Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat


Xroniki residivləşən aftoz stomatit (xras)



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə97/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   93   94   95   96   97   98   99   100   ...   162
Elektron diw

Xroniki residivləşən aftoz stomatit (xras) 
 
XRAS-ağız boşluğunun selikli qişasının iltihabi, periodik olaraq remissiyalaşan, tez-tez 
kəskinləşən və həftələrlə davam edən patologiyasıdır. Xəstəliyə həm kişilər, həm də 
qadınlar tutulur.  
Bir çox müəlliflərə görə, xəstəliyin səbəbləri müxtəlif faktorlar sayılır:  
1. Virus, mikrob, qida, dərman allergenlərinə hiperhəssaslığın yaranması  
2. Mədə-bağırsaq traktının funksiyasının pozulması  
3. Respirator infeksiyasının olması  
4. AbSQ-nın travması  
 
Təkan verən faktorlar isə bunlardır: pəhrizin pozulması, somatik xəstəliklər, müxtəlif 
dərmanlar B
1
, B
12
, C hipovitaminozlar, fokal infeksiya ocaqları. İ.M.Rabinoviç (1998) 
tədqiqatlarında bu xəstəliyin etiologiyasının  əsasında autoimmun nəzəriyyəsinə yer 
ayırır.  Bu  və  digər  alimlər  hesab  edirlər  ki,  patoloji  elementlərin  əmələ  gəlməsi 
hüceyrə və humoral immunitetin həm yerli, həm ümumi pozulmasından asılıdır.  
Aftoz stomatitin patogenezində müəyyən rolu immun reaksiya oynayır. Ağız boşluğu 
və bağırsaqların selikli qişasında bakterial flora və onlara qarşı əmələ gələn antitellər 
olur. Bunlar da bəzən səhvən selikli qişanın epitelial hüceyrələrini də zədələyir. Çünki 
onların antigen strukturları bəzi bakteriyalarla çox uyğundur. Bunlar da selikli qişada 
aftaların yaranması ilə izah olunur. 
Xəstələr prodromal dövrdə də afta əmələ gələn nahiyədə yanğı hissiyatı, qısa müddətli 
ağrı və selikli qişanın paraesteziyası halını qeyd edirlər.  
Selikli qişaya baxış zamanı bəzi nahiyələrdə hiperemiya, bir balaca ödem görünür. Bir 
neçə saatdan sonra morfoloji zədə elementi- afta yaranır. Afta palpasiyada ağrılı, üzəri 
ağ-boz fibrinoz ərplə örtülmüş, kənarları qırmızı haşiyəli olur. Həmin ərp sıyrılmır, lakin 
onu  şpatellə  qaşıyanda  çox  çətinliklə  ayrılır,  yerində  qanlı  nahiyə  görünür.  Aftanın 
təzahür  etdiyi  sahələr  dodaqların,  yanaqların,  dilin  uc,  yan  hissələri  və  keçid 
pərdəsidir. Xəstəliyə residivlik xasdır. Hər bir aftanın ömrü 8-10 gün çəkir. Residiv 2-8 
həftədən, bəzi hallarda- bir neçə ayan sonra başlayır.  
XRAS-ın 5 forması vardır: fibrinoz, nekrotik, qlandulyar, çapıqlaşan deformasiyalaşan.  


Fibrinoz formada 3-5 afta  əmələ gəlir və selikli qişanın kiçik tüpürcək vəzilərinin az 
olan nahiyələrində təzahür edir. Epitelləşmə 5-10 gün ərzində baş verir. Afta çapıqsız 
sağalır.  
Nekrotik formada, selikli qişanın üzərində qısa müddətli damar spazmı nəticəsində, 
işemiyalı epitel ocağı nekrozlaşır və səthi olduğuna görə 10-20 gün ərzində çapıqsız 
epitelləşir. Bu forma əsasən somatik və qan xəstəlikləri olan insanlara məxsusdur.  
Qlandulyar  forma-  xırda  tüpürcək  vəzilərinin  axarının  zədələnməsi  ilə  xarakterizə 
olunur.  Selikli  qişanın  üzərində  eroziyalar  görünür.  Eroziyanın  dibi  infiltrasiyalaşmış 
olur.  Bu  forma  əsasən  ağız  boşluğunun  dibini,  yanaqları,  yumşaq  və  sərt  damağı, 
dodaq və dilin arxa hissəsini zədələyir. Eroziyaların epitelləşməsi 7-30 gün çəkir.  
Çapıqlaşan  və  deformasiyalaşan  ən  ağır  formadır.  Aftaların  yerində  kobud  çapıqlar 
əmələ gəlir. Onların epitelləşməsi 1-2 aydan sonra başlayır.  
XRAS-in  xüsusi  gedişatlı  çapıqlaşma  ilə  xarakterizə  olunan  forması-  Setton  aftası 
adlanır.  Belə  aftalar  2-4  ay  ərzində  davam  edir.  Setton  aftası  xəstənin  ümumi 
vəziyyətini dəyişir: baş ağrıları, adinamiya, apatiya, halsızlıq yaradır, temperatur 38

C-yə qədər qalxır.  
XRAS-da  heç  bir  vaxt,  dodağın  qırmızı  haşıyəsi,  üzün  dərisi,  aftaların  birləşməsi  və 
dişətinin prosesə qoşulması müşahidə olunmur.  
XRAS-çoxformalı ekssudativ eritema ilə diferensiasiya olunur. Çoxformalı ekssudativ 
eritemaya  polimorfizm  xasdır,  yəni  selikli  qişada:  qovuqlar,  papulalar,  eroziyalar, 
xoralar, dodaqlarda- qabıq və çatlar, dəridə kokard formalı elementlər təyin olunur. 
XRAS ikincili sifilis də diferensiasiya edilir. Sifilisdə diaqnostikanın əsas faktoru seroloji, 
bakterioloji müayinə və xoranın ağrısız olmasıdır.  
Nəzərə almaq lazımdır ki, ağızda aftalar, qan, Kron və Bexçet xəstəliklərində təzahür 
edir.  
XRAS-ın  diaqnostikası  bir  o  qədər  çətin  deyil.  Eyni  zamanda  xəstəliyin  səbəblərini 
öyrənmək üçün əsas müayinə üsullarından başqa əlavə müayinələrdən istifadə etmək 
mütləqdir.  Qanın  ümumi  analizi,  immunoqramma,  ağız  suyu  disbakteriozunu 
aşkarlamaq,  spesifik,  qeyri-müdafiə  faktorlarını  təyin  etmək  və  sitoloji  müayinə 
aparmaq lazımdır.  
Yerli müalicə. Kəskin dövrdə selikli qişanın ağrısızlaşdırılması üçün 2%-li lidokain, 2-4 
%-li piromekain məhlulları ilə, 2-5%-li piromikain mazından propolis preparatlarından 
istifadə etmək məsləhətdir.  
Müalicə  yerli  qıcıqlandırıcı  faktorların  kənar  edilməsindən  başlayır.  Fibrin  ərpin 
təmizlənməsində  fermentlərdən-tripsin,  ximopsin,  DNKaza,  ribonukleaza  istifadə 
olunur. Eyni zamanda antiseptik işləmə aparılır: 0,02%-li furasilin məhlulu, etakridin 
laktat,  0,05%-li  xlorheksidin,0,1%-li  dimeksid  məhlulu,  0,25%-li  xloramin.  Yerli 
immuniteti  stimullaşdırmaq  üçün  1%-li  Na  nukleinat,  lizosim  məhlulu,  5-10%-li 
metilurasil mazı propolis preparatlarından istifadə olunmalıdır.  
Epitelləşmənin  sürətləndirilməsi  üçün  keratoplastik  dərmanlar  applikasiya  şəklində 
işlənir:  karotolin,  solkoseril,  A  və  E  vitaminləri,  xonsurid  məhlulu  təyin  edilir.  Ağız 
boşluğunun  gigiyenasına  ciddi  fikir  vermək  lazımdır  və  residivlərin  arasında  mütləq 
sanasiya aparmaq məsləhətdir.  


Ümumi müalicə. Kəskinləşmə dövründə:  
1. Desensibilizə terapiyası: bunlardan yalnız biri-klaritin, suprastin, ketotifen, fenkarol 
və s. gündə 1×2 dəfə bir ay ərzində. 30%-li natrium tiosulfat v/d təyin edilir.  
2. U vitamini gündə 0,05×3 dəfə 30-40 gün epitelizasiyanı sürətləndirir.  
3.  Ağır  hallarda  kiçik  dozalarda  sxem  üzrə  kortikosteroid  15-20  mq  prednizalon 
sutkada  2  dəfə  (1  həb  səhər  və  q  həb  yeməkdən  əvvəl).  Hər  5  gündən  bir 
epitelləşmənin başlanğıcından sonra gündə 1 həb azaldılır.  
4.  Vitamin  terapiyası  xüsusən  askorutin  turşusu  –orqanizmin  infeksiyalara  qarşı 
rezistenliyini artırır.  
5. Pəhriz terapiyası.  
6.  Yanaşı  ixtisas  mütəxəssisləri,  həkimləri  ilə  məsləhət.  Əsas  diqqət  mədə-bağırsaq 
patologiyasının  araşdırılmasına  və  müalicəsinə  yönəlməlidir.  Disbakteriozla 
mübarizədə  mikrofloranın  bərpası  üçün  (baktiseptik,  bifikol,  bifidumbakterin, 
kolibakterin) preparatlar təyin olunur.  
 
Residivlərin profilaktikasında aşağıdakı tədbirlər məsləhətdir:  
1. İldə 2 dəfədən az olmayaraq planlaşdırılmış sanasiy.  
2. Dispanser nəzarəti ildə 2 dəfə və ağır formada -3 dəfə.  
3. Kompleks müayinə.  
4. Residiv əleyhinə kompleks müalicə: polivitaminlər, fizioterapevtik və s.  
5. Həftədə 2 dəfə qistoqlobulin 2 ml əzələdaxili, kursda 6-10 inyeksiya.  
6. İmmunitetin stimullaşdırmaq üçün levazimol (dekariz) 0,5×1, bir kurs üçün 3 kapsul 
3-5 gündən sonra kursu təkrar edirlər.  
7. T-aktivin preparatı iribuynuzlu heyvanların timus vəzisindən hazırlanır. Sutkada 40 
mkq ya dərialtı və ya əzələdaxili (kursa 10 iynə). T –aktivin epitelləşməni tezləşdirir, 
remissiyaların  ömrünü  uzadır.müasir  zamanda  böyük  yer  immunokorrektorlara-
immunomodulyatorlara  ayrılır.  Məs.  Likopid  preparatı.  Bəzi  xəstələrdə  streptokokk 
qrupunun bakterial allergenlərindən istifadə olunur. kursa 25-30 inyeksiya 1:100000, 
1: 1000, 1:100, 1:10 (4-5 iynə)  
 
Son zamanlar mübadilə müalicəsinə xüsusi yer ayrılır və müsbət nəticələr əldə olunur. 
müalicə iki kompleksdən ibarətdir və onlar arasında 10 gün fasilə məsləhət görülür.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin