Otuz yeddinci fəsil
Ailəvi ziyarət
Qərara alınmışdı ki, şəhid ailələri komandir
ailələri ilə birlikdə Suriyaya ziyarətə getsinlər.
Bir neçə dəfədən sonra bu proqramın eyibləri
üzə çıxdı. Bu səfərdə şəhid övladları ataları sağ
olan uşaqlarla birgə iştirak edirdilər. Bu isə
onların həsrətli baxışlarına səbəb olurdu. Heç
kəs bu vəziyyətdən məmnun deyildi. Sonra
qərara gəldilər ki, hərəm şəhidlərinin ailələri
ayrıca gəlsin, hərəm müdafiəçilərinin ailələri də
ayrıca.
272
Hər səfərdə hər briqadaya beş ailə nəzərdə
tutulmuşdu.
Bu
səfərlər
əvvəllərdə
həvəsləndirici xarakter daşıyırdı. Hər briqadanın
komandiri Suriyada daha çox xidmət etmiş
döyüşçünün ailəsini ziyarət siyahısına salırdı.
Onların biri qərargahda təmizlik işlərinə baxan
Kərbəlayi ləqəbli qoca bir kişi idi. Yaşı çox olsa
da, bir an da boş durmurdu. Bir küncün çirkli
olduğunu görən kimi oradan başlayırdı, bir də
görürdün ki, piyada batalyonların qaldığı
yerlərin sonuna qədər hər yeri təmizləyir.
Halbuki batalyonun öz xidmətçisi vardı. Ona
“Bu qədər işləmənə ehtiyac yoxdur” deyəndə
cavab verirdi ki, ürəyim dözmür. Hər gələndə
dörd-beş ay qalırdı. Yoldaşı İranda xəstə idi, üç
oğlunun ikisi Fatimiyyunda vuruşurdu. Biri
snayper, digəri də bölük komandiri idi. Üçüncü
oğlu isə anasının yanında qalmışdı. O, ailəsinin
Suriyaya ziyarətə gələcəyini eşidəndə inana
bilmir, ağlayıb deyirdi: “Məni ələ salmayın!”
Mən anamla həyat yoldaşımın adlarını
verəndə yoldaşım səkkizaylıq hamilə və tam
istirahət rejimində idi. Həkim ona səfərə çıxmağa
icazə vermirdi, ancaq həm mən, həm də özü
israrla ziyarətə getmək istəyirdi. Sonuncu dəfə
273
qayınanamla danışanda dedi: “Başına nə gəlsə,
səndən biləcəm!” Çox həyəcanlı idim, amma bu
işi həzrət Zeynəbə tapşırdım.
Düşərgədə onları gözləyirdim. Uçuşları iki
saat gecikmişdi, yoldaşım isə ayaq üstə çox
dayanmamalı, oturmamalı idi. Axırıncı dəfə
zəng vuranda telefonu sönmüşdü. Bildim ki,
təyyarəyə miniblər.
2016-cı ilin payızı idi. Narın, amma güclü
yağış yağırdı. Çox həyəcan keçirir, yoldaşımın
başına
bir
iş
gəlməsindən
qorxurdum.
Düşərgənin
ruhanisi
halımı
görüb
məni
sakitləşdirməyə başladı.
– Yağış altında dua qəbul olur. Nə üçün dua
etmirsən?
Sevincək dama çıxdım. Üzümü yağışa,
əllərimi də göyə qaldırdım. Hələ bir söz
deməmiş qəlbimin sakitləşdiyini hiss etdim.
Allahdan istədim ki, yoldaşımla anam bu səfəri
salamatlıqla başa vursunlar. Başdan-ayağa
islanmış halda və qəribə rahatlıq içində otağıma
qayıtdım. Bir aydan sonra qızım dünyaya
gələndə həmin yağışlı gecəni xatırlayıb adını
Baran (yağış) qoyduq.
274
Səhər saat 5-də Dəməşqə yola düşdüm. Ancaq
Xənasir-Əsəriya yolunu bağlamışdılar. Bu yolun
bir tərəfi İŞİD-in, digər tərəfi də əl-Nüsrə
cəbhəsinin nəzarətində idi, bəzən təhlükəsizliklə
bağlı bağlanırdı. Saat 07:30 dəqiqəyə qədər
gözlədim, yol açılan kimi maşını saatda 180 km
sürətlə sürüb tez özümü Dəməşq hava limanına
yetirdim. Mən çatanda dedilər ki, təyyarə çatıb,
qonaqları Zeynəbiyyəyə ziyarətə aparıblar.
Onları hərəmdə görüb çox sevindim. Yoldaşımın
vəziyyəti yaxşı idi. Anam da məni yaxşı
qarşıladı. Ərbəin səfərinin narahatlığı qəlbindən
çıxmışdı. Həmin il ərbəində Kərbəlaya getmək
istəyirdi, amma onu apara bilməmişdim. Orada
həzrət Zeynəbin ziyarəti ilə gözlərinə işıq
gəlmişdi. Səhərlər və axşamüstülər ziyarətə
gedir, gecənin yarısına qədər həzrət Rüqəyyənin
hərəmində qalırdıq.
Birinci səfərlərdə karvanın təhlükəsizliyini
Livan Hizbullahı təmin edirdi, ancaq sonralar
Fatimiyyundan otuz döyüşçü bu işi öz üzərinə
götürdü. Səfərin ən çətin hissəsi ailələrin
üstüörtülü Şam bazarına alış-verişə getmələri
idi. Fatimiyyun qüvvələri ailələri bir saat yerinə
bir neçə saat gözləməli olurdular. Bir dəfə
275
yoldaşımla anam təyin olunmuş vaxtda gəlib
avtobusa oturdular, amma digər sərnişinlər bir
saat yarımdan sonra gəldilər. Karvan rəhbəri ilə
danışıb yoldaşımın vəziyyətini başa saldım. O da
onları ziyarətə minik avtomobili ilə aparıb-
gətirməyimə icazə verdi.
|