nahiyəsində və kök sementində diş daşının çökməsi üçün yaxşı şərait yaradır.  


Paradontoz zamanı alveol çıxıntının hündürlüyünü ilkin görkəminə qədər bərpa etmək 
mümkün  olmasa  da,  diş  yuvasının  sonrakı  sorulmasının  qarşısını  almaq,  dişlərin 
hərəkiliyini azaltmaq mümkündür. Bu zaman xüsusi müalicə kompleksi tətbiq edilir:  
1.  Diş  çöküntülərinin,  xüsusilə  dişətialtı  çöküntülərin  mexaniki  və  kimyəvi  yolla 
təmizlənməsi  
2.  Dişəti  kapilyar  qan  dövranının  xüsusi  terapevtik  üsullarla,  dişətinin  massaji  ilə 
yaxşılaşdırılması.  
3. Toxuma terapiyası  
4. Dişlərin dişəti cibini dezinfeksiya, ağız boşluğunu dezodorasiya edən və şişkin dişəti 
kənarına büzücü təsir göstərən medikamentoz tozlarla təmizlənməsi.  
5. 40-50 yaşa qədər insanlara kalsium preparatlarının daxilə qəbuli və ionoforez (15-
20 seans) təyini.  
6. Göstərişə görə vitamin terapiyası  
7. Diş yuvalarının küretajı və patoloji dişəti kənarının kəsilməsi-gingivoektomiya.  
8. Lazım gələrsə, antibiotikoterapiya.  
9. Dişlərin plastmas və ya metal kappalarla immobilizasiyası.  
10.  Çeynəmə  funksiyasının  protezlənmə  ilə  bərpası  (dişlərin  artıq  yüklənməsinin 
qarşısını almaq məqsədilə).  
11. Dişlərin patoloji qapanmasının aradan qaldırılması.  
12. Həm horizontal (üfiqi), həm də vertikal (şaquli) laxlama zamanı dişlərin çıxarılması  
13. Endokrin, sinir sistemi və mədə bağırsaq traktının patologiyaları ilə məşğul olan 
ixtisasçıların yanında müalicə.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin