Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə77/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   73   74   75   76   77   78   79   80   ...   162
Elektron diw

 
Kəskin zirvə periodontiti. Kəskin zirvə periodontitinin klinikasında (M.İ.Qroşikov, 
1964) iltihabın iki fazasını ayırd edirlər: intoksikasiya mərhələsi və görünən 
ekssudativ proses fazası.  
Brinci faza- periodontun intoksikasiyası fazası iltihabın lap əvvəlində, bəzən pulpitin 
vaxtında və düzgün müalicə edilməməsi nəticəsində yaranır. Daimi sızıltılı ağrıların 
olması, xəstə dişin üzərindən basdıqda zəif ağrı verməsi onun üçün xarakterikdir. 
Dişin şaquli perkussiyası həmişə azca ağrılı olur. Lakin selikli qişa, adətən, dəyişilmir.  
İkinci faza–aydın görünən ekssudativ proses fazası fasiləsiz ağrı hissləriilə xarakterizə 
olunur. Bu, daha aydın görünən ekssudasiya və irinli infiltrasiyanın baş verməsi ilə 


əlaqədardır. Dişin üzərindən basarkən kəskin ağrı hiss olunur, bəzən hətta xəstə dişə 
yüngül toxunduqda o, verir. Dişin perkussiyası həm şaquli, həm də üfüqi istiqamətdə 
ağrılıdır. Ekssudatın toplanması və iltihabı asidoz liflərin şişməsinə kömək edir, bu isə 
dişin bir qədər artıq hərəkiliyinə səbəb olur və xəstəyə elə gəlir ki, guya onun dişi 
uzanmışdır. Açıq karioz boşluq olduqda, istənilən dərinlikdə zondlama ağrı vermir; 
diş pulpası nekrozlaşır. Xəstə diş nahiyəsində diş əti bəzən hiperemiyalaşır və şişir, 
keçid büküşünün kök zirvəsinə uyğun yerinə palpasiya ağrıya səbəb olur.  
İltihabi proses sümüküstlüyü nahiyəsindən keçən zaman periostit baş verir, limfatik 
düyünlər böyüyür və ağrılı olur. Kəskin periodontit zamanı xəstələrin ümumi 
vəziyyəti pisləşir. Onlar ümumi süstlükdən, başağrısından şikayətlənirlər bədənin 
temperaturu 38-38,5

C-yə qalxır, ECS yüksəlir.  
Kəskin periodontit zamanı periodontda rentgenoloji cəhətdən dəyişiklik aşkara 
çıxarılmır. Lakin göstərirlər ki, kəskin periodontit başladıqdan 24 saat sonra 
ekssudatın yığılması nəticəsində süngər maddə rentgenoqrama aydın görünmür 
(Y.Y.Platonov)  
Kəskin periodontit sağala bilir, lakin iltihab nəticəsində periodont toxumasının 
strukturu bir qədər dəyişir. Ekssudat daimi axar tapan hallarda kəskinperiodontit 
xroniki formaya keçir. Xəstəliyin ən ağır nəticəsi onun çənə osteomielitinə 
keçməsidir.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin