Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə40/101
tarix10.05.2022
ölçüsü2 Mb.
#115786
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   101
Əmək haqqının nominal, real, orta aylıq, minimum növlə-
rini fərqləndirirlər. 
Nominal  əmək  haqqı    müəyyən  iş  dövrü  ərzində 
fəhlə  və  qulluqçuların  sərf  etdikləri  əməyin  kəmiyyət  və 


 
 
126 
keyfiyyətinə uyğun olaraq pul və ya natura şəklində ödəni-
lən  əmək  haqqıdır;  hesablanmış  (bütün  çatası  məbləğ)  və 
ələ verilən əmək haqqı (vergilər çıxılmaqla) fərqləndirilir. 
Əməyə  görə  bölgü  prinsipi  öz  ifadəsini  nominal  əmək 
haqqında  tapır.  Müəssisə  miqyasına  nominal  əmək  haqqı 
əməyə görə bölgü qanununa müvafiq olaraq müəyyən vaxt 
müddəti ərzində hər bir işçinin şəxsi istehlakına daxil olan 
mənfəətin (təsərrüfat hesablı gəlirin) bir qismindən ibarət-
dir. Lakin nominal əmək haqı öz-özlüyündə işçinin ictimai 
məhsulda  faktiki  payını  hələ  müəyyən  etmir,  çünki  bu, 
həmçinin  mallara  və  xidmətlərə  qoyulan  qiymət  və  taarif 
səviyyəsindən, yəni real əmək haqqından asılıdır. 
Real əmək haqqı  maddi nemətlərdə və xidmətlərin-
də  ifadə  olunan  əmək  haqqının  miqdarıdır.  Real  əmək 
haqqının artımı nominal əmək haqqının əmtəələrin qiymə-
ti  və  xidmətlərin  tarifi  indeksinə  nisbəti  ilə  müəyyən  olu-
nur.  Bu  zaman  əmək  haqqından  tutulmuş  vergilərin  məb-
ləği çıxılır. 
Orta aylıq əmək haqqı  müəssisənin hər bir işçisinə 
görə hesablanan əmək haqqının miqdarını səciyyələndirir. 
Orta  aylıq  əmək  haqqı  fondunu  muzdlu  işçilərin  sayına 
bölməklə  müəyyən  edilir.  Mühəndis  –  texniki  işçilərin, 
qulluqçuların, kiçik xidmətedici  heyətin, gözətçilər və  şa-
girdlərin  orta  illik  və  ya  orta  aylıq  əmək  haqqı  müəyyən-
ləşdirilir.  Orta  aylıq  (orta  illik)  əmək  haqqını  müəyyən 
etmək  üçün  aylıq  (illik)  vahid  əmək  haqqı  fondunun  kə-
miyyətini  müəssisənin  orta  siyahı  sayına  bölünmək  la-
zımdır. Fəhlələrin orta aylıq (orta illik) əmək haqqını he-
sablayarkən isə, bundan başqa, orta günlük və orta saatlıq 
əmək haqqı da müəyyən edilir.  


 
 
127 
Minimum əmək haqqı   bütün işləyənlər üçün dövlət 
tərəfindən  müəyyən  vaxta  qəbul  edilmiş  minimum  əmək 
haqqıdır. Minimum əmək haqqı istehlak qiymətləri indek-
sinin artması ilə əlaqədar mütəmadi olaraq yenidən baxılır. 
Müasir zamanda minimum əmək haqqı  yüz manata yaxın 
müəyyən olunub. 
Cəmiyyətin quruculuğu təcrübəsində, müəssisədə hər 
bir iş sahəsi üçün əməyin ödənilməsi şərtlərinin müəyyən-
ləşdirilməsinə dair üsullar hazırlanmışdır. Sənaye  müəssi-
sələrində  fəhlələrin  əmək  haqqının  təşkili  tarif  sistemi  və 
əməyin ödənilməsi formaları üzrə müəyyən edilir. 
Tarif  sistemi  tarif-ixtisas  arayış  kitabçalarında,  tarif 
cədvəlindən və tarif maaşlarından ibarətdir. 
Tarif-ixtisas  arayış  kitabçalarında  müəssisədə  görü-
lən işlərin istehsal xarakteristikası verilir ki, bu da fəhlələ-
rin  ixtisasını  müəyyən  etmək  və  onların  gördükləri  işləri 
qiymətcə müqayisələndirmək üçün əsas təşkil edir. 
Tarif-cədvəli  fəhlələrin  ixtisaslarından  asılı  olaraq, 
əmək  haqqı  üzrə  nisbətləri  müəyyən  edir.  Tarif  dərəcəsi 
fəhlənin  ixtisas  dərəcəsini  xarakterizə  edir:  daha  yüksək 
ixtisasa tarif cədvəlinin daha yüksək dərəcəsi uyğun gəlir. 
Tarif maaşı müəyyən edilmiş tarif cədvəlinə və ixti-
sas arayış kitabçasına müvafiq olaraq, görülən müxtəlif iş-
lərə qarşı ödəniləsi əmək haqqının qədərini müəyyən edir. 
Tarif sistemi hər bir iş üzrə əmək haqqının ödənilmə-
sində  daimi  və  bərabər  şərtlərin  olması  və  hər  bir  işçiyə 
müəyyən  minimum  əmək  haqqı  verilməsi  üçün  təminat 
yaradır,  eyni  zamanda  tarif  sistemi  əmək  haqqı  üzrə  he-
sablamaların düzgünlüyünü yoxlamaq üçün imkan yaradır. 
Tarif maaşları adətən müştərək müqavilələrə daxil edilir.  


 
 
128 
I  dərəcənin  tarif  maaşının  qədəri  və  tarif  cədvəli  də-
rəcələri arasındakı nisbətlər yalnız müəyyən bir müəssisə-
nin işçiləri üçün  deyil, habelə  bütünlüklə  sənaye  üçün də 
böyük  əhəmiyyətə  malikdir.  Tarif  üzrə  maaşın  səviyyəsi 
bu və  ya başqa  müəssisəyə, ölkənin bu və  ya başqa rayo-
nuna  işçilər  cəlb  edilməsinə  təsir  göstərir.  Buna  görə  də 
sənayenin  bütöv  bir  sahəsi  üçün  tarif  sistemi  razılaşdırıl-
mış qaydada müəyyən edilir. 
Tarif  maaşı  əmək  haqqının  ölçüsünü  vaxt  vahidi  – 
saat,  gün,  ay  ərzində  müəyyənləşdirir.  Fəhlələr  üçün  o, 
gün ərzində (gündəlik) və ya saat ərzində (saatlıq) I dərə-
cəli  əmək  haqqı  şəklində  müəyyən  olunur.  Yüksək  tarif 
dərəcələrinə aid edilən işlər üçün əmək haqqının miqdarı I 
dərəcənin əmək haqqını tarif dərəcələri üzrə müvafiq tarif 
əmsalına vurmaqla müəyyənləşdirilir. 
Tarif  cədvəlində  dərəcələr  arasındakı  artım  fərqi  nə 
qədər  çox  olarsa,  fəhlə  aşağı  dərəcədən  yuxarı  dərəcəyə 
keçməkdə maddi cəhətdən daha çox maraqlı olar, öz ixti-
sas  səviyyəsini  artırmağa  cəhd  göstərər,  onun  əmək  məh-
suldarlığı  və  gördüyü  işin  keyfiyyəti  yüksələr  və  nəticə 
etibarilə istehsalın səmərəliliyi təmin edilmiş olar.  
Sənaye müəssisələrində fəhlələrə verilən əmək haqqı 
formaları böyük əhəmiyyətə malikdir. Əmək haqqı forma-
larının  düzgün  seçilməsi  müəssisənin  müvəffəqiyyətlə  iş-
ləməsi,  əmək  məhsuldarlığının  artırılması  və  məhsulun 
maya  dəyərinin  aşağı  salınması  üçün  böyük  əhəmiyyətə 
malikdir. 
Sənaye  müəssisələrində  əməyin  ödənilməsinin  əsas 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin