91
məsini təmin edir və strateji proqramların texniki–iqtisadi
cəhətdən əsaslandırılmasına səbəb olur. İstehsalın konkret
şəraitindən asılı olaraq proqnozlar aşağıdakı əlamətlərə
görə təsnifləşdirilir:
a)
doğruluq dərəcəsinə görə – hipotezik (ardıcıl he-
sablamaları, məhdudlaşdırıcı amilləri nəzərə almadan və
mülahizə edilən hadisələrin baş verməsinə təsir imkanları
olmadan), analatik–hesablama (hadisələrin baş verməsinə
təsir imkanları olmadan) və ardıcıl hesablamalara əsasla-
nan
proqnozlar fərqləndirilir;
b)
vaxt müddətinə görə – proqnozlar uzunmüddətli
(15 ildən çox), ortamüddətli (10-15 il) və qısamüddətli
(1ildən 5 ilədək) proqnozlara ayrılırlar;
c)
miqyasına görə – qlobal, ölkə, sahədaxili, müəssi-
sədaxili və elm–texniki tərəqqinin ayrı–ayrı istiqamətləri
üzrə olan proqnozlar fərqləndirilir;
d)
planlaşdırma sahəsinə görə – proqnozlar sosial,
iqtisadi və elmi – texniki proqnozlara ayrılır;
e)
idarəetmə səviyyəsinə görə – xalq təsərrüfatı, re-
gional, sahə və müəssisənin sosial – iqtisadi inkişafının
proqnozlaşdırılması fərqləndirilir.
İqtisadi proqnozlaşdırma obyektləri aşağıdakılar ola
bilər: istehsal güclərinin mənimsənilməsi müddətləri: is-
tehsal məsrəfləri: daxili və xarici bazarın vəziyyəti: kadr-
ların idarə edilməsi və s. Bəzən proqnoz ilə planı eyniləş-
dirirlər. Bu düzgün deyildir. Əvvəla ona görə ki, proqnoz
ehtimal xarakterli olduğu halda, plan real vəziyyəti əks
etdirir; ikincisi, plandan fərqli olaraq proqnoz istehsalın
inkişafının əsas meyllərini, irəliləmə hərəkətinin mümkün
istiqamətlərini aşkara çıxarmağa imkan verir; üçüncüsü,
proqnoz özünü doğrulmaya bilər, plan isə işlənib hazırla-
92
narkən texniki – iqtisadi cəhətdən əsaslandırıldığından hə-
yata keçirilməsi mümkündür. Ümumiyyətlə, proqnozlaş-
dırmanın aşağıdakı xarakterik cəhətləri vardır:
Dostları ilə paylaş: