müddət davam edir, pulpada zəif iltihab fonunda infiltrasiya mənbələri meydana
çıxır, digər hallarda isə iltihablı pulpa tədricən nekrozlaşır və ya proliferasiyaya
uğrayır.
Xroniki fibroz pulpit.(pulpitis chronica fibrosa). Fibroz pulpit çox vaxt kəskin pulpit
nəticəsində olur. Onun üçün az intensiv ağrılar xarakterlidir. Adətən, öz-özünə
başlayan intensiv ağrılar olmur, lakin tez-tez sızıltılı ağrılar olur. Çox vaxt mexaniki
qıcıqlardan və istidən uzun sızıltı başlayır. Səbəb aradan qaldırıldıqdan sonra
da diş
uzun müddət sızıldayır. Lakin soyuğun təsirindən də ağrı baş verə bilər. Anamnezdən
aydınlaşdırmaq olur ki, bir qədər əvvəl ağrılar intensiv olmuş, öz – özünə yaranmış,
gecələr baş vermişdir, indi “diş sakitləşmiş”, ağrılar dözülə bilən olmuşdur.
Bəzi hallarda şikayət, demək olar ki, olmur, lakin dişdə narahatlıq hiss edilir, havanı
sorduqda diş ağrımağa başlayır. Müayinə zamanı yumşaq dentinli
dərin karioz boşluq
aşkara çıxarılır. Diş boşluğu açıq ola bilər və
bu halda zondlama zamanı şiddətli ağrı olur. Lakin çox vaxt diş boşluğu bir nöqtədə
açılır, həkim boşluğu zondla yoxlayarkən ağrı başlayır, tədricən güclənir və uzun
müddət kəsilmir. Ümumiyyətlə, xroniki fibroz pulpit zamanı pulpanın cavab
reaksiyası verməsi üçün kəskin pulpitdəkinə nisbətən daha intensiv qıcıqlandırıcılar
lazımdır.
Pulpanın qıcıqlanma hüdudu aşağı olur – pulpa 15-20 mkA və daha artıq cərəyana
reaksiya verir.
Xroniki qanqrenoz pulpit (pulpitis chronico gangraenosa) kəskin və ya xroniki fibroz
pulpit nəticəsində baş verir. qanqrenoz pulpitin xüsusiyyəti fasiləsiz
olaraq abses
əmələ gəlməsidir. Bu, pulpanın tədricən daralmasına səbəb olur.
İltihabın belə formasında xəstələr bəzən öz – özünə başlayan sızıltılı ağrılardan
şikayətlənirlər., bu ağrılar çox vaxt mexaniki qıcıqlandırıcıların (qidanın diş boşluğuna
dolması) təsirindən, isti və ya soyuq qida qəbul edərkən yaranır. Əgər boşluq
qıcıqlandırıcıların təsir zonasında deyilsə, ağrı olmaya bilər. Qeyd etmək lazımdır ki,
tac pulpası dağıldıqca ağrılar tədricən azalır.
Müayinə zamanı dərin karioz boşluğun olduğu, diş boşluğunun açıldığı aşkar edilir.
Zondlama zamanı ağrılar müxtəlif dərinlikdə baş verir; bu, pulpanın dağılma
dərəcəsindən asılıdır. Tac pulpasının dağılma dərəcəsi artdıqca, zondlama zamanı
ağrılar daha dərində olur. Pulpit uzun müddət davam etdikdə tac pulpası
tamamilə
dağılır. Belə halda zondlama zamanı ağrı yalnız kanalın girəcəyində, bəzən isə
xeyli
dərində olur.
Qanqrenoz pulpit zamanı pulpanın elektrikdən qıcıqlanma qabiliyyəti azalır,
kəmiyyət göstəriciləri xeyli dəyişir (30-60-80 mkA). Belə ki, tac pulpası salamat olan
diş 35-40 mkA cərəyana reaksiya verdiyi halda, tac pulpası tamamilə, kök pulpası
qismən dağılmış diş isə 7-0 mkA və bundan artıq cərəyana reaksiya verir.
Kök kanalında iltihab mənbəyinin uzun müddət qalması periodont toxumalarının
intoksikasiyasına, bu isə kök zirvəsində sümük toxumasının destruktiv dəyişməsinə
səbəb olur. Mövcud ədəbiyyat məlumatlarına görə xronik qanqrenoz pulpit zamanı
kök zirvəsində sümük toxumasının sıxlığının azalması şəklində dəyişikliklər
xəstələrin
18-20% - də aşkara çıxarılır.
Xronik hipertonik pulpit (pulpitis chronica hyperthrophica) diş boşluğunun açıq
olması və qıcıqlandırıcıların uzun müddət təsir göstərməsi nəticəsində xronik fibroz
pulpitdən inkişaf edir.
Xəstələr yeyərkən ağrıdan və kariyes boşluğundan qan gəlməsindən şikayətlənirlər.
Onlar xəstə dişin əvvəllər bərk ağrıdığını bildirirlər.
Obyektiv müayinə zamanı pulpanın böyüməsi aşkara çıxarılır. O, karioz boşluğu
qismən, yaxud tamamilə doldurur. Bu törəmə toxunduqda azacıq ağrı verir və qan
gəlir. Xəstə xronik hipertorofik pulpit olan həmin tərəfdə çeynəyə bilmədiyindən
dişlərin üzəri çoxlu miqdarda yumşaq diş ərpi və diş daşı ilə örtülmüş olur.
Xroniki hipertrofik pulpitdə diş boşluğunda “vəhşi ət” əmələ gəlir. Səthi zondlama
yalnız xronik qannqrenoz pulpitdə ağrısızdır.
Kəskinləşmiş xronik pulpit (pulpitis chonica exacerbatio). İltihabın bu formasının
səciyyəvi xüsusiyyəti xronik iltihabları ilə yanaşı, öz-özünə əmələ gələn ağrıların,
qıcıqlandırıcıların təsirindən başlayan ağrıların və gecə ağrılarının olmasıdır.
Anamnezdən müəyyən etmək olur ki, diş bir vaxtlar bərk ağrımış, sonra ağrılar xeyli
azalmışdır. Lakin son 1-2 gün ərzində ağrılar vaxtaşırı yenidən şiddətlənmiş, xarici
qıcıqlandırıcıların təsiri olmadan ağrı tutmaları başlamış və üz-çənə nahiyəsinin
müxtəlif sahələrinə yayılmışdır. Sonra ağrılar yenə də sakitləşmişdir. Belə halda ağrı
bir qədər keçdikdən sonra yenidən tuta bilər.
Xronik pulpit çox vaxt qapalı diş boşluğunda, bəzən də açıq boşluqda ağırlaşır.
Xronik iltihab formalarından daha tez-tez ağırlaşanı xronik fibroz pulpitdir;
qanqrenoz pulpit çox az hallarda ağırlaşır.
Xronik fibroz pulpit kəskinləşən zaman rentgenoloji tədqiqat yolu ilə kök zirvəsini
sümük toxumasında dəyişikliklər müşahidə oluna bilir. Elektroodontodioqnostika
pulpanın həssaslıq hüdudunun fibroz və qanqrenoz
pulpitlərdə olduğu qədər
azaldığını göstərir.
Müayinə zamanı dərin karoiz boşluq aşkara çıxarılır. Bu boşluq çox vaxt diş boşluğu
ilə birləşir.
Xronik pulpitin ağırlaşma diaqnozu anamnez əsasında (prosesin vaxtaşırı ağırlaşması,
ağrının üz-çənə nahiyəsinin müxtəlif sahələrinə vurması, arabir sakitləşməsi)
qoyulur. Bundan əlavə, ağrının nisbətən sakit dövründə və kəskinləşmə vaxtı
qıcıqlandırıcıların təsirinə reaksiya müxtəlif olur.
Differensial diaqnostika:
1. Kəskin ocaqlı pulpit – dərin karies, kəskin diffuz pulpit, xroniki fibroz pulpit, papillit
ilə differensasiya edilir.
2. Kəskin diffuz pulpit - kəskin ocaqlı, kəskinləşmiş xroniki pulpit, kəskin zirvə
periodontiti, papillit, üçlü sinirin nevralgiyası, kəskin haymorit, alveolit ilə
differensiasiya edilir.
3. Xroniki fibroz pulpit –dərin karies, xroniki qanqrenoz pulpitlə differensiasiya edilir.
4. Xroniki qanqrenoz pulpit - kəskin ocaqlı və xroniki fibroz pulpitlə, xroniki zirvə
periodontiti ilə differensiasiya edilir.
5. Xroniki hipertrofik pulpit – diş əti polipi, dağılmış bifurkasiyadan qranulyasion
toxumanın karioz boşluğu keçməsi ilə differensiasiya edilir.
Pulpitin müalicəsi bir sıra tədbirlərdən ibarətdir:
1) Pulpanın devitallaşması – onun ağrısızlaşdırılması və sonrakı müalicəyə
hazırlanması;
2) Pulpanın hissəvi (amputasiya) və ya tam (ekstirpasiya) çıxarılması;
3) Diş boşluğu və kök kanallarının plomblanması.
Bu tədbirlərin həyata keçirilməsi üçün xəstənin 2 və ya 3 gəlişi lazımdır. Lakin
birseanslı müalicə metodu – anesteziya və bioloji – mövcuddur. Birinci halda arsenli
pasta əvəzinə keyitmə aparılır və kök kanalı ilə diş boşluğu pulpanın ağrısız
çıxarılmasından dərhal sonra daimi plobla plomblanır. Bioloji metodda pulpit
konservativ yolla (antiseptiklər, antibiotiklər, fitonsidlər) müalicə olunur. Pulpanın
metodlarla terapiyası zamanı zərif, incə alətlər: pulpaekstraktor, Miller – kök iynəsi,
kanaldolduruculardan istifadə olunur. Bu alətlərə qulluq ciddi və bacarıqla
aparılmalıdır.
Pulpitin devital amputasiya ilə müalicəsində mərgümüş pastası (arsenli pasta) tək
köklü dişlərdə 24 saat, çox köklü dişlərdə isə 48 saat müddətinə qoyulur. Kanaldan
qanaxma zamanı endodontiyada kaprofer, kapramin, aminokapron turşusundan
istifadə olunur.
Dostları ilə paylaş: