Standart və məhsul sənədlərinin işlənməsi və ekspertizası


“Məmulatın layihəsinin işlənməsi prosesinin təşkili və



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə10/25
tarix09.05.2022
ölçüsü0,53 Mb.
#115679
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   25
A.S. Sixseyidov Standartlarin ve normativ senedlerin hazirlanma texnologiyasi (1)

“Məmulatın layihəsinin işlənməsi prosesinin təşkili və 

İctimai tələbatın təminetmə prosesinin sxemi” 

 

Yeni məmulun yaradılması böyük elmi-tədqiqat, patent axtarışları, texniki-



iqtisadi  tədqiqatlar  müəssisənin  və  sahənin  texniki  imkanları,  məmulun  ölkə 

daxilində  və  xaricdə  istifadə  və  satış  məsələləri  nəzərə  alınaraq  aparılmalıdır. 

Məmulun  layihələndirilməsi  zamanı  məmula  qoyulan  kapital  xərclər  və  bu 

xərclərin ödənilməsi nəzərə alınmalıdır. İstehsalata yeni məhsulun qoyuluşunda 

xarici  ölkələrin  analoqlu  məhsullarının  konstruksiyalarınını  öyrənməli  və 

onların xarici bazara tələbatı nəzərə alınmalıdır. Məmulun texniki səviyyəsi ilə 

yanaşı  onun  estetik  forma  və  görünüşü,  onadan  istifadənin  rahatlığı,  işinin 

etibarlığı  nəzərə  alınaraq  layihələndirilməlidir.  Müəssisələrdə  yeni  məmulun 

yaradılması  zamanı  müəssisənin  daxilində  yeni  məmula  dair  köklü 

dəyişikliklər  aparılmalıdır.  Bu  dəyişikliklər  2  formada  aparılır.  1-ci  halda

müəssisənin dəzgah və avadanlıqlarının və sex sahəsinin yeni dəzgah, tərtibat, 

avadanlıq, sınaq və ölçü quruluşları ilə təchiz edilərək məhsul istehsalına dair 

müəssisənin texnoloji təminatı həyata keçirilir. 2-ci halda, ölkə iqtisadiyyatına 

yüksək  tələbat  tələb  edən  külli  sayda  yeni  məmulatların  hazırlanması  tələb 

edilərsə, bu halda məmulun hazırlanmsı üçün yeni zavod, sex və sahələr təşkil 

edilir.  Yeni  təşkil  edilmiş  istehsal  sahəsi  tamamilə  yeni  sahə,  yeni  avadanlıq, 

yeni  pəstahalma  üsulu  ilə  və  başqa  texnoloji  avadanlıqlarla  təchiz  edilir.  Bu 

halda müəssisənin təşkil edilməsi daha mütərəqqi üsul hesab edilir. 




Məmula ictimai tələbatını ödəmə prosesinin sxemi aşağıdakı kimidir: 

Sxemdən  göründüyü  kimi  məmulun  layihələndirilməsi  o  vaxt  aparılır  ki, 

məhsula tələbat vardır. Bu tələbata uy-

ğun  məmulun  layihələndirilməsi  onun 

konstruksiyasının  tərtibi  bu  konstruk-

siyaya  uyğun  məmulun  hazırlanması 

onun istismar prosesində keyfiyyəti və 

ona olan tələbat öyrənilərək, məhsulun 

istehsalı bu zəncir ilə yerinə yetirilir.  

Hər  bir  layihələndirilən  məmul 

əsas 3 tələbə cavab verməlidir: 

1.  Texniki 

2.  Sosial 

3.  İqtisadi 

Bu göstəricilər, əksər hallarda, bir-birinə ziddiyət təşkil edir. Konstruktor-

ların da əsas vəzifəsi ondan ibarətdir ki, bu ziddiyətlər qarşısındakı məsələlər 

kompleks şəkildə araşdırılsın və bütün tərəflərin maraqları nəzərə alınsın. Tex-

niki münasibətlərdə məmulun konstruksiyası elm və texnikanın yeni nailiyyət-

lərini, qabaqcıl ölkələrin yeni konstruksiyalarının öz konstruksiyasında istifadə 

etməsi,  istehsal  proseslərinin  avtomatlaşdırılması  və  mexanikləşdirilməsinin 

tətbiq edilməsi ilə texniki səviyyəsidir. Bütün bunlarla bərabər məhsulun hazır-

lanmasında  konstruksiyasında  verilən  tələb,  dəqiqlik,  işin  uzunömürlülüyü  və 

etibarlılığı  təmin  edilməlidir.  Məmulun  texniki  səviyyəsinin  artılılması  ilə 

yanaşı o, sosial tələblərə də cavab verməlidir. Bu sosial tələblərə işçilərin əmək 

şəraitini yüngülləşdirmək üçün görülən tədbirlər, təhlükəsizlik və ətraf mühitin 

çirkləndirməsinə  dair  tələblər  nəzərdə  tutulmalıdır.  Istehsal  işçilərinin  əmək 

      Layihələndirmə 

        Konstruksiya 

         Hazırlanma 

           İstismar 

           Tələbat 




şəraitinin  yüngülləşdirilməsi  üçün  müəssisədə  mexanikləşdirmə  və 

avtomatlaşdırmanın səviyyəsini yüksəltmək lazımdır. 

Məmulata  verilən  iqtisadi  tələblər  konstruksiyaya  verilən  əsas  tələblərdən 

biridir.  Bəzi  knostruktorlar  belə  hesab  edir  ki,  az  məsrəf  sərf  etməklə,  yəni 

bahalı  material  və  yüksək  emal  proseslərindən  istifadə  etməməklə  bu  cür 

məmulun  maya  dəyərinin  aşağı  salınmasına  nail  olmaq  olar.  Əslində  isə 

məmulun  iqtisadi-texniki  göstəriciləri  onun  hazırlanmasından  başlayaraq 

istismarına qədər iqtisadi göstəricilərini nəzərə alır. 

 

 

 



 


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin