Mexaniki travma kəskin və xroniki olur. Ümumiyyətlə, kəskin mexaniki travma selikli
qişanı təsadüfən dişləyəndə, yaxud stomatoloji müdaxilə zamanı hər hansı bir alətlə
zədələndikdə yaranır, nəticədə hemotoma, erziya və xora əmələ gəlir. Ağrı müşahidə
olunur, ikincili infeksiya qoşularsa, proses ağırlaşır, ağrılar 1-2 həftə ərzində davam
edir.
Obyektiv müayinədə müxtəlif böyüklükdə, üzəri ərplə örtülmüş və nekrozlaşmış
sahələr aşkarlanır. Zədənin kənarları ödemli, hiperemiyalı və palpasiyada ağrılı
infiltratla müşahidə olunur. çox vaxt belə proses zamanı limfa düyünləri şişir və ağrılı
olur. Xəstənin ümumi vəziyyəti bir müddət norml olmur. Həkim yardımının xarakteri
zədənin böyüklüyündən və dərinliyindən asılır. Zədə böyükdürsə, mütləq tikiş
qoyulmalıdır. Kiçik zədələrdə yüngül antiseptik məhlllarla (KmnO
4
, furasilin, H
2
O
2
xlorheksidin və s.) vannalar və qarqaralar təyin edilməlidir.
Travmanın üçüncü günündən sonra keratoplastik (A vitamini, karotolin, itburnu yağı
və s.) applikasiyalardan istifadə mütləqdir. Əksər hallarda zədənin tez bir vaxtda
sağalması ləngiyir.
İkincili infeksiya qoşulanda saydığımız preparatlardan əlavə antiseptiklər, protelitik
fermentlər, metrogil-denta mazı istifadə olunur.