Standart və məhsul sənədlərinin işlənməsi və ekspertizası


“Müəssisə standartlarının işlənməsi”



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə7/25
tarix09.05.2022
ölçüsü0,53 Mb.
#115679
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   25
A.S. Sixseyidov Standartlarin ve normativ senedlerin hazirlanma texnologiyasi (1)

 

“Müəssisə standartlarının işlənməsi” 

 

Müəssisə  standartları,  müəssisə,  birliklər,  o  cümlədən,  konservlər,  asso-

sasiyalar, sahələrarası, regional və digər birliklər tərəfindən hazırlanaraq, təsdiq 

edilir.  Müəsisə  standartları  əsasən  məhsul  və  xidmətlərə  işlənib  hazırlanır  və 

əsas məqsəd müəssisənin texnuki potensialının artırılmasıdır. 

Müəssisədə aşağıdakılara standartlar işlənir: 

  Məhsulların  sərbəst  halda  göndərilməyən  hissələrinə,  texnoloji  prosesə 



dair tərtibatlara, texniki ləvazimatlara və s. 

 



Müəssisədə  istehsal  prosesini  yerinə  yetirmək  üçün  texnoloji  prosesə, 

təhlükəsizliyə dair ; 

Müəssisə  standartlarının  işlənməsindən  sonra  onların  müəssisədə  tətbiq 

edilməsi məcburi xarakter daşıyır. Dövlətlərarası müqavilələr və ya milli stan-

dartlaşdırma  orqanlarının  razılığı  ilə  başqa  xarici  ölkə  standartları  müəssisə 




standartı  kimi  istifadə  ediləə  bilər.  Bu  o  vaxt  mümkün  olur  ki,  xarici  ölkə 

standartı  ölkə  qanunvericiliyinə  zidd  deyil,  respublikada  bu  sahədə  standart 

yoxdur  və  bu  standartlar  ölkə  iqtisadiyyatının  inkişaf  etdirilməsində  müəyyən 

rol  oynayır.  Müəssisələrdə  işlənən  müəssisə  standartları  Azərbaycan  Respub-

likasının  tələblərinə,  norma  və  qaydalarına  zidd  olmamalıdır.  Satış  üçün  işlə-

nən  müəssisə  standartları  dövlət  tərəfindən  təsdiq  edilmir.  Müəssisə  standart-

larının işlənməsi, razılaşdırılması, təsdiqi, qeydiyyatı, nəşri, yeniləşdirilməsi və 

ləğvi  qaydalarını  müəssisə  rəhbəri,  standartın  tələblərini  nəzərə  almaqla 

müəyyən edir. Müəssisə standartlarının tərtibi, şərhi, rəsmiləşdirilməsi və işarə 

edilməsi AZS 1.5-96 standartında göstərilmişdir. Müəssisə standartı, müəssisə-

nin  rəhbəri  və  ya  onun  müavini  tərəfindən  əmrlə  və  ya  standartın  birinci 

səhifəsinin arxa hissəsində imza ilə təsdiq edilir. Əmrlə təsdiq edilən müəssisə 

standartlarının  istehsal  prosesində  tətbiq  edilməsi  üçün  əlavə  texniki  tədbirlər 

planı  və onun  yerinə  yetirilməsi  müddəti  müəyyən  edilir.  Bu  standartlar  qüv-

vədə olub, təsir müddəti məhdudlaçdırılmaya da bilər. 

Müəssisə standartları aşağıdakıları müəyyən edir: 



1.  İstehsalın  və  məhsulun  keyfiyyətnin  idarə  edilməsi  sahəsində  işlərin 

aparılma qaydalarını; 

2.  Texnoloji,  istehsalın  idarə  edilməsi  üzrə  norma  və  tələblərin  işlənib 

hazırlanmasını; 

3.  Göstərilən  sahələrdə  müəssisə  standartlarının  işlənməsi  yalnız 

müəssisədə olan istehsal avadanlığı texnoloji proseslərə aid edilir. 

Satış  üçün  işlənmiş  məhsulların  standartını  müəssisə  təsdiq  etmir. 

Konstruktor  sənədlərinin  işlənməsində  müəssisə  standartlarına  istinad 

edilməsinə icazə verilmir. 

 

 



 


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin