Çənə sınıqlarının müalicəsi Çənə sınıqlarının müalicəsi kompleks tədbirlərlə həyata keçirilir. İlk növbədə
fraqmentlərin düzgün vəziyyətdə, imkan dərəcəsində qısa bir müddətdə, bitişməsi
üçün şərait yaradılmalıdır. Əsas məsələlərdən biri sınıq paylarının repozisiyası və
həmin vəziyyətdə fiksasiyasını təmin etməkdir. İrinli-iltihabı fəsadların qarşısını almaq
üçün profilaktik tədbirlər aparmaq, reparativ osteogenez prosesini optimallaşdırmaq
üçün şərait yaratmaq lazımdır.
Fraqmentlərin tərpənməzliyi üçün ortopedik və cərrahi üsullar üsullar tətbiq olunur.
Ortopedik fiksəedici metodlar müvəqqəti və daimi, yəni müalicəvi olurlar.
Sümük paylarının müvəqqəti hərəkətsizliyi qısa müddətdə, yəni xəstəni ixtisaslaşmış
şöbəyə göndərən zaman istifadə olunur. Bu yardım bir neçə saat, ya bir sutkaya qədər
göstərilir. Bu məqsədlə kəllə-çənəaltı sapanavan elastik gipslə sarğı, funksional sarğı
istifadə olunur. Nazik gümüş-alüminium məftillə (0,5 mm diametrində) hər iki
fraqment dişlərin köməyi ilə bir-birinə adi bağla, 8-vari və Ayvi bağı ilə bağlanırlar.
Daimi ortopedik fiksasiya üçün diş həkimi Tikerştedt 1916-ci ildə (Kiyev) dişüstü
alüminium şinasını təklif etmişdir və hal-hazırda da gündəlik həkim təcrübəsində
istifadə edilir. Bu şinalar bir neçə formada- sığallı şina, dayaqlıq əyri şina, qarmaq şina
şəklində hazırlanaraq istifadə olunurlar.