Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə31/101
tarix10.05.2022
ölçüsü2 Mb.
#115786
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   101
bölməsi–özündə  aşağıdakı  məlumatları  əks  etdirir:  əldə 
ediləcək  mənfəətin  səviyyəsini;  layihənin  həyata  keçiril-
məsi  nəticəsində  əhalinin  gündəlik  tələbatlarının  ödənil-
məsi  imkanlarını;  məhsul  qıtlığının  aradan  qaldırılmasını; 
ekoloji  mühitin  yaxşılaşdırılmasını;  müəssisənin  kadr  ya-
radıcılığı  potensialının  inkişafını;  iqtisadi-işgüzar  əlaqələ-
rin dinamikasını; iqtisadi imkanların təbliğini və s. Bu böl-
məni işləyib hazırlayan zaman həyata keçiriləcək bu və ya 
digər məqsəd və vəzifələrin iqtisadi səmərəliliyi müəyyən-
ləşdirilir. 


 
 
96 
2.  Xülasə  bölməsi  –  layihənin  əsas  ideyalarının  və 
məzmunun qısa şərhindən ibarətdir və bundan sonrakı böl-
mələrin  ümumi  nəticələrini  özündə  əks  etdirir.  Bu  bölmə 
daha dəqiq  və  məsuliyyətli işlənib hazırlanmalıdır, çünki 
investorlar  həmin  bölmə  ilə  ətraflı  tanış  olduqdan  sonra 
investisiya qoyuluşu  və  əməkdaşlıq haqqında  qərar  qəbul 
edirlər.  Bu  bölmədə  aşağıdakılar  göstərilir:  layihənin  qısa 
məzmunu  və  son  məqsədi;  istehsal  estetikası  və  onun  di-
gər  layihələrdən  fərqli  xüsusiyyətləri;  qarşıya  qoyulmuş 
məqsəd və vəzifələrə nail olmağın yolları; layihənin həya-
ta keçirilməsi müddətləri; layihənin həyata keçirilməsi ilə 
əlaqədar  olan  xərclərin  həcmi  və  onların  maliyyələşdiril-
məsi  mənbələri;  məqsəd  və  vəzifələrin  yerinə  yetirilməsi 
nəticəsində  əldə  ediləcək  səmərə,  mənfəət  və  digər  növ 
gəlirlərdən istifadə istiqamətləri. 
3.  Sahibkar tərəfindən istehlakçıya təklif  edilən məh-
sulun və yaxud xidmətin xarakteri bölməsi – özündə aşağı-
dakıları  əks  etdirir:  yeni  məhsulun  (şin,  xidmətin)  ödəyə-
cəyi tələbatların sferası; həmin tələbatları ödəmək üçün is-
tehlakçılara təklif edilən mövcud məhsullardan yeni məh-
sulun  üstünlükləri;  yeni  məhsul  növlərinin  realizəsi  üçün 
nəzərdə  tutulmuş  qiymət;  həmin  məhsulun  realizəsindən 
əldə ediləcək mənfəətin məbləği və norması, yəni istehsa-
lın rentabellik səviyyəsi və s.  
4.  Tələbin,  satış  bazarının  və  həcminin  təhlili  və  qiy-
mətləndirilməsi  bölməsi    sahibkarlıq  fəaliyyətinin  qarşı-
sında duran məqsəd və vəzifələrlə əlaqədar olan layihənin 
həyata keçirilməsinin təsiri altında formalaşır. Bu bölmədə 
aşağıdakılar öz əksini tapır: yeni məhsulların (xidmətlərin) 
əsas  istehlakçıları;  satışın  hazırkı  və  perspektiv  həcmi; 
məhsulun satış qiyməti və onun gələcəkdə aşağı salınması 


 
 
97 
imkanları;  istehlakçılara  əlavə  güzəştlərin  edilməsi  müm-
künlüyü;  satışdan sonrakı xidmətlərin növləri və qaydası; 
müəssisənin  bazardakı  rəqibləri  və  onların  məhsullarının 
xüsusiyyətləri, keyfiyyəti və satış qiymətləri. 
5.  Texniki-təşkilati tədbirlər bölməsi – sahibkarın özü-
nün bu və ya digər məqsəd və vəzifələr üçün işlənib hazır-
lanmış layihənin  həyata keçirilməsi yollarını müəyyən et-
mək  üçün  lazımdır.  Bu  bölmədə  aşağıdakılar  göstərilir: 
mövcud  istehsal  gücünün  artırılması  və  ya  yeni  istehsal 
gücünün  işə  salınması  üzrə  tədbirlər;  istehsalın  optimal 
həcmini təmin etmək üçün zəruri  olan investisiyanın həc-
mi; müəssisənin maddi enerji və digər növ ehtiyatlarla tə-
min  olunması  imkanları;  istifadə  olunacaq  texnologiya, 
texnika, kadrlar haqqında məlumatlar.  
6.  Layihənin ehtiyat təminat bölməsi – sahibkarlıq fəa-
liyyətinin qarşısında qoyulan məqsəd və vəzifələrin həyata 
keçirilməsi  üçün  lazım  olan  ehtiyatların  növləri,  həcmi, 
əldə edilməsi mənbələri və üsulları haqqında məlumatları 
özündə əks etdirir. Müəssisənin qarşısında qoyulmuş məq-
səd və vəzifələrin həyata keçirilməsi üçün lazım olan ehti-
yatlar içərisində maliyyə ehtiyatları əsas təşkil edir. Odur 
ki,  bu  bölməni  tərtib  edərkən,  əsasən,  maliyyə  ehtiyatları 
ilə  bağlı  olan  məsələlər,  yəni  investisiya  qoyuluşlarının 
ümumi  məbləği,  maliyyələşdirilməsi  mənbələri  (istiqraz 
buraxılışı, səhm satışı, kreditlər, layihə sahibkarlarının öz 
vəsaitləri və s.) öz əksini tapır. Bununla belə, həmin məq-
səd və vəzifələrin həyata keçirilməsi üçün lazım olan digər 
ehtiyatlar  (məsələn,  xammal  və  materiallar,  yanacaq-
enerji, bina və qurğular, nəqliyyat vasitələri və s.) və əmək 
ehtiyatları haqqında məlumatlar da bu bölmədə göstərilir. 


 
 
98 
7.  Layihənin  səmərəlilik  bölməsi  –  özündə  layihənin 
rentabelliyi  və  həmin  layihənin  həyata  keçirilməsi  nəticə-
sində  əldə  ediləcək  mənfəətin,  gəlirin  məbləği  haqqında 
məlumatları  özündə  əks  etdirir.  Onlara  aiddir:  məhsulun 
istehsalı  və  satışı  həcmi;  məhsulun  satışından  əldə  edilə-
cək  mənfəətin  məbləği;  mənfəətdən  ödəniləcək  vergilərin 
həcmi; vergi verildikdən sonra  müəssisənin sərəncamında 
qalacaq mənfəətin məbləği və s.  
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin