Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir


-  üçüncüsü,  proqnozun  çoxvariantlılıq  xüsusiyyəti  –



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə30/101
tarix10.05.2022
ölçüsü2 Mb.
#115786
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   101
        -  üçüncüsü,  proqnozun  çoxvariantlılıq  xüsusiyyəti  – 
qeyri  –  müəyyənlik  şəraitindən  əmələ  gəlir.  Proqnozun 
əhatə etdiyi dövr uzun olduqca mümkün olan variantların 
sayı  da  çoxalır.  Müxtəlif  variantlı  proqnozlar  içərisindən 
seçilmiş səmərəli proqnoz planların işlənib hazırlanmasın-
da istifadə olunur. 
 
4.4. Biznes-plan və onun əsas bölmələri 
 
Bazar iqtisadiyyatı şəraitində  müəssisələrin fəaliyyə-
tinin  planlaşdırılması  sistemində  özünəməxsus  rol  oyna-
yan  və  sahibkarlıq  fəaliyyətinin  inkişafında    mühüm  əhə-
miyyət kəsb edən planlardan biri də biznes-plandır. 
Sənayenin planlaşdırılmasının inkişafından bəhs olu-
narkən  sahibkarlıq  fəaliyyətinin  planlaşdırılması  başqa 
sözlə, biznes-planların tərtibi, məqsədi, məzmunu, qurulu-
şu və s. məsələlərin də, qısa da olsa, şərhi vacibdir. 


 
 
93 
Biznes-plan təbii bir haldır, çünki müəssisənin iqtisa-
di fəaliyyətinin ən əsas məqsədi ilə, yəni maksimum mən-
fəət əldə edilməsi ilə bilavasitə əlaqədardır.  Bu növ plan-
laşdırmanın strateji planlaşdırmadan fərqi ondan  ibarətdir 
ki, o, daha qısa müddət üçün tərtib edilir və  həmin müd-
dətdə mənfəət əldə etməyə, yaxud da onun mövcud səviy-
yəsinin  artırılmasına  xidmət  edir.  Lakin  bu  plana  yalnız 
mənfəət  əldə  edilməsini  təmin  edən  birdəfəlik  akt  kimi 
baxmaq olmaz, çünki: 
- birincisi, bu plan müəssisənin məqsəd və vəzifələri-
ni, fəaliyyətinin ardıcıllığını və inkişaf perspektivlərini əks 
etdirən bir sənəddir
- ikincisi,  bu  plan  bir  növ  universal  xarakter  daşıyır, 
yəni  onun  iqtisadi  məzmunundan  və  tətbiqi  sahəsindən 
asılı  olmayaraq,  sahibkarlıq  fəaliyyətinin  bütün  formaları 
üçün  xasdır  və  müəssisənin  fəaliyyətini  qiymətləndirmək 
üçün əsas təşkil edir
- üçüncüsü, bu plan müəssisənin hər hansı bir layihə-
sini müəyyənləşdirmək istəyən banklar və investorlar üçün 
zəruridir. Deməli, biznes-plan müəssisəsinin həyata keçir-
mək  istədiyi  layihəni  elə  əks  etdirməlidir  ki,  o  iqtisadi 
əməkdaşlıq sahəsində gələcəkdə tərəflər arasında aparılan 
danışıqlar  prosesində  işin  müvəffəqiyyətliyini  əsaslandıra 
bilən tutarlı dəlil olsun; 
- dördüncüsü, bu plan səmərəli təsərrüfatçılıq imkan-
larını  əks  etdirir.  Belə  ki,  biznes-plan  əsasında  müəs-
sisənin  bütün  iqtisadi  ehtiyatlarının,  o  cümlədən  maliyyə 
vasitələrinin səmərəli istifadə dərəcəsini ifadə edən xərclər 
və  gəlirlərin  müqayisəli  təhlili  durur.  Başqa  sözlə,  müəs-
sisənin biznes-planı elə işlənib hazırlanmalıdır ki, o kənar-
dan  cəlb  ediləcək  maliyyə  vasitələrinin  məqsədyönlü  isti-


 
 
94 
fadəsinə,  müəssisənin  səmərəli  istehsal-təsərrüfat  fəaliy-
yətinə  və  mənfəətin  əldə  edilməsinə  (özü  də  maksimum 
dərəcədə) təminat vermək olsun
- nəhayət,  beşincisi,  bu  plan  layihənin  icrasının  kadr 
təminatı  ilə  bağlı  məsələləri,  məsələn,  işçilərin  cəlb  edil-
məsi, onların hazırlanması, ixtisasların artırılması, yenidən 
hazırlanması və s. əks etdirir. 
Biznes-planın  tərtibində  ümumi  məqsəd  istehsal  sa-
hibkarlığı üçün maliyyə mənbəyi tapmaq, investorları biz-
nes fəaliyyətinə şirnikləndirməkdir.  
Biznes-planlar  tərtib  olunarkən  aşağıdakı  şərtlərə 
əməl edilir: 
- biznes–plan çox yığcam, sadə, tez dərk oluna bilən 
tərzdə peşəkarlıqla tərtib olunmalıdır; 
- biznes–planın investorlar üçün cazibədar və anlaşıqlı 
olması məqsədilə o, bölmələr üzrə işlənib hazırlanmalıdır; 
-  biznes–plan  özünün  obyektiv  qiymətini  almalı  və 
bunun üçün o, sahibkarlıqla məşğul olacaq kollektivin hər 
biri  tərəfindən  öyrənilməlidir,  auditor  xidmətindən  də 
istifadə etmək və onun rəyini də bilmək vacibdir
- biznes-plan  potensial  investora  ilkin  variantda 
təqdim  edilməli  və  əgər  planın  onda  maraq  doğruluğuna 
inam yaranırsa, yalnız bu halda – planın məxfi saxlanılan 
cəhətləri də aşkarlanır və onun müfəssəl variantı sərmayə-
çiyə təqdim olunur. 
Biznes-planın  qarşısında  konkret  şəraitdən  asılı  ola-
raq, aşağıdakı vəzifələr qoyulur: a) reallaşdırılacaq layihə-
nin məqsədəuyğunluğunu iqtisadi cəhətdən əsaslandırmaq; 
b)  xərclər  ilə  əldə  ediləcək  gəlirlərin  müqayisəli  təhlili 
əsasında  gözlənilən  iqtisadi-maliyyə  nəticələrini  araşdır-
maq; c) yerinə yetiriləcək məqsəd və vəzifələrin xarakteri-


 
 
95 
nə və təyinatına uyğun olaraq, maliyyə mənbələrini və on-
ların ödənilməsi şərtlərini müəyyənləşdirmək; v) layihənin 
reallaşdırılması  üçün  kadr  sahəsində  müəssisənin  imkan-
larını    və  ehtiyatlarını,  yerinə  yetiriləcək  məqsəd  və  və-
zifələrin əsas istiqamətlərini əsaslandırmaq və s.  
Müəssisədə  biznes-plan  müəyyən  tələblərə  uyğun 
olaraq  işlənib  hazırlanır  və  əsasən  aşağıdakı  bölmələrdən 
ibarət olur: 
-  həyata  keçiriləcək  layihənin  məqsəd  və  vəzifələri 
bölməsi; 
-  xülasə bölməsi; 
-  sahibkar tərəfindən istehlakçıya təklif edilən məh-
sulun və yaxud xidmətin xarakteri bölməsi
-  tələbin, satış bazarının və həcminin təhlili və qiy-
mətləndirilməsi bölməsi; 
-  texniki-təşkilati tədbirlər bölməsi
-  layihənin ehtimal təminat bölməsi
-  layihənin səmərəlilik bölməsi
Göstərilən bölmələr aşağıdakılarla bağlıdır. 
1.  Həyata  keçiriləcək  layihənin  məqsəd  və  vəzifələri 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin