partladı.
Sonradan
öyrəndim
ki,
kustar
bombalarla tələ qurmaq əl-Nüsrə cəbhəsinin
fəndlərindən biridir. İstədikləri yerdə bomba
quraşdırıb geri çəkilir, bizim uşaqlarımızı irəli
buraxırdılar. Zamanı gələndə isə pultla bombanı
partladırdılar.
57
Uşaqları sıraya düzüb saydım. On bir nəfər
yox idi. Onlar həmin evə girənlər idi. Uşaqların
köməyi ilə şəhidlərimizin adlarını qeyd etdim:
Nəqəvinin müavini seçilmiş xuzistanlı Seyid
Nasir, axşamlar bizə rövzə oxuyan məddahımız
Yasir Cəfəri, bir axşam evinə zəng vurub qızının
dünyaya gəldiyini öyrənmək üçün həyəcanla
telefon axtaran Mehdi Həzara, sonradan iranlı
olduğunu və saxta Əfqanıstan pasportu ilə
Suriyaya gəldiyini öyrəndiyim Əhməd Dusti,
sonuncu gecə üzü çox nurlanmış və hamının
onunla şəkil çəkdirməyə can atdığı Seyid Mehdi
Salmani, sakit oğlan olan, sonralar adını özümə
kod adı seçdiyim Nəcib və digərləri.
Uşaqların bir neçəsi narahat halda əməliyyat
komandiri Əbu Zeynəbin yanına gedib dedilər:
“O evdə qalmış şəhidlərimiz nə olacaq?
Cəsədlərini
qaytarmaq
üçün
bir
şey
fikirləşməliyik”.
Uşaqlarımızdan on bir nəfəri şəhid olduğuna
görə Əbu Zeynəb çox narahat idi, daim özünü
qınayırdı. O, Nübl və əl-Zəhra uşaqlarından
ikisini həmin evə xəbər gətirməyə göndərdi. Biri
bizdən təxminən 300 metr aralıda güllə
58
atəşindən yerindəcə şəhid oldu, digəri də
yaralanıb yerə yıxıldı.
Fatimiyyun uşaqlarından Seyid Qulamsəxi
Hüseyni uşaqlara hirsləndi.
– Sizin tərsliyinizə görə iki nəfər şəhid oldu.
Niyə israr edirsiniz ki, şəhidləri indicə
qaytarmalıyıq? Cəsədləri gətirməkdən ötrü bir
neçə şəhid vermək yaxşıdır?!
Qarşıdan atəş açılsa da, o, yaralanmış suriyalı
döyüşçünü gətirməyə getdi, onu çiyninə atıb
qaça-qaça geri qayıtdı, amma təəssüf ki, yerə
qoyanda yaralı davam gətirmədi, kəlmeyi-
şəhadətini deyib şəhadətə qovuşdu. Qulamsəxi
yenə uşaqları danladı ki, bu döyüşçü sizin
israrınıza görə gedib şəhid oldu.
Artıq iş-işdən keçmişdi. Hamının qəm-qüssəsi
daha da artdı.
Axşam elan etdilər ki, Fatimiyyun uşaqlarının
qarovul çəkməsi lazım deyil, bu gecə istirahət
etsinlər. Uşaqların çoxu ruhdan düşmüşdü,
itirdikləri dostlarına, gördükləri səhnələrə görə
kədərli idilər.
Soyuq noyabr axşamlarından idi. Elə orada,
istehkamın arxasında yatmalı olduğumuza görə
Nübl və əl-Zəhra uşaqları bütün adyallarını
59
gətirib hərəmizə üçünü verdilər. Uzanıb
yatmağa
çalışdıq.
Düşmənlə
məsafəmiz
təxminən 1 km idi, bəzən atəş səsi gəlirdi.
Adyalları üstümə çəkdiyim yerdə əl-Zəhra
uşaqlarından biri gəlib bir adyalın ucundan
tutdu. Demək istəyirdi ki, götürümmü? Dedim
ki, bəli, götür.
Adyalı götürən kimi dostları onu danlamağa
başladılar. O da deyirdi ki, mənə də soyuqdur.
Söhbətə qoşulub dedim ki, problem yoxdur,
mənə iki adyal kifayət edər. Ancaq onlar
dayanmır,
dostlarını
qınayırdılar
ki,
bu,
dünyanın o başından bizimçün vuruşmağa gəlib,
gərək soyuqlamasın, sənsə səhərədək soyuqdan
əssən də olar.
|