Dərs vəsaiti Bakı Biznes Universitetinin 20 illik yubileyinə bir töhfədir



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə41/101
tarix10.05.2022
ölçüsü2 Mb.
#115786
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   101
formaları  –  işəmuzd  və  vaxtamuzd  əmək  haqqı  formaları-
dır.  Əmək  haqqının  bu  əsas  formaları  müxtəlif  mükafat 
növləri  ilə  tamamlanır.  İşəmuzd  əmək  haqqı  formasında 


 
 
129 
işçi istehsal etdiyi məhsulun, yaxud yerinə yetirdiyi işlərin 
kəmiyyət  və  keyfiyyətinə  uyğun  olaraq  mükafatlandırılır. 
Əməyin  ödənilməsinin  bu  forması  əmək  nəticələri  dəqiq 
və  tam  uçota  alınan  işlərdə  tətbiq  edilir.  İşəmuzd  əmək 
haqqı əməyin ödənilməsinin əmək haqqının təşkili prinsip-
lərinə uyğundur, elmi əsasda qurulur və əmək məhsuldar-
lığının yüksəldilməsinin mühüm vasitəsidir, hər bir işçinin 
şəxsi mənafeyi ilə ümum müəssisə mənafeyinin əlaqələn-
dirilməsinə imkan verir. 
İşəmuzd əmək haqqı sisteminin tərkibi:  
- müstəqim (birbaşa); 
- qeyri-müstəqim (dolayı); 
- işə görə-mütərəqqi; 
- işə görə-mükafatlı; 
- akkord sistemi formasında tətbiq edilir. 
İstehsalda  əsas  işlər  üzrə,  adətən,  hər  bir  fəhlənin 
əməyinin  fərdi  nəticələrinin  normalaşdırılması  və  uçota 
alınması üçün imkan vardır. Buna görə də sənaye müəssi-
sələrində fəhlələrə verilən əmək haqqının üstün sistem for-
ması,  müstəqim  fərdi  işəmuzd  əmək  haqqından  ibarətdir 
ki,  bu  da  adətən  sadəcə  olaraq  işəmuzd  əmək  haqqı  adla-
nır. Bütün sənaye fəhlələrinin dörddə üç hissəsindən çoxu-
na işəmuzd sistemi üzrə əmək haqqı verilir. Müstəqim işə-
muzd əmək haqqının ən mühüm üstünlüyü bundan ibarət-
dir ki, fəhlənin əmək haqqı onun müəyyən bir dövr ərzin-
də  istehsal  etdiyi  yararlı  məhsulun  (detalların,  əməliyyat-
ların  və  s.)  miqdarına  tam  uyğun  olaraq  dəyişilir.  Buna 
görə də işəmuzd əmək haqqı sistemi öz əməyinin nəticələ-
ri  üzrə  işçilərdə  şəxsi  maddi  maraq  yaratmaq  prinsipinə 
daha  çox  uyğun  gəlir.  İşəmuzd  sistemi  istehsal  üçün  də 
faydalıdır: bu sistem fəhlələrin ustalığının artmasına, ava-


 
 
130 
danlıq  və  alətlərdən  daha  yaxşı  istifadə  edilməsinə  maraq 
oyadır,  iş  vaxtının  itkisini,  işsiz  dayanmaları  və  istehsala 
rəhbərlik  işində  təşkilat-texniki  nöqsanları  aradan  qaldır-
maq üçün fəhlələri səfərbərliyə alır. 
Müstəqim  işəmuzd  əmək  haqqı  sistemində  işçinin 
əmək  haqqı  hazırlanmış  məhsulun  miqdarına  və  məhsul 
vahidinin  istehsalı  üçün  müəyyən  edilmiş  əmək  haqqına 
(iş qiymətinə) əsasən təyin edilir. İş qiyməti – iş dərəcəsi-
nin saatlıq tarif maaşının müəyyən bir işin görülməsi üçün 
vaxt  norması  üzrə  lazım  olan  normalaşdırılmış  saatların 
sayına vurulması yolu ilə müəyyən edilir. Əgər tarif siste-
mi  növbə  üçün  müəyyən  edilmişsə,  onda  iş  qiyməti  mü-
vafiq  dərəcənin  günlük  tarif  maaşının  günlük  istehsal 
normasına bölünməsi yolu ilə müəyyən edilir. 
İşəmuzd  iş  qiymətinin  hesablanmasını  belə  bir  nis-
bətlə ifadə etmək olar: 
 
 
               
 
     Hesablama üçün əsas olaraq həmin işin görülməsi üçün 
saat  hesabı  ilə  normalaşdırılmış  vaxt  götürülərsə,  onda 
nisbət belə bir forma alar: 
 
   • 
 
                  
 
 
        
  
 
İş  qiymətinin  əvvəlcədən  müəyyən  edilməsi  və  fəhlə 
işə  başlamazdan,  ona  tapşırıq  (naryad)  verilərkən  fəhləyə 
bildirilməsi xüsusilə vacibdir. Kütləvi surətdə təkrar olunan 
Məmulatın 
qiyməti 
İş dərəcəsinin 
saatlıq tarif 
maaşı 
Məhsul vahidi üçün 
saat hesabı ilə 
normallaşdırılmış vaxt 
 
Məmulatın 
iş qiyməti          
Müəyyən bir dərəcənin növbəlik tarif maaşı 
 
Ədəd hesabı ilə növbəlik istehsal norması 


 
 
131 
işlərə,  naryad verilmədiyindən, bu barədə bütün fəhlələrin 
məlumat alması üçün, iş qiymətləri adətən sexdə asılır. 
İşəmuzd  əmək  haqqının  qeyri-müstəqim  sistemində 
fəhlənin aldığı əmək haqqı onun xidmət etdiyi əsas fəhlə-
lərin  əmək  haqqından  və  ya  istehsal  etdikləri  məhsulun 
miqdarından asılıdır. Bu sistem çox hallarda əsas fəhlələrə 
xidmət  edən  köməkçi  fəhlələrin  əmək  haqqının  ödənil-
məsində tətbiq olunur. Bu sistemin iki variantını fərqləndi-
rirlər:  birinci  variantda  hər  hansı  iş  yerinə  xidmət  edən 
fəhlənin əmək haqqı, əsas işəmuzdçu fəhlənin hasilatından 
asılı  olaraq  müəyyən  edilir.  Ona  görə  də  köməkçi  fəhlə 
ayrı-ayrı  iş  yerləri  və  ya  istehsal  sahələrinə  fasiləsiz  və 
keyfiyyətli  xidmət  etməyə  maddi  cəhətdən  maraqlı  olur. 
Əgər əsas fəhlə bir işi icra edərsə, onda köməkçi fəhlə də 
həmin işə görə əmək  haqqı alır. Belə olan halda köməkçi 
fəhlənin əmək haqqının kəmiyyətini müəyyən etmək üçün 
həmin  fəhlənin  gündəlik  tarif  maşını  (T
m
)  norma-saat  və 
yaxud digər natural ifadələrlə ifadə olunan xidmət norması 
(t
xid
)  ilə  həmin  xidmət  obyekti  üçün  plan  üzrə  müəyyən 
edilmiş tapşırıq (N
pl
) hasilinə bölmək lazımdır, yəni: 
 
Ə
h.d 
= T
m
 : (t
xid
  •  N
pl
). 
 
Bu  sistemin  tətbiq  edilməsi  üçün  zəruri  müqəddəm 
şərtlər:  əməyin  normallaşdırılmasının  yüksək  keyfiyyətdə 
olmasından, iş uçotunun yaxşı təşkil edilməsindən, məhsu-
lun  keyfiyyətinə  görə  qəbul  edilməsindən  və  iş  yerinin 
xammalla  və  ya  pəstahı  ilə  normal  surətdə  təmin  edilmə-
sindən əsaslıdır. 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin