«Xalis incilər silsiləsindən» İslam peyğəmbəri (s) buyurmuşdur: “Elm sorağında olan,
gündüzləri oruc tutub gecələri ibadətlə keçirən şəxs kimidir.
Elm sahələrindən birini öyrənmək, bəndəyə Allah yolunda
Əbu Qubeys dağı qədər qızıl xərcləməkdən daha üstündür.”
2
1
Həmin mənbə, səh. 177
2
“Biharul-ənvar”, c. 1, səh. 184
59
«Balığın buyruğa qulluğu» Mirzə Həbibullah Rəştinin şagirdlərindən olan Rəhmətlik
Seyyid Məhəmməd ibn Seyyid Cavad Miyandehi (vəfatı 1330
q.) ictihad dərəcəsinə nail olmuş, zahid yaşayışında çox sadə
dolanacaqla keçinən bir şəxs imiş.
Qasımabad əhalisindən Seyyid Məhəmmədin müridlərindən
olan bir qoca Seyyidin vəfatından sonra onun evinə gedir.
Olduqca narahat görünən bu adam ağlayır, sızlayır, tez-tez
deyirdi: “O xatirələri necə unudum” Ondan soruşurlar:
Hansı xatirələri? Deyir:
Çoxdur, hansını deyim... Biri budur:
Adət üzrə istilər düşəndə Seyyid ailəsini Curdiyəyə
göndərər, özü əkin-biçinə baxmaq üçün yayın əvvəllərinə
qədər Miyandehdə qalardı. Bu müddətdə mən də gündüzləri
onun yanında olardım və birlikdə Curdiyə yaylağına gedərdik.
Günlərin birində, yola çıxmazdan bir gün qabaq mənə xəbər
verdi ki, sabah Curdiyəyə gedəcəyik. Ona dedim:
Yol üçün yemək-içməkdən nə götürəcəyik? Mənə dedi:
Narahat olma, birlikdə çayın kənarına düşüb balıq tutarıq və
o da olar bizim yol azuqəmiz. Dedim:
Seyyid indi balığın vaxtı deyil. Dedi:
Hələ bir gedək, bəlkə balıq oldu.
İkimiz də çaya tərəf yola düşdük. Çayın kənarına çatanda
qələmdanı cibindən çıxararaq balaca bir kağız parçasına nə isə
yazıb onu suya tulladı. Çox keçmədi ki, gördüm böyük bir çəki
balığı qarşımızda, çayın düz qırağında çabalayaraq atılıb-
düşməyə başladı. Tez əyilib çətinlik çəkmədən əlimlə balığı
tutdum. Çox təəccübləndim. Çünki ilin bu fəslində çayda çəki
balığı olmazdı. Özü də suyun belə az vaxtı bu böyüklükdə
balığın çayda olması ağlasığmaz idi. Seyyid mənə bərk-bərk
tapşırdı ki, nə qədər mən həyatdayam bu sirr faş olmasın.
60
Bir gün yenə Seyyid Məhəmmədlə evə gəlirdik. Evə çatanda
gördük qapı qıfıllıdı. Rəhmətlik Seyyidin özündə açar yox idi.
Gördüm nə isə oxudu və qıfıl öz-özünə dərhal açıldı.
1