Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat


Vital pulpektomiya (pulpanın ekstripasiyası)



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə73/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   69   70   71   72   73   74   75   76   ...   162
Elektron diw

 
Vital pulpektomiya (pulpanın ekstripasiyası)  
Bu metodun mahiyyəti – anesteziya tac və kök pulpasının tamamilə çıxarılmasından 
ibarətdir. Vital pulpektomiya metodu – bütün növ pulpitlərdə, o cümlədən diş 
tacının sınması ilə müşayiət olunan travmatik pulpit, kəskin diffuz və irinli pulpit, 
konkrementoz pulpit, xroniki hipertrofik və qanqrenoz pulpitlərdə tətbiq oluna bilər. 
Bundan əlavə, bioloji və vital pulpotomiya metodları səmərəsiz olduğu halda da, bu 
metoddan istifadə olunur. Pulpanın ekstripasiyası kimi mürəkkəb əməliyyatı 
müvəffəqiyyətlə həyata keçirmək üçün manipulyasiyaların ardıcıllığını 
müəyyənləşdirmək, lazım olan endodontik alətləri və digər dərman maddələrini 
seçib hazırlamaq lazımdır. 
 
 


İlk növbədə ağız boşluğu və işlənəcək dişin ətrafı antiseptik işlənir və bundan sonra 
müvafiq anesteziya aparılır. Hansı növ anesteziyanın tətbiq olunması xəstənin 
ümumi vəziyyətindən, sensibilizasiyanın olub-olmamasından, pulpadakı iltihabın 
xarakterindən, səbəbkar dişin topoqrofik – anatomik xüsusiyyətlərindən və s.asılı 
olaraq müəyyənləşdirilir. Bundan sonra karioz boşluq preparasiya edilir və diş 
boşluğuna sərbəst, maneəsiz giriş yaradılır. Hansı sinif karioz boşluğunun 
mövcudluğundan asılı olmayaraq, əsas hədəf kanallara rahat girişin təmin 
olunmasından ibarətdir.  
Karioz boşluğun preparasiyası başa çatdıqdan sonra boşluq yenidən antiseptik 
preparatlarla işlənir və steril kürəvari, ya da fissuz borla diş boşluğu perforasiya 
edilir. Kiçik ölçülü fissur borla trepanasiya edilmiş sahə genişləndirilir və dairəvi 
hərəkətlərlə tac pulpası götürülür. Bu zaman divarlara yaxın və furkasiya zonalarında 
xüsusilə ehtiyatlı olmaq lazımdır ki, təsadüfən həmin sahələrdə perforasiya 
yaranmasın düzgün açılmış boşluqlar adətən karioz boşluqla üst-üstə düşür, əksər 
hallarda bir düz xətt üzərində yerləşir. Həmin prinsiplərə düzgün əməl olunduqda, 
pulpanın amputasiyası da rahatlıqla aparılır. Tac pulpasının boşluqda qalan hissəsini 
(borla tam götürülməsi mümkün olmayan) iti ekskavatorla götürmək 
məqsədəuyğundur. Bu, həm də perfoprasiya riskini minimuma endirir.  
Sonrakı mərhələdə ya ən kiçik ölçülü kürəvari borla və ya Gates-Glidden, Pecso tipli 
xüsusi endodontik alətlərin köməyilə kanalların girəcəyi genişləndirilir və konus 
forması verilir. Kanallara giriş təmin olunduqdan sonra, kanalların diametrinə uyğun 
pulpekstraktorlarla kök pulpası da çıxarılır.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin