Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat


Üz-çənə nahiyəsinin abses və fleqmonalarının müalicəsi



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə122/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   118   119   120   121   122   123   124   125   ...   162
Elektron diw

Üz-çənə nahiyəsinin abses və fleqmonalarının müalicəsi 
Üz-çənə  nahiyəsinin  abses  və  fleqmonalarının  müalicəsi  kompleks  konservativ 
tədbirlərlə və cərrahi əməliyatla aparılır.  
İrinli-iltihabı  xəstəliklərin  kompleks  müalicəsi  patoloji  prosesin  klinik  gedişatından, 
ağırlıq dərəcəsindən, irinli-nekrotik prosesin törədicilərinin patogenliyindən, onların 
antibiotiklərə  həssaslığından,  xəstənin  yaşından,  makroorqanizmin  immunloji 
vəziyyətindən asılı olaraq təşkil olunur.  
Abses və fleqmonaların cərrahi müalicəsi irinli ocağın vaxtında və geniş açılmasından, 
yaraya  aktiv  drenaj  qoymaq  və  yerli  fəal  dializ  aparmaqdan  ibarətdir.  Üz-çənə  və 
boyun  nahiyələrdə  irinli  ocaqların  açılması  üçün  tipik  kəsiklər  mövcuddur.  Dializ 
antiseptik  məhlullarla,  antibiotiklə,  fermentlərlə  aparılır.  Sarğı  xlorqeksidinlə, 
dioksidinlə,  qramisidinlə  qoyulur.  Çürüntülü-nekrotik  fleqmona  zamanı  yaranı  3% 
marqansla, perekislə yumaq lazımdır.  
İrinli  ocağın  cərrahi  yolla  açılması  zamanı  kəsik  prosesin  yerləşdiyi  nahiyədən  asılı 
olaraq  üz  sinirinin  şaxələrinə,  təbii  dəri  qırışına,  uyğun  aparılır.  İrinli  prosesin 


ölçüsündən asılı olaraq toxuma qatları irinliyə qədər 3-4 sm uzunluğunda kəsilməlidir. 
Bəzi hallarda kəsik yalnız dəridə 3-4 sm uzunluğunda aparılır, sonra yaranın ortasından 
maskitin ucu ilə təzyiq altında irinli ocaq qıfaoxşar forma alır. Bu cür vəziyyətdə böyük 
irinli  ocaqdan  qıfın  ucunu  xatırladan  yaradan  irin  damcılanır.  Belə  hallarda  yaranın 
irindən  təmizlənməsinin  uzun  vaxt  apardığını  həkimlər  mikrofloranın  virulentliyidə, 
makroorqanizmin  spesifik  və  qeyri-spesifik  immun  sisteminin  zəifliyində, 
antibiotiklərin zəif təsirində görürlər.  
İrinli  prosesin  məhdud  bir  anatomik  nahiyədə  yerləşməsindən,  xəstənin  ümumi 
vəziyyətindən,  əməliyyatın  aparılacaq  şəraitdən  asılı  olaraq  onun  açılması  yerli  və 
ümumi  ağrısızlaşdırma  altında  irinli  ocaq  açılsın.  Cərrahi  əməliyyat  irinli  proses 
yerləşdiyi nahiyədən asılı olaraq maska narkozu altında, venadaxili ketaminlə aparılır. 
Əgər  buna  şərait  olmazsa  onda  bu  əməliyyatı  premedikasiya  fonunda  yerli 
keyləşdirmə altında aparmaq mümkündür.  
Üz-çənə  nahiyəsinin  irinli-iltihabı  xəstəliklərinin  kompleks  konservativ  müalicəsi, 
prosesin  kliniki  gedişatından  (hipoergik,  normergik  və  hiperergik)  asılı  olaraq 
antibakterial,  desensiblizasiyaedici,  detoksikasion  terapiyadan,  immun  sisteminin 
korreksiyasından ibarətdir.  
İrinli  ocağın  ilk  açıldığı  vaxtdan  möhtəviyyat  müayinəyə  götürülür.  Bakterioloji 
tədqiqat  aerob  və  anaerob  mühitdə  aparılmalıdır.  Bakterioloji  müayinənin  cavabı 
gələnə qədər xəstəyə geniş spektr təsirə malik olan sfelosparin qruplu antibiotiklər 
təyin edilir.  
Preparatlar  əzələdaxili,  venadaxili  ya  arteriyadaxili  yeridilir.  Mikrobioloji  tədqiqatın 
cavabı gəldikdən sonra ona uyğun antibiotiklər təyin edilir.  
Detoksikasion terapiya məqsədi ilə 400 ml gemodez ya reopoliklyukin, 500 ml 10% 
qlyukoza, 5-10 ml Vit C, 6 ed insulin, 10-20 mq kokarboksilaza venadaxili təyin edilir.  
Rəhimov  Ç.R  (1992)  üz-çənə  və  boyun  nahiyələrinin  irinli  iltihabı  xəstəliklərinin 
profilaktikasında  və  müalicəsində  antioksidant  terapiyanın  müsbət  rolunu 
öyrənmişdir. Timofeyev A.A, Solnsev.A.M. (1988) fleqmonanı açdıqdan sonra mikrob 
allergeni  ilə  spesifik  hiposensiblizəedici  terapiya  aparılır.  Çürüntülü  –nekrotik 
fleqmona  zamanı  venadaxili  qanqrenaya  qarşı  zərdab  yeridilir,hiperbarik 
oksigenasiya, hemosorbsiya aparılır. İmmunoloji fəaliyyətin göstəricilərini korreksiya 
məqsədi ilə T-akti levamizol təyin edilir.  
Hüseynzadə.  H.H  (2009)  üz-çənə  nahiyəsində  odontogen  fleqmonalarla  xəstələrdə 
immun sisteminin göstəriciləri və antioksidant sistemin vəziyyətini öyrənərək cərrahi 
əməliyyatla  yanaşı  kompleks  müalicə  növü  işlədib  tətbiq  etmişdir.  Müəllif 
immunstimullaşdırıcı  (immunomaks),  limfotrop  (qlisiram)  və  antioksilant  (ridutoks) 
təsirə  malik  preparatları  birlikdə  istifadə  edərək  odontogen  fleqmonaların 
müalicəsində potogenetik cəhətdən əsaslandırmişdır.  
İrinli ocaq açıldıqdan və yara irindən təmizləndikdən sonra fiziki metodlardan istifadə 
olunur. Yaraya UBŞ – terapiya, antibiotiklə dimeksidlə elektroforez, fonoforez U.Y.T. 
tətin edilir. 

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin