Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə85/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   81   82   83   84   85   86   87   88   ...   162
Elektron diw

Kimyəvi  zədələnmələr.  ABSQ-da  kimyəvi  zədələnmələr  kəskin  və  xroniki  gedişatlı 
olur, selikli qişanın üzərinə kimyəvi preparatların düşməsi nəticəsində təzahür edir. 
Belə zədələnmələr kimyəvi istehsalatda və yaxud məişətdə çox vaxt texniki qaydalara 
riayət etmədikdə baş verir.  
Selikli  qişanın  zədələnməsi  turşuların,  qələvilərin,  arsenli  pasta,  fenol,  formalin, 
gümüş  nitrat,  müxtəlif  dərmanların,  protezlərin  plastik  kütləsinin  təsirindən  əmələ 
gəlir. Bu zaman allergik reaksiya yanaşı təzahür edə bilər və ümumi kliniki mənzərə 
dəyişir, diaqnostika çətinləşir.  
Bəzən  pasiyentlər  diş  ağrısını  sakitləşdirmək  üçün  yerli  müxtəlif  dərmanlardan 
(analgin, asprpn, spirt və s.) istifadə edirlər. Qıcıqlandırıcının konsentrasiyası yüksək 
olarsa,  güclü  ağrılar  başlayır.  Ağrılar  lokallaşmış  olur.  Turşulardan  olan 
zədələnmələrdə,  selikli  qişada  koaqulyasion  nekroz  əmələ  gəlir.  Dərin  zədələnmiş 
travma selikli qişanın bütün qatlarını əhatə edir və çox bərk ağrılarla müşahidə olunur. 
dərmanlar isə az kömək edir, 4-5 gündən sonra nekrozlaşmış toxumalar ayrılır və ləng 
sağalan  xoralı  sahələr  əmələ  gəlir.  Proteolitik  fermentlər  nekrozlaşmış  toxumanın 
ayrılmasına  yardımçı  olur.  Tədricən  yaranan  travmanın  kompleks  müalicəsi  zamanı 
mütləq  ağrıkəsicilərdən  (lidokain,  dikain,  piromekain,  anestezin),  yəni  yerli 
anestetiklərdən istifadə olunur.  
Kimyəvi  preparatların  mənfi  təsirini  azaltmaq  üçün  selikli  qişanın  üzərindən  həmin 
maddəni tez kənarlaşdırmaq, uzun müddət selikli qişanı yüngül antiseptiklərlə, əgər 
mümkün  olmazsa,  adi  su  ilə  yumaq  məqsədə  uyğundur.  Turşu  ilə  zədələnən  səth 
qələvi və yaxud qələvi ilə zədələnən nahiyə 0,5%-li limon ya sirkə, alma turşusu ilə 
yuyulur. Belə tədbir qıcıqlandırıcılardan selikli qişanın dərin təbəqəsini qoruyur.  
Karbol turşusundan (fenol)  əmələ gələn yanığı 50%-li spirtlə və gənəgərçək yağı ilə 
işləyirlər.  Gümüş  nitratın  selikli  qişaya  düşməsi  zamanı  Luqol  və  ya  3%-li  NaCl 
məhlullarından istifadə olunur.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin