Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat


Kəskin odontogen osteomielitin müalicəsi



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə118/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   114   115   116   117   118   119   120   121   ...   162
Elektron diw

Kəskin odontogen osteomielitin müalicəsi. Müalicə təcili olaraq irinli ocağın cərrahi 
yolla açılmasından və ümumi tədbirlərdən ibarətdir. Xəstənin ümumi vəziyyətindən, 
yerli  statusdan  asılı  olmayaraq  səbəbkar  diş  təxirə  salınmadan  çəkilməlidir.  Kliniki 
təcrübələr göstərir ki, prosesin kəskin başlanğıcından sonra səbəbkar diş nə qədər tez 
çəkilərsə, bir o qədər osteomielitin sonrakı müalicəsinə müsbət təsir edir. Çox vaxt 
belə  hallara  rast  gəlinir,  çənəətrafı  yumşaq  toxumanın  şişkinliyi  ilə,  ağızın  məhdud 
açılması ilə əlaqədar olaraq xəstəliyin ilk günlərində səbəbkar diş çəkilmir. Bu düzgün 
yanaşma deyildir, diş mütləq xəstəliyin başlanğıc mərhələsində çəkilməlidir. Demək 
olarki, cərrahi yardım nə qədər gecikərsə, o dərəcədə sümükdə sekvestrasiva çox baş 
verə bilər. Vaxtında diaqnoz düzgün qoyularsa, cərrahi əməliyyat və ümumi tədbirlər- 
yüksək  dozada  sümüktrop  antibiotiklər,  intoksikasiyaya  qarşı,  sensiblizasiyaya  əks, 
bədənin ümumi müqavimətini qaldıran müalicə aparılarsa əksər hallarda xəstəlik yaxşı 
nəticə ilə qurtarır.  
Hal-hazırda irinli proseslərin müalicəsində geniş miqyasda yeni-yeni antibiotiklər təklif 
edilir.  Bunlara  baxmayaraq  bu  patoloji  proseslərin,  o  cümlədən  osteomielitin 
müalicəsi çətin bir problem olaraq qalır. Görünür bu cür geniş antibiotik arsenalında 
mikrofloranın  onlara  qarşı  həssaslığı  tez  bir  müddətdə  itir.  Ona  görə  antibakterial 
terapiya  ciddi  olaraq  mikrobioloji  tədqiqatların  nəticələri  əsasında  aparılmalıdır. 


Mikrobioloji  tədqiqatlar  mütləq  aerob,  anaerob  mühitlərdə  aparılmalıdır.  Kəskin 
osteomielitin  ilk  günlərində  hələ  ki,  mikrobioloji  tədqiqatların  nəticələri  tam  hazır 
olmazsa  təyin  olunan  antibiotiklər  geniş  spektr  təsirə  malik  olmalıdır,  sümüktrop 
xüsusiyyət  daşımalıdır.  Eləcə  də  anaerob  bakteriyaya  yüksək  təsir  göstərən 
antibiotiklər təyin olunmalıdır. İntoksikasiya əleyhinə venadaxili hemodez, qlyukoza 
5%,  reopoliglyukin,  sensiblizasiyaya  qarşı  10%-li  kalsi-xlorid  məhlulu,  dimedrol, 
suprastin, qeyri spesifik immuniteti yüksətmək üçün metilurasil, pentaksil təyin edilir. 
Spesifik  immunitetin  göstəricilərini  requlyasiya  etmək  üçün  immunmodulyator-
levazimol  təyin  olunur.  Göstəriş  üzrə  ürək  fəaliyyətini  tənzimləyən,  ağrıkəsici, 
sakitləşdirici dərmanlar təyin edilir.  
Kəskin osteomielit yumşaq toxumaların fleqmonası ilə hiperergik fonunda keçərsə 1-
2 gün ərzində hidrokortizon ya prednizalon parenterol təyin etmək lazımdır. Bu fazada 
gedən proses zamanı mikroflora assosiyası, anaerob çoxluğu təşkil etdiyinə görə geniş 
spektrə  malik  antibiotiklər  yüksək  dozalarda  təyin  edilir.  Bununla  bərabər 
nitromidazol törəməsi- nitazol, metronidazol venadaxili təyin olunur.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin