Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə124/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   120   121   122   123   124   125   126   127   ...   162
Elektron diw

Dişlərin çəkilməsi üçün alətlər 
Dişləri çəkmək üçün müxtəlif formalı kəlbətinlərdən və elevatorlardan istifadə olunur. 
Kəlbətinlər bir neçə hissələrdən ibarətdirlər: yanaqcıqlar, qıfıl və dəstəklər:  
- Yanaqcıqlar dişin tacını ya kökünü tutmaq üçündür;  
- Dəstəklər o hissədir ki, həkim onunla kəlbətini əldə tutur;  
- Qıfıl kəlbətinin uc hissəsini dəstəyi ilə birləşdirir.  
 
Hər bir dişin tacının formasına uyğun kəlbətin vardır. Kəsici, köpək, kiçik və böyük azı 
dişləri çəkmək üçün kəlbətinlər mövcuddur.  
Əngdə  dişlərin  çəkilməsi  üçün  istifadə  olunan  kəlbətinlərin  uc  hissəsinin  oxu 
dəstəklərin oxu ilə bir düz xətt yaradırlar. Çənədə dişləri çəkmək üçün kəlbətinlərdə 
uc hissə ilə dəstək arasında düzbucaq formada əyrilik var.  
Diş tacının formasından asılı olaraq kəlbətinlərin uc hissəsi, yəni yanaqcığı bir-birindən 
fərqlənir. Kəsici dişlərin çəkilməsi üçün olan kəlbətinləri sıxarkən onların yanaqcığı bir-
birinə  dəyir.  Böyük  və  kiçik  azı  dişlər  üçün  kəlbətinlərin  yanaqcığı  arasında  dişin 
tacından asılı olaraq məsafə vardır.  
Aşağı  böyük  azı  dişlərin  çəkilməsində  iistifadə  olunan  kəlbətinlərin  yanaqcıqlarının 
orta  hissəsində  çıxıntı  var.  Kəlbətini  dişin  tacına  qoyduqda  çıxıntılar  dişin  iki  kökü 
arasına düşür.  
Yuxarı böyük azı dişlər üçün olan kəlbətinlərin bir yanaqcığında çıxıntı var. Kəlbətini 
dişin tacı üstünə qoyduqda o çıxıntı vestibulyar tərəfdən iki kökün arasına girir. Ona 
görə bu kəlbətində sağ və sol tərəflilik var. Yuxarı üçüncü böyük azı dişin çəkilməsi 
üçün  süngüyəbənzər  kəlbətin  işlədilir.  Çox  hallarda  bu  dişin  tacı  öndə  duran  dişin 
tacından  yuxarıda  qalır.  Belə  halda  birinci  və  ikinci  böyük  azı  dişlər  üçün  olan 
kəlbətinlərlə  o  dişin  tacını  tutmaq  olmur.  Bu  məqsədlə  süngüyəbənzər  kəlbətində 


dimdiklə qıfıl arasında hündürlük vardır. Aşağı axırıncı azı dişin xəstəliyi ilə əlaqədar 
olaraq xəstənin ağzı çətin açılarsa və o dişin çəkilməsinə göstəriş varsa, onda xüsusi 
kəlbətindən istifadə olunur.  
Dimdiklərində çıxıntı olan alət çoxköklü dişləri (molyarları) çəkmək üçündür.  
Dişin  kökünü  kəlbətinlə  çəkmək  mümkün  olmadıqda  elevatorlardan  istifadə 
olunur.Elevatorlar müxtəlif formada olurlar. İşləyən hissəyə görə elevatorlar düz, əyri 
sağ  və  sol  tərəfli  olur.  Elevator  işləyən,  əl  tutan  və  onlar  arası  hissədən  ibarətdir. 
Elevatorla diş ya dişin kökü çəkilən zaman iş prinsipi ondan ibarətdir ki, elevatorun 
ucu  köklə  alveol  kənarı  arasına  yeridilməli  qonşu  diş  barmaqla  fiksasiya  edildikdən 
sonra  ehtiyatla  aşağıdan  yuxarı  kök  burulur.  Elevatorla  diş  ya  onun  kökü  çıxarılan 
zaman yanda duran diş dayacaq rolunu oynaya bilər. Bu halda ehtiyatlı olmaq lazımdır 
ki, elevatorun təsiri altında yanda duran bu diş sınmasın. Aşağı üçüncü azı dişi çəkmək 
üçün süngüvari Leklyuz elevatoru işlənilir. Bu elevatorun dəstək hissəsini əllə tutmaq 
çox rahatdır.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin