Xroniki residivləşən herpetik stomatit tək qovuqcuq səpgisi ilə dodağın qırmızı
haşiyəsində, dilin ucunda, burunun yanlarında, damağın ön hissəsində görünür.
Qovuqlar partlayr, daxilində olan ekssudat quruyur və yerində sarı-boz rəngdə
qabıqlar əmələ gəlir. Residivlərin miqdarı orqanizmin rezistentliyindən asılıdır.
Xroniki residivləşən herpetik stomatit diferensiasiya olunur xroniki aftoz stomatitlə,
ikincili sifilislə, kontakt allergik stomatitlə, pemfiqusla.
Siflis-qrafoloji sxemi
Etiologiya
Törədici
solğun
treponem
Yoluxma əsasən cinsi
yol, bəzən məişət, nadir
hallarda professional
Formalar
Birincili
sifilis
İkincili sifilis
Üçüncülü sifilis
Zədə elementləri Bərk şankr
1. Ləkəli
2. Papulyoz
3. Pustulyoz
4. Sifilitik (keratit
otit, Qetçinson
dişləri)
5.
Sifilitik
leykoderma
Qabarlar
Qummalar
Lokalizasiya
ABSQ-da və dəridə treponem daxil
olan yer
Diferensial diaqnoz
I sifilis: vərəmlə, xərçəng xorası ilə,
residivləşən herpeslə, travmatik
xoralarla
II sifilis: allergiya, qırmızı yastı dəmrovla, leykoplakiya, çoxformalı
ekssudativ eritemlə, Vensan stomatitilə
III sifilis: xərçənglə, miliar- xoralı
vərəmlə
Müalicə
Ümumi dəri zöhrəvi
dispanserdə spesifik
Yerli
1. Sanasiya
2.
Antiseptik
3. Ağrıkəsici
4. Epitelləşdirici
Göbələk xəstəlikləri
Bəzi müəlliflərə görə (A.İ.Marçenko və başqaları (197), selikli qişada patogen
göbələyin səbəbindən) ABSQ-da kandidoz tez-tez rast gəlinən xəstəlikdir.
Kandidoz –
candida (oidium, Manilia və s.) maya göbələklərinə aiddir. Onlar təbiətdə
geniş yayılmış saprofitlərdir və qeyri aktiv formada bir o qədər də rast gəlinmir.
Təqribən əhalinin 50%-i arasında yayılmış xəstəlikdir.
Bəzən müəyyən şəraitdə bu göbələklər patogenə çevrilir və selikli qişanı zədələyir.
Yəni saprofitdən patogenə (parazit) çevrilir. Eyni zamanda dəri, xüsusilə büküşlər,
dırnaqlar, dırnaqyanı nahiyələr də zədələnə bilər.
Kandidozu törədən səbəb disbakteriozdur
Göbələk xəstəliklərini müxtəlif terminlərlə adlandırırlar (levuroz, moniliaz,
kandidomikoz, səthi blastomikoz və s.), lakin geniş yayılmış və təbabətdə işlənən
termin - «kandidoz» və ya kandidomikozdur.
Kandidozun törədicisi-maya göbələyinin
(pseudotropicalis, albikans, tropicalis, krusei
və s.) candida nəslindəndir. Xəstəlik təzə anadan olan uşaqların ilk günlərində
antibiotik,kortikosteroid və s. çox miqdarda qəbul edən, şəkərli diabeti olan şəxslərdə
tez-tez rast gəlinir.
Kandidozun inkişafında və onun ağırlaşmasına təsir edən səbəblər kəskin və xroniki
travmalar, keyfiyyətsiz protezlər, dişlərin iti kənarları olur.
Kandidozun kliniki təzahürü və xəstənin yaşından, vəziyyətindən, somatik xəstəliklərin
gedişatından, dərman preparatlarının qəbulundan asılı olur. A.M.arieviç və
Z.Q.Stepaseva (1965) kandidozu 3 formaya ayırır: selikli qişa kandidozu və visseral
(sistem) kandidoz
ABSQ-da kandidoz stomatiti diş ətində, dildə, dodaqda və dodağın bucaqlarında rast
gəlinir. Kliniki gedişatına görə kandidoz kəskin və xroniki; zədələnmənin dərinliyinə
görə - səthi və dərin, yayılmasına görə-ocaqlı və diffuz, lokallaşmasına görə-stomatit,
xeylit, qlossit, palatinit, mikotik eroziya olur və s.
Kandidozun bir neçə klinik forması vardır: kəskin psevdomembranoz (yalançı örtük),
eritematoz (atrofik) və xronik hiperplastik, xronik atrofik ağız bucaqlarının kandidozu.
Bu formalar
müstəqil inkişaf edə bilər, eyni zamanda keçid forma kimi də rast gəlinir.
Kəskin kandidoz- (soor) alimlər hesab edirlər ki, bu forma ancaq südəmər uşaqlarda
rast gəlinir. Yüngül, orta və ağır forması olur. ABSQ-nın hiperemiyası fonunda əvvəlcə
nöqtəvari ağ ərp əmələ gəlir, sonra isə nöqtələr birləşir və yapışır, kəsmiyəbənzər
mənzərə alınır. Bunlar epitel qatı ilə çox sıx birləşir və selikli qişanı qaşıyan zaman,
zədələmədən təmizlənir. Ərpin altında selikli qişa hamar səthli və qırmızı rəngdə
görünür.
Böyüklərdə kandidoz əsasən xroniki xəstəlik kimi yaranır. Bu halda selikli qişanın
hiperemiyası, ödemi azalır, lakin göbələk ərpi, kobud, qalın və selikli qişaya bərk
yapışmış olur. Belə ərpi çox çətinliklə qopardıqdan sonra. Yerində tünd eroziv qanlı
səthlər qalır. Dilin üzərində ağ ərplə örtülü dərin şırımlar açılır. Kliniki təzahürlərin
fonunda xəstələr ağızda yanğı və quruluqdan şikayətlənirlər.
Kəskin psevdomembranoz kandidoz. Xəstə ağrıdan şikayət edir, selikli qişada yanğı
hissi, qida qəbulunun çətinləşməsi baş verir. Obyektiv müayinədə yanaqların,
damağın, dilin, selikli qişası hiperemiyalı olur. Quru səthin üzərində ağ nöqtəvari
səpkilər, kəsmiyəbənzər kütlə şəklində meydana çıxır.
Xəstəliyin ağır formasında həmin mənzərə görünür, lakin yaranan ərplər çox çətinliklə
qopur və yerində qanlı eroziyalar qalır.
Dostları ilə paylaş: