İŞİD-lə üz-üzə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə10/67
tarix21.01.2022
ölçüsü1,62 Mb.
#113853
1   ...   6   7   8   9   10   11   12   13   ...   67
Abu-baran- 1

Dördüncü fəsil  
Təll-Təyyara əməliyyatı 
Qarşıdakı  əməliyyatdan  ötrü  bir  neçə  livanlı 
tərəfindən  təlim  keçirildi  və  biz  onnəfərlik 
manqalara  bölündük.  Mən  manqaların  birinin 
komandiri  oldum.  Livanlı  komandirlə  əlaqə 
saxlamaq üçün hər manqaya bir suriyalı rabitəçi 
və  bir  ratsiya  verildi.  Mənim  rabitəçim  əl-Zəhra 
qəsəbəsindən olan İsa Mətuq idi. Sursat azlığına 
görə  hərəyə  cəmi  iki  daraq  verdilər. Manqaların 
ikisi  də  bir  pulemyot  və  bir  RPG  qumbaraatanı 
təhvil aldı. 


 
54 
Əməliyyat  yerinə  getmək  üçün  manqamla 
dördqapılı 
bir 
Toyota 
pikapına 
mindik. 
Uşaqların  çoxunun  başında  dəbilqə,  əynində 
gülləkeçirməz  jilet  vardı.  Maşın  boş  avtobanda 
sürətlə  getdiyi  yerdə  birdən  atəş  səsi  gəldi  və 
arxadakı  uşaqların  biri  maşından  yerə  düşdü. 
Sürücü  maşını  saxladı.  Onun  yanına  getdik. 
Güllə qəfil gürz zərbəsi kimi dəbilqəsinə dəymiş, 
xoşbəxtlikdən,  başına  bir  şey  olmamışdı.  Yenə 
maşına  mindik.  Bu  dəfə  hamı  başına  dəbilqə 
qoyub ipini möhkəm bağladı və jiletini geyindi. 
Əməliyyat zamanı bizim hücumçu olmağımız 
nəzərdə  tutulmamışdı.  Plan  belə  idi  ki,  Nübl  və 
əl-Zəhra  qüvvələri  hücum  edib  hədəfi  alsınlar, 
Fatimiyyun  uşaqları  onların  arxasınca  getsinlər. 
Ancaq hər şey başqa cür oldu. 
Əl-Nüsrə  cəbhəsinin  əlində  olan  Təyyara 
yüksəkliyi  avtobanın  yaxınlığında  yerləşirdi.  Bu 
əməliyyatda  məqsəd  həmin  yüksəkliyi  və 
yamacındakı  kəndi  geri  almaq  idi.  Nübl  və  əl-
Zəhra  qüvvələri  ilk  saatdaca  təpəni  ala  bildilər. 
Biz  təxminən 2 km  geridə bir torpaq istehkamın 
arxasına 
yerləşmişdik 
ki, 
ehtiyac 
olsa, 
əməliyyata  qoşulaq.  Əl-Nüsrə  cəbhəsi  axşam 


 
55 
əks-hücuma keçib təpəni mühasirəyə aldı. Ancaq 
təpədəki əlli nəfər təslim olmadı. 
Ertəsi  gün  səhər  çağı  livanlı  komandir  Əbu 
Zeynəb  hamımızı  istehkamın  arxasına  toplayıb 
vəziyyəti izah etdi: 
–  Uşaqlar  təpədə  mühasirədədirlər.  Şəhid  və 
yaralıların  sayı  hər  an  artır,  sursatları  bitmək 
üzrədir.  Biz  ilk  mərhələdə  təpənin  yamacındakı 
tək  evi  terrorçulardan  almalıyıq  ki,  mühasirə 
yarılsın. 
Uşaqlar  çox  həvəsli  görünürdülər.  Hamı 
hücum  dəstəsindən  olmaq  üçün  israr  və 
mübahisə  etdiyi  yerdə  bir  nəfərin  kənarda 
oturub  güldüyünü  gördüm.  Görkəmindən 
məlum  idi  ki,  ilk  dəfə  döyüşə  gəlməyib.  Gülə-
gülə  uşaqlara  deyirdi:  “Gedin,  gedin!  Görüm 
əməliyyatdan  qayıdanda  da  ön  xəttə  getmək 
üçün dava edəcəksiz, yoxsa yox”. 
Mən Əfqanıstan ordusunda olduğuma görə nə 
demək  istədiyini  anlayırdım.  Uşaqlarımızın 
çoxunun  isə  heç  bir  müharibə  təcrübəsi  yox  idi, 
hələ onun sərt üzünü görməmişdilər. 
Əmrə  uyğun  olaraq,  altı  manqaya  bölündük. 
Üç  hücumçu  manqa  həmin  evə  doğru  gedib 
döyüşə  girəcəkdi.  İki  manqa  təpənin  sağ  və 


 
56 
solunda  dayanacaq,  ehtiyac  olduqda  hücuma 
keçəcəkdi.  Sonuncu  manqa  isə  ehtiyat  qüvvə 
kimi istehkamın yanında qalacaqdı. 
Mən  manqamla  birlikdə  evdən  təxminən  800 
metr  aralıda  sağ  tərəfdə  mövqe  seçdim.  Evin 
ətrafında  döyüş  başlandı.  Ratsiyadan  bildirildi 
ki,  uşaqlar  uğurla  evə  giriblər,  amma  çox 
keçmədən  dəhşətli  bir  gurultu  qopdu.  Uzaqdan 
uşaqları  görürdüm,  qaça-qaça,  sürünə-sürünə 
geri  qayıdırdılar.  Mən  də  manqamla  birlikdə 
istehkamın arxasına qayıtdım. 
Bütün plan pozuldu. Evdən sağ çıxmış uşaqlar 
istehkamın  arxasında  oturub  ağlayırdılar.  Hələ 
kimin  şəhid  olduğunu  da  bilmirdilər.  Onlar 
müharibənin amansızlığı ilə ilk dəfə real şəkildə 
üzləşib 
heyrətə 
düşmüşdülər. 
Onları 
sakitləşdirməyə  çalışdım.  Narahat  halda  dedilər 
ki,  evə  bomba  qoyulubmuş,  biz  girən  kimi 
Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin