şişə və limfa düyünləri ağrıya bilər. Orqanizmin ümumi vəziyyəti pisləşir-bədənin
temperaturu 38-38,5 C-yə qədər yüksəlir. Bəzən də asimmetrik olur. Belə hallarda
dişin ağrısı azalır. Palpasiya etdikdə limfa düyünləri ələ gəlir və ağrı verir.
A.. nəticəsində əksər hallarda dişin əvvəllər pulpitlə əlaqədar müalicə olunduğu, yəni
pulpanın çıxarıldığı aşkar edilir. Müayinə vaxtı karioz boşluq aşkara çıxarılır. Diş
doşluğunun açıq olduğuna baxmayaraq kök kanallarının anatomik xüsusiyyətlərinə
görə keçilmədiyi, yaxud plomb materialı ilə doldurulduğu (kanal açıq olduqda
kəskinləşmə üçün şərait olmur) aydınlaşır. Bəzən kəskinləşmə hdisəsi plomblu
dişlərdə də baş verir. belə hallarda dişin rəngi dəyişmiş olur. Diş perkussiyası həm
şaquli, həm də üfiqi istiqamətdə şiddətli ağrılardır. Diş ətinin selikli qişası xəstə
olduqda uyğun olaraq hiperemiyalıdır, ödemlidir. Keçid bükümünü barmaqla
basdıqda ağrı verir. diş temperatur qıcıqlarına reaksiya vermir, 300 mkA və daha
artıq cərəyana reaksiya verir.
Periodontda rentgenoloji yoxlama kəskinləşmədən qabaqkı xronik periodontitdə
olduğu kimi dəyişikliklərdən aşkara çıxarır. Belə ki, xronik fibroz periodontitin
kəskinləşməsi zamanı yeni osteoporoz mənbələri olan periodontal yarıq aşkara
çıxarılır. Qranulmatoz periodontitin kəskinləşmə mərhələsində kök zirvəsində sümük
toxumasının seyrəlmə sahəsini xroniki gediş üçün səciyyəsvi olan dəqiq hüdudları
itir. Xronik qranulyasiyalaşan periodontitin kəskinləşmə mərhələsində sümük
toxuması sahəsinin konturları aydın olmur. Bu, onu xronik qranulyasiyalaşan
periodontitin rentgenoloji mənzərəsindən az fərqləndirir.
Dostları ilə paylaş: