Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat


Əngin və çənənin xroniki odontogen osteomieliti



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə119/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   115   116   117   118   119   120   121   122   ...   162
Elektron diw

Əngin və çənənin xroniki odontogen osteomieliti. Xroniki osteomielit əksər hallarda 
kəskin osteomielitin ağırlaşması nəticəsində baş verir, bəzən ola bilər birincili xroniki 
osteomielit gözlənilsin. Kəskin odontogen osteomielitin xroniki formaya keçməsi və 
bu zaman sümük toxumasında yaranan müxtəlif formada patoloji dəyişikliklər bir çox 
səbəblərdən  asılı  olaraq  baş  verə  bilər.  Bunlardan:  xəstənin  vaxtında  müraciət 
etməməsi,  diaqnozun  dəqiq  qoyulmaması,  cərrahi  və  konservativ  müalicənin  tam 
ətraflı  aparılmaması,  xəstə  orqanizmin  spesifik  və  qeyri-spesifik  müdafiə  səviyyəsi, 
irinli prosesdə iştirak edən törədicilərin virulentlilik dərəcəsi və s.  
Sümükdə baş verən məhdud, diffuz sekvestrasiya, axırıncının kiçik və ya böyük ocaqlı, 
xırda  və  ya  iri  sekvesterlərlə  özünü  biruzə  verməsi  yuxarıda  göstərilən  amillərdən 
asılıdır.  
Klinika.  Xronikiodontogen  osteomielit  zamanı  patoloji  prosesin  yerləşdiyi  nahiyədə 
dəri tərəfdən, dişətində fistul yaranır, oradan irin gəlir fistul girəcəyində qranulasiya 
toxuması (qırmızı rəngdə) müşahidə olunur. Adətən sümükdə rentgenoloji dəyişiklik 
3-4  həftə  ərzində  baş  verir.  sekvestrin  yaranma  müddəti,  onun  sağlam  toxumadan 
tam ayrılması, demarkasion xəttin və sekvestr kapsulanın yaranması patoloji prosesin 
çənənin hansı nahiyəsində yerləşməsindən asılı olaraq baş verir. Əngdə sekvestr xırda, 
məhdud formada alveol divarında, çənədə isə sekvestr böyük həcmli olur. Eyni vaxtda 
ola bilər sekvestrasiya çənənin cisimi; bucaq, şaxə nahiyəsində gözlənilsin və patoloji 
zonada dişlər laxlayır.  
Xroniki osteomielit ağırlaşma, fəsadlar fonunda gedə bilər. Bu zaman xəstənin ümumi 
vəziyyəti pisləşir, bədənin hərarəti yüksəlir.  
Son illərdə xroniki osteomielitin kliniki gedişi atipik xarakter daşıyır. Çox halda çənədə 
osteomielit prosesi yuva formalı, kiçik ocaqlı rezorbsiya yaratmaqla müşahidə olunur. 
Bəzi hallarda sümükdə proraktiv dəyişiklik üstünlük təşkil edir.  
Xroniki osteomielitin müalicəsi. Kompleks tədbirlərdən – stimuəedici, sensiblizasiyaya 
əks, antibiotiklərin və başqa iltihaba qarşı dərmanların təyin edilməsindən ibarətdir. 


Fərdi  olaraq  immunoloji  testlərin  nəzarəti  altında  immun  preparatları  (stafilokok 
anatoksini, levamizol, T-aktivin, timolin və s.) təyin edilir.  
Cərrahi müalicə - sekvestrektomiya kliniki, rentgenoloji şəkilin əsasında aparılır. Əgər 
proses  alveol  çıxıntısında  yerləşərsə  sekvestrektomiya  ağızdaxili  aparılır:  Əməliyyat 
naqili  və  infiltrasion  keyləşdirmə  altında  aparılır.  Osteomielit  ocağı  çənənin  aşağı 
kənarında, bucaq nahiyəsində yerləşərsə sekvestrektomiya əməliyyatı ağızdankənar 
aparılır.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin