Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə123/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   119   120   121   122   123   124   125   126   ...   162
Elektron diw

11. Dişlərin çıxarılması 


Dişlərin çəkilməsinə göstərişlər və əks göstərişlər 
Dişlərin çəkilməsinə bir çox göstərişlər və əks göstərişlər vardır. Bu göstərişlər və əks 
göstərişlər ümumi və yerli səbəblərdən asılı olaraq iki hissəyə bölünürlər.  
Dişlərin  çəkilməsinə  göstərişlər  üçün  ümumi  səbəblər  aşağıdakılar  ola  bilərlər: 
odontogen  xroniki  sepsis;  odontogen  xroniki  intoksikasiya;  odontogen  xəstəlim 
fonunda endokardda, miokardda, böyrəklərdə baş verən patoloji proseslər.  
Dişlərin çəkilməsinə yerli göstərişlər mütləq və nisbi xarakterli olub aşağıdakılar aid 
edilir.  
Mütləq göstərişlərə konservativ yolla müalicə olunmayan periodontitli diş, hansının 
ki, kanal keçilməzliyi var, onun replantasiyasına, kökünün zirvəsini rezeksiya etməyə 
imkan  olmadıqda,  kəskin  odontogen  osteomielit,  Haymer  boşluğunun  iltihabına 
səbəb olması və s. aiddir.  
Dişin  planlı  çəkilməsinə  göstərişlər:  aşağı  ağıl  dişi  retensiya  və  ya  yarımretensiya 
olduqda, perikoronit zamanı çəkilir.  
Nisbi göstərişlərə aiddirlər:  
- Düzgün çıxmayan diş tacı ətrafında patoloji prosesin olması (perikoronit, retromolyar 
periostit);  
- Müvəqqəti diş vaxtında düşmədikdə və daimi dişin çıxmasına mane olarsa;  
-  Tacı  dağılmış  müvəqqəti  dişin  ətrafında  xroniki  iltihablı  proses  olarsa,  daimi  dişin 
iltihabı prosesə uğramaması üçün;  
- Düzgün yerləşməyən diş (ağıl dişi, köpək dişi) yanağın selikli qişasını, qanadvari çənə 
büküşünü zədələyərsə;  
- Sayından çox anomal yerləşən, sifətdə eybəcərlik yaradan diş çəkilməlidir;  
-  Çənə  sınığı  zamanı  dişin  kökü  sınıq  xəttində  yerləşərsə  və  sınıq  paylarının 
fiksasiyasında müvəqqəti olaraq rol oynamırsa o diş çıxmalıdır;  
-  Ön  qrup  dişlər  sıx  olarsa  və  onların  ortodontik  yolla  alveol  qövsünə  düzgün 
yerləşdirmək məqsədilə premolyar dişlər çıxardılır;  
- Uşaq doğulanda ağzında diş olarsa və onu plasmasdan hazırlanmış lövhə ilə örtmək 
mümkün olmursa onda o diş çəkilməlidir, ona görə ki, uşaq döş əmən zaman giləsini 
zədələyər və iltihablı prosesə səbəb ola bilər;  
- Tam retensiya olunmuş diş çəkilməlidir.  
 
Dişlərin  çəkilməsinə  əks  göstərişlər  nisbi  xarakter  daşıyırlar  və  xəstənin  ümumi 
vəziyyətindən, bir sıra xəstəliklərdən, eləcə də yerli patoloji proseslərdən asılıdırlar.  
Ümumi əks göstərişlərə aiddirlər:  
- Kəskin infeksion xəstəliklər (difteriya, su çiçəyi, skarlatina, dizenteriya, vərəm);  
-  Qan  xəstəlikləri,  (leykemiya,  aqranulositoz,  bədxassəli  qan  azlığı,  hemofiliya,  qan 
laxtalanmasının aşağı olması, verliof xəstəliyi, diabetik koma);  
-  Ürək-qan  damar  sistemi  xəstəlikləri  (miokardın  ifarktı,  ürək  qüsurunun 
dekompensasiyası,  hipertonik  kriz,  xroniki  koronar  çatmamazlıq,  septik  endokardit, 
proksizmal aritmiya);  


- Sinir sisteminin orqanik və funksional dəyişikliklərində (beyin qan dövranının kəskin 
pozulması, meningit, ensefalit, epilepsiya, psixozlar və b.);  
- Kəllə beyin travması (insult, beyin şişi və s.);  
- Parenximatoz orqanların kəskin xəstəliklərində;  
- Ruhi xəstəliklərin ağırlaşmış dövründə (şizofreniya, depressiv psixoz);  
- Menstruasiya zamanı və s.  
 
Bütün  bu  yuxarıda  göstərilən  ümumi  əks  göstərişlər  zamanı  xəstə  hər  profil  üzrə 
ixtisasçı ilə konsultasiya olunmalıdır, lazımi kliniki hazırlıq aparılmalıdır (lazım gələrsə 
klinika  şəraitində)  və  ondan  sonra  diş  çəkilməlidir.  Bu  hallarda  xəstənin 
psixoemosional hazırlanmasına ciddi yanaşmaq lazımdır.  
Yerli  əks  göstərişlərə  aiddirlər:  ağız  boşluğu  selikli  qişasının  xəstəlikləri  (stomatit, 
gingivit0; daimi dişin mayası olmazsa müvəqqəti diş çəkilməməlidir; bədxasəli şiş olan 
yerdə, çənədə sümükdaxili hemangioma olarsa o zonada diş çəkilməməlidir. Alveol 
çıxıntısında bədxassəli şiş nahiyəsində dişin çəkilməsi şişin sürətlə inkişafına, metastaz 
verməsinə səbəb ola bilər. Hemangioma olan yerdən dişin çəkilməsi güclü qanaxma 
törədir. Diş bədxassəli şişlə, hemangioma ilə bir yerdə çıxarılmalıdır.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin