Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə75/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   71   72   73   74   75   76   77   78   ...   162
Elektron diw

 
Periodontun funksiyaları. Periodont yerinə yetirdiyi funksiyaların çoxluğu ilə 
əlaqədar olaraq mürəkkəb histoloji struktura malikdir.  
Periodont aşağıdakı funksiyaları yerinə yetirir: 1) anatomik; 2) təzyiqi paylama; 3) 
plastik; 4) trofik; 5) müdafiə.  
Anatomik funksiya. Diş öz yuvasında, bağ (bənd) aparatı funksiyasını yerinə yetirən 
liflərin köməyi ilə möhkəm oturmuşdur. Bu, bəzi müəlliflərə periodontu “diş bağı” 
adlandırmaq üçün əsas vermişdir. Lakin bununla razılaşmaq olmaz. Ona görə ki, 
periodontun funksiyaları daha çoxcəhətlidir, yalnız dişi alveolda saxlamaqla 
məhdudlaşmır. Periodontun az əhəmiyyət kəsb etməyən bir funksiyası da qidanı 
dişləyən və çeynəyən zaman dişlərə düşən təzyiqi bir bərabərdə paylamaqdır. Bu, 
fibroz liflərin düzgün yerləşməsi və periodontun zirvə şöbəsində xeyli sayda 
birləşdirici gövşək toxumanın varlığı sayəsində mümkün olur. Bundan əlavə, 
periodontun tərkibində 60%-ə qədər toxuma mayesi vardır. İ.Q.Lukomskinin (1936) 
fikrincə bu, maye təzyiqinin bütün periodont yarığı boyu bir bərabərdə paylanmasına 
şərait yaradır. Dişin üzərinə düşən çeynəmə təzyiqi mexanoreseptorlarla-
periodontda olan kolabənzər terminal şaxələri ilə tənzim olunur; onlar çeynəmə 
əzələlərinə impulus göndərir. Dişə çeynəmə təzyiqi məhz həmin impulslarla 
tənzimlənir.  
Periodontun plastik funksiyası periodontdakı hüceyrə elementləri vəsatəsi ilə həyata 
keçirilir. Sementolastların və osteoblastların olması sement və sümük əmələgətirmə 
imkanı yaradır.  
Sümük toxumaları və sement daim köhnəldiyinə və təzələndiyinə görə onların əmələ 
gəlməsinə kompensasiya hadisəsi kimi baxılır. Bu hadisə çox ləng gedir. Bəzən 


toxumaların, xüsusən sementin artıq çökməsi nəticəsində hipersementoz meydana 
çıxa bilir. Periodontun plastik funksiyasının müxtəlif patoloji proseslər zamanı 
saxlanması faktı onun mühüm cəhətidir. Bunun sayəsində haırda periodontun 
konservativ müalicə metodu geniş yayılmışdır. Çox inkişaf etmiş periodont damarları 
və sinirləri şəbəkəsi trofik funksiyaya –diş sementinin və alveol sümüyünün 
qidalanmasına səbəb olur. Digər tərəfdən qan təchizatının və innervasiyanın bolluğu 
iltihabın qabarıq təzahür etməsinə (kəskin ağrılara, hiperemiyaya, ödəmə və s.) 
səbəb olur.  
Periodont yuxıda göstərilən funksiyalardan əlavə, həm də kökün formalaşmasında, 
dişlərin inkişafında, çıxmasında və dəyişilməsində iştirak edir, habelə refleksogen 
zona olmaqla sensor funksiyanı da yerinə yetirir.  
Periodontun sensor funksiyası dişə yüngülcə toxunmaları və qida çeynəyərkən dişlər 
arasında qalan bərk hissəcikləri insanın hiss etməsinə imkan yaradır.  
Periodontun patoloji prosesin sümük toxumasına yayılması qarşısını almaqla 
müdafiə funksiyasını da icra edir. Birləşdirici hüceyrə toxumalarının olması iltihab 
ocağında faqositoz hadisəsinə şərait yaradır. Qeyd etmək lazımdır ki, periodontun 
müdafiə funksiyası böyükdür. Müalicə zamanı kök kanalının infeksiya mənbəyinin 
ləğv edilməsi kökyanı toxumalarda dəyişikliyin sürətlə ləğv olması ilə nəticələnir.  
Beləliklə, periodontun funksiyaları müxtəlif və mühümdür. Lakin əsas dayaq 
funksiyası hesab olunur.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin