Diferensial diaqnoz
Qırmızı
yastı
dəmrov,
qırmızı
qurdeşənəyi, xronik hiperplastik
kandidoz,
ikincili
sifilis,
yastı
hüceyrəli
xərçəng
Müalicə
Siqaretin ləğv olunması, sanasiya,
vitaminoterapiya, gigiyenaya ciddi
riayət
Kəskin herpetik stomatit
Birincili herpetik infeksiya insanın virusla kontaktından sonra yaranır. Əksərən bunlar
5 yaşında olur. 80-90% birincili infeksiyaya yoluxan insanlarda latent forma
mövcuddur. 10-90% yoluxmuş xəstələrdə kliniki gedişatı immun infeksion xəstəlik
kimi olur, yəni titrətmə və başqa infeksiya əlamətləri ilə başlayır.
Birincili herpes dəridə, selikli qişada gözün konyunktivasında, bəzən buynuz qatında
təzahür edir. İkincili (residivləşən) herpetik infeksiya müxtəlif yaşlarda rast gəlinir.
Ümumi əlamətlər, yəni infeksiyaya xas olan zəiflik olur. Əsasən immuniteti zəiflədən
somatik xəstəliklərin və digər infeksion xəstəliklərin olmasıdır. Xəstəliyin gedişatına
digər faktorlar; soyuqlama, UBŞ, endokrin dəyişikliklər, emosional vəziyyət, stres və s.
təsir edir.
SHV-müxtəlif vaxtlarda təzahür edir və vezikulanın həmişə eyni yerdə təzahürünün
proqnostik əlamət kimi böyük əhəmiyyəti var.
Sadə herpes zamanı çox vaxt dəri zədələnir. İnkubasiya dövründən sonra dəridə 0,1-
0,3 sm diametrində qovuqcuqlar (vezikulalar) əmələ gəlir. Fon bir qədər ödemli və
hiperemiyalı olur. Səpgilərdən öncə xəstələr yanğı və gicişmə hissi keçirirlər. Nəhayət,
həmin qovcuqlar partlayır və yerində eroziyalar yaranır, 6-8 gün ərzində çapıqsız
sağalır. Vezikulalar, yəni spgilər birincili infeksiyada , virus daxil olduğu yerdə, residiv
isə yalnız həmin sahədə təzahür edir: üzün dərisində, ağız dəhlizində, dodağın qırmızı
haşiyəsində və nadir yanaqda, göz qapaqlarında, qulaq nahiyəsində. Belə təzahürlər
çox vaxt yüksək temperaturla və ümumi intoksikasiya əlamətlərilə xarakterizə olur.
Xəstəlik kəskin başlayır, yüksək temperaturun qalxması, iştahın olmaması, yuxunun
pozulması. İki gündən sonra yanağın, damağın, dilin, dodaqların ödemli, hiperemiyalı
selikli qişasında çox miqdarda xırda qovuqcuqlar əmələ gəlir, partlayandan sonra ağrılı
eroziyalara çevrilir, üzərində ağ ərp olan aftaya bənzəyir.
Kliniki gedişatına görə 3 dərəcə təyin olunur: yüngül, orta və ağır.
Yüngül formada simptomlar və intoksikasiya olmur. Əmələ gələn afta çox bir tez
vaxtda epitelləşir və təzələr əmələ gəlmir.
Orta ağırlıq vəziyyətində bir qədər simptomlar çoxalır, yəni intoksikasiya 38-39
0
C
bədən hərarətinin yüksəlməsi; zəiflik, ürəkbulanması, iştahın olmaması. Ağızda
ödemli, hiperemiyalı selikli qişa üzərində tək və ya qruplaşmış aftalar təzahür edir.
İntensiv ağız suyunun ifrazı, ağrı, regionar limfa düyünlərin böyüməsi və ağrılı olması
xarakterikdir. Sağalma 2-3 həftədən sonra baş verir.
Sadə herpes – kəmərləyici herpeslə, dabaqla, allergik kontakt stomatitlə, çoxformalı
ekssudativ eritemlə, ikincili sifilislə müqayisə olunur.
Ümumi müalicə virusəleyhinə desensibilizəedici preparatlarla və vitaminlərlə aparılır.
Yerli müalicədə ağrıkəsicilər (applikasiya, aız vannaları), antiseptik işləmə,
virusəleyhinə, epitelləşdirici, desensibilizəedici və vitamin terapiyası, immun
modulyatorlardan (viferon, immunoqlobulin) istifadə olunur.
Xəstəliyin ağır forması intoksikasiyanın bütün əlamətləri ilə xarakterizə olunur:
adinamiya, baş ağrısı, ürək bulanması, qusma. Hərarətin 39-40
0
C-yə qalxması. Selikli
qişa hiperemiyalı, ödemli olur, üzərində böyük miqdarda aftoz elementlər birləşir və
böyük eroziyalar əmələ gəlir. Dodaqların, yanaqların, yumşaq damağın,
dilin və dişəti
kənarının selikli qişası zədələnir. Ağızın gigiyenasına riayət etmədikdə kataral gingivit
xoralı formaya keçir, fuzospiroxet florası prosesə qoşularsa, xoralı-nekrotik gingivo-
stomatit əmələ gəlir.
40% xəstələrdə sağalmadan sonra, xroniki residivləşmiş herpetik stomatit yarana
bilər.
Xəstələrdə residiv baş verərsə, kliniki gedişatı intoksikasiyasız keçir. Ağır formada isə
bir qədər halsızlıq, titrətmə, temperaturun 38
0
C-yə qədər qalxması müşahidə olunur.
belə halda, xəstə ağızda göynəmə hissiyatından, qida qəbulunun və danışığın
çətinləşməsindən əziyyət çəkir.
Dostları ilə paylaş: