Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir


Əmək məhsuldarlığı və onun yüksəldilməsi yolları



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə37/101
tarix10.05.2022
ölçüsü2 Mb.
#115786
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   101
5.3. Əmək məhsuldarlığı və onun yüksəldilməsi yolları 
 
Əmək məhsuldarlığı  dedikdə əmək sərfiyyatının sə-
mərəliliyi,  məhsulun  hər  vahidinə  sərf  edilən  əməyin  sə-
viyyəsi nəzərdə tutulur. Əmək  məhsuldarlığının artırılma-
sı  məhsulun istehsalı üçün lazım olan iş vaxtının qısaldıl-
ması deməkdir. Cəmiyyət, məhsulun hər vahidinə sərf olu-
nan əməyi azaltmaqla hər işçi başına daha artıq miqdarda 
məhsul  istehsal  etmək  və  deməli,  öz  artan  tələbatını  daha 
dolğun  təmin  etmək  imkanına  malik  olur.  Əmək  məhsul-
darlığının  daim  yüksəldilməsi,  istehsalının  artırılması  və 
təkmilləşdirilməsi üçün zəruri şərtdir. 
İstehsalında  əmək  məhsuldarlığını  yüksəltmək  üçün 
əməli yollar mövcuddur. Bu yollardan ən mühümü ağır sə-
nayenin birinci növbədə inkişaf etdirilməsi və ən yeni tex-
nikanın  daha  geniş  tətbiq  edilməsindən,  işçilərin  ümumi 
təhsil  və  mədəni  səviyyəsinin  yüksəldilməsindən  əmək  
intizamının  möhkəmləndirilməsi  və  onun  ən  yaxşı  təşkili  
formalarının  tətbiq  edilməsindən  və  mövcud  olan  imkan-
ların genişləndirilməsindən ibarətdir. 
Əmək  məhsuldarlığının  yüksəlməsi  –  istehsalı  artır-
maq, xalqın  maddi vəziyyətini daha da yaxşılaşdırmaq və 
mədəni səviyyəsini daha da  yüksəltmək  yolunda həlledici 
şərtdir. 
Əmək məhsuldarlığını yüksəltmək uğurundakı müba-
rizə, əsas fondlardan daha yaxşı istifadə edilməsi və mate-
rial  resurslarının  daha  artıq  qənaətlə  işlədilməsi  ilə  sıx 
sürətdə əlaqədardır.  
Fəhlə  və  qulluqçuların  mədəni-texniki  səviyyəsini 
yüksəltmək və onların istirahəti üçün daha yaxşı  şərait ya-
ratmaq məqsədilə ictimai istehsal artdıqca  və əmək  məh-


 
 
118 
suldarlığı yüksəldikcə onların qazandığı nailiyyətlər çoxa-
lar və gəlirləri artar. 
Hər  fəhləyə  düşən  istehsalın  artırılması,  əməyin  in-
tensivliyini  yüksəltmək,  yəni  müəyyən  vaxt  ərzində  daha 
artıq miqdar əmək sərfi yolu ilə edilə bilər. 
Əmək  mühafizəsini və    təhlükəsizlik texnikasını  ya-
xınlaşdırmaq  üçün  sənaye  müəssisələrində  hər  il  böyük 
tədbirlər görülür. Bu şəraitdə sənayenin hər bir işçisi, özü-
nün tam  qüvvə və qabiliyyətləri daxilində  vicdanla çalış-
malıdır. 
Hər  bir  fəhləyə  düşən  istehsalın  artırılması,  əməyin 
məhsuldarlıq qüvvəsini yüksəltmək, yəni istehsalın  texniki 
cəhətdən  daha  artıq  silahlanması  və  işçilərin    ixtisasının 
yüksəldilməsi  nəticəsində  eyni  miqdar  əməyin  daha  çox 
məhsul  vermək  qabiliyyətini  artırmaq  yolu  ilə  əldə  edilir. 
Bu, müəssisələrdə (əmək müəssisələrdə) əmək məhsuldar-
lığını  yüksəltmək  üçün  əsas  yoldur.  Texnikanı  durmadan 
tərəqqi  etdirmək  və  kadrların  mədəni-texniki  səviyyəsini 
daima  artırmaq  haqqındakı  obyektiv  zərurət  də  buradan 
irəli gəlir. Sənayenin fəhlələri və  mühəndis-texnik işçiləri 
istehsalın texnikası və texnologiyanın təkmilləşdirilməsinə 
hər  vasitə  ilə  kömək  etməyə  və  öz  texniki  biliklərini  və 
məharətlərini daim yüksəltməyə çalışmalıdırlar. 
Müasir  cəmiyyətdə  hər  bir  zəhmətkeş  nə  qədər  çox 
məhsul  istehsal  edirsə,  öz  əməyi  müqabilində  bir  o  qədər 
artıq haqq alır; cəmiyyət də, istehsalı daha da inkişaf etdir-
mək  və  xalqın  maddi  rifahını  yüksəltmək  yolunda  tədbir-
lər  görmək  üçün  bir  o  qədər  artıq  imkan  əldə  etmiş  olur. 
Əmək məhsuldarlığının yüksək surətlə artmasını təmin et-
mək işində dövlət mənafeyi ilə xalq mənafeyinin ayrılmaz 


 
 
119 
birliyi  təzahür  edir  ki,  bu  da  istehsalının  əsas  üstünlüklə-
rindən biridir. 
Əmək  məhsuldarlığının  səviyyəsi  bir  sıra  amilləri 
əsasən müəyyən edilir; həm də əmək məhsuldarlığını daha 
da  yüksəltmək  üzrə  hər  bir  sənaye  sahəsinin  və  hər  bir 
müəssisənin özünə məxsus spesifik xüsusiyyətləri və ehti-
yat  mənbələri  vardır.  Bu  amillərin  bir  qismi  müəssisənin 
yerləşdirilməsi, onun kooperativləşmə əlaqələri, istehsalın 
müəyyən olunmuş həcmi və başqa şərtlərdən asılıdır. 
Əmək  məhsuldarlığını  yüksəltmək  sahəsində  bilava-
sitə  müəssisələrin  özündən  asılı  olan  amilləri  aşağıdakı 
qruplara birləşdirmək olar: 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin