7.3. Material resurslarına qənaət edilməsi yolları
Müəssisələrin ən mühüm vəzifələrindən biri dövriyyə
istehsal fondlarından istifadə edilməsini getdikcə yaxşılaş-
dırmaqdan ibarətdir; bu da, birinci növbədə hazır məhsu-
lun hər vahidinə sərf edilən materialın azaldılmasında tə-
zahür edir.
Hər məhsul vahidi üzrə xammal, material və yana-
caq sərfinin azaldılması, hər şeydən əvvəl o deməkdir ki,
mövcud olan miqdarda materialdan daha çox hazır məhsul
istehsal edilə bilər. Beləliklə, xammal, material və yanaca-
180
ğa qənaət edilməsi nəticəsində mövcud materiallarla isteh-
sal proqramının yalnız tamamilə deyil, həmçinin artıqla-
ması ilə yerinə yetirilməsi mümkün olur.
Xammal və materiallara qənaət etmək uğrunda mü-
barizə, müəssisəni yeni texnika tətbiq etməyə və texnoloji
prosesləri təkmilləşdirməyə sövq edir. Xammal, material
və yanacağa qənaət edilməsi əmək məhsuldarlığına müs-
bət təsir göstərir. Məhsul vahidi üzrə material sərfinin
azaldılması, bir qayda olaraq canlı əmək üzrə də qənaətə
səbəb olur, çünki burada materialın işlənməsi, habelə daşı-
nıb gətirilməsi, yüklənməsi, boşaldılması və saxlanmasına
sərf olunan əmək ixtisar edilir.
Material vəsaiti sərfinə qənaət etmək müəssisələrdə
məhsulun maya dəyərinin aşağı salınmasını və ictimai yı-
ğımının artmasını təmin edən əsas amillərdən biridir.
Beləliklə, material vəsaitindən istifadə edilməsinin yaxşı-
laşdırılması müəssisənin istehsal və iqtisadi fəaliyyətinin
hər cəhətinə böyük müsbət təsir göstərir.
Müəssisələrdə də, materiallar üzrə bir sıra qənaətin
mənbələri mövcuddur. Materiallardan istifadə təhlili gös-
tərir ki, sənaye müəssisələrində xammal, material, yana-
caq və elektrik enerjisi üzrə qənaət eldə etmək üçün istifa-
də edilməmiş böyük ehtiyat mənbələri vardır.
Maşınqayırma sənayenin tökmə sexlərində yararlı
tökmələr alınması, çuqun tökmələrdə, təqribən 65–75%,
polad tökmələrdə isə 55 – 60% təşkil edir. Dəmirçi sexlə-
rində isti ştamplama emalında yararlı məhsul 80% – çatır.
Biçmə sexlərində metaldan istifadə edilməsi də təqribən
bu səviyyədədir. Burada nəzərdə tutmaq lazımdır ki, dəqiq
tökmə metodları hələ kifayət qədər geniş yayılmamışdır;
eyni zamanda dəmirçi sexlərində hələ də bir çox detallar
181
sərbəst döymə metodu ilə hazırlanır. Buna görə də maşın-
qayırma zavodlarının mexaniki sexlərində yonqar şəklində
metal itkisi hələ də çox olur. Bu sexlərdə materiallardan
istifadə əmsalı sərbəst döymədə 0,60–dan 0,75–ə qədər,
ştamplanan detalların emalında isə – 0,75–dən 0,8–ə qə-
dərdir. Beləliklə, maşınqayırma sənayedə qara metallardan
istifadə əmsalı bu metalların əvvəlcə hazırlıq sexlərində,
sonra isə mexaniki sexlərdə emalı zamanı orta hesabla,
təqribən 0,5–0,55 təşkil edir.
Elektrik enerjisindən istifadə üzrə də böyük ehtiyat
mənbələri vardır. Bir sıra müəssisələrdə avadanlığın çox
boşuna işlənməsi halları olur, avadanlığın iş rejimi azaldı-
lır və həqiqi gücü xidmət etdiyi aqreqatların tələbatından
xeyli artıq olan motorlar qurulur.
Müxtəlif sənaye sahələri müəssisələrində materialla-
ra qənaət üzrə böyük ehtiyat mənbələri olması dövriyyə
istehsal fondlarından ən yaxşı istifadə etmək uğrunda mü-
barizəni daha da qüvvətləndirmək lüzumunu irəli sürür.
Material resurslarına qənaət edilməsinin başlıca yolları
xammal, yanacaq, elektrik enerjisi, metal və başqa mate-
rialların daha səmərəli sürətdə sərf olunması, xammalı iş-
lədərkən ondan kompleksi sürətdə istifadə edilməsi, xam-
mal-material sərf etmək normalarının azaldılması, az tapı-
lan və baha başa gələn xammal, material və əlvan metallar
əvəz ediciləri işlədilməsi təmin edilməlidir.
Müəssisələrdə materiallara qənaət edilməsi imkanları
böyükdür, lakin onlardan istifadəsi tam deyildir.
Xalq təsərrüfatı müxtəlif sahələrinin müəssisələrində
materiallara qənaət etmək yolları da müxtəlifdir; bu vəziy-
yət texnologiyada və istehsalın təşkilində olan fərqlərdən
irəli gəlir. Lakin neçə olsa, bunlar əsas qənaət yolları şək-
182
lində birləşdirilə bilər və bu yollar da müxtəlif sənaye sa-
hələri müəssisələrində tətbiq edilən ümumi metodları xa-
rakterizə edə bilər.
Müəssisədə materiallar üzrə qənaətin əsas yolların-
dan biri istehsal tullantılarını azaldan və tullantılardan isti-
fadə olunmasını təmin edən yəni texnikanın və yeni texno-
loji proseslərin tətbiq edilməsindən ibarətdir.
Məsələn, maşınqayırma zavodlarının tökmə sexlərin-
də dəqiq tökmə metodlarının – metalı kokil deyilən metal
qəliblərə tökmə metodunun, təzyiq altında tökmə metodu-
nun, mərkəzdənqaçma tökmə metodunun və qabıqlı tökmə
metodunun və i.a. – tətbiq edilməsi metala xeyli qənaət et-
məyə (20 – 25% – ə qədər) imkan verir.
Dəmirçi sexlərində sərbəst döymə üsulunun ştampla-
ma üsulu ilə əvəz edilməsi nəticəsində tullantılar orta he-
sabla 20 – 25% azalır. Məlum olduğu kimi, sərbəst döy-
mə üsulu ilə hazırlanan məmulatın pəstahı, bir qayda ola-
raq, ondan qayırılması detaldan xeyli ağır olur. Ştamplama
üsulu pəstahı ilə hazırlanmağa imkan verir ki, burada artıq
material daha az olsun.
Preslər vasitəsilə aparılan ştamplama üsulunun tətbi-
qi xüsusilə yaxşı nəticə verir; bu üsul, hətta çəkiclər vasi-
təsilə aparılan ştamplama üsuluna nisbətən metal üzrə əla-
və olaraq 12 – 15% və daha artıq qənaət təmin edir. Metal
emalında, soyuq oturtma, soyuq yayma və köndələn yay-
ma üsulları kimi mütərəqqi texniki metodlar da böyük qə-
naət verir.
Qara metallurgiya zavodlarında oksigenlə körükləmə
üsulunun tətbiq edilməsi, yanma proseslərinin avtomatlaş-
dırılması, metallurgiya aqreqatlarının konstruksiyasının
təkmilləşdirilməsi, ərgin poladın arası kəsilmədən tökül-
183
mək metodunun və başqa üsulların tətbiq edilməsi yolu ilə
xammal, yanacaq və elektrik enerjisi itkisi azaldılır. Elekt-
rik stansiyalarında yanacaq itkisini azaltmaq üçün əsas
yollardan biri istiləşdirilmənin maksimum dərəcədə inki-
şaf etdirilməsidir. Elektrik və istilik enerjisi əldə etmək
üçün yanacaqdan kompleksli surətdə istifadə edilməsinə
əsaslanan istiləşdirilmə nəticəsində hər 1 kilovat – saat
elektrik enerjisinə yanacaq sərfini, təqribən 2,5 dəfə azalt-
maq mümkün olur. Bundan əlavə, yüksək və çox yüksək
təzyiqli avadanlığın tətbiq edilməsi və mənimsənilməsi
yanacaq üzrə xeyli qənaət təmin edir.
Eyni texnikanın tətbiqi yüngül sənaye və yeyinti sə-
naye fabriklərində də xammaldan daha yaxşı istifadə edil-
məsinə səbəb olur. Yağ sənayesində köhnə texnologiya
üzrə (açıq hidravlik preslərlə) emal zamanı yağ itkisi
7,5%-ə çatdığı halda, vintli konveyer preslərindən istifadə
edildikdə, bu itkilər yalnız 2,3% olur və, nəhayət, ekstrak-
siya metodu ilə emal edildikdə itki 0,9% -ə enir.
Sənayedə texniki tərəqqinin əsas yollarından biri ol-
maq etibarilə istehsalın kimyalaşdırılması – materiallara
qənaət edilməsinə imkan yaradan amillər içərisində mü-
hüm yer tutur. İstehsalın kimyalaşdırılması xammaldan
kompleksli sürətdə istifadəni təmin edir.
Böyük istilik aqreqatları olan müəssisələrdə (məsə-
lən, qara və əlvan metallurgiya zavodlarında, tikinti mate-
rialları sənaye müəssisələrində, kimya sənayesinin bəzi sa-
hələrində və s.) yanacaq və istilik tullantılarından istifadə-
nin xüsusilə böyük iqtisadi əhəmiyyəti vardır. Havaya
qalxan tüstü qazlarından istifadə etmək üçün xüsusi utili-
zator qazanların qurulması, əvvəllər hədər gedən çoxlu is-
tiliyin istifadəsini təmin etməklə bərabər, əsas aqreqatın
184
bütün iş göstəricilərin də xeyli yaxşılaşdırır. İsti suyun ka-
nalizasiyaya buraxılması nəticəsində də çoxlu istilik itkisi
əmələ gəlir və bununla da yanacağın verdiyi istiliyin 10% -
dən 20%-nə qədəri hədər gedir.
Yeni texnikanın tətbiqi ilə yanaşı olaraq, heç də bö-
yük əsaslı xərc çəkmədən, texnologiyanı səmərələşdirmək
və bütün istehsalın mədəniyyətini yüksəltmək üçün gündə-
lik, müntəzəm iş aparılması da itkiləri və tullantıları xeyli
azaldır.
Avadanlıqdan istifadənin yaxşılaşdırılması və isteh-
sal proseslərinin intensivləşdirilməsi yolu ilə də istehsal it-
kilərinin azaltmaq olar. Kərpic sənaye zavodlarında kərpi-
cin sürətli qaydada bişirilməsi üsulunun tətbiqi sobaların
məhsuldarlığını xeyli artırmaqla bərabər, yanacaq üzrə
35–40% qənaət əldə etməyə və elektrik enerjisi sərfinin
təqribən 3 dəfə azaltmağa imkan verir.
İstehsalın təşkilinin yaxşılaşdırılması və xüsusən is-
tehsalın ixtisaslaşdırılmasının inkişafı da materiallar üzrə
qənaət əldə etmək üçün mühüm amil təşkil edir. Xarakte-
rik cəhət bundan ibarətdir ki, ixtisaslaşdırılmamış zavod-
larda müxtəlif metal məmulat, normallaşdırılmış alətlər və
kütləvi detallar istehsalına sərf edilən metal, ixtisaslaşdı-
rılmış müəssisələrə nisbətən 1,5-2 dəfə artıq olur.
Baha tamam olan və az tapılan xammal və material
növlərinin yerinə əvəzedici materiallar sərf edilməsi qəna-
ət üçün çox mühüm vasitədir. Əvəzedicilər və yeni mate-
riallar tətbiq edilməsi sahəsində də çox böyük imkanlar
vardır. Maşınqayırma sənayesində əlvan metallar əvəzinə
müxtəlif qeyri – metal materiallar, məsələn, viniplast, po-
liizobutilen, asbovinil, polietilen, faolit və sairənin daha
çox tətbiq edilməsi qənaət sahəsində mühüm tədbirlərdir.
185
Ən çox soda işlədilən sənaye sahələrindən biri olan
şüşə sənaye zavodlarında natrium sulfatı sodanın əvəzedi-
cisi yerini verməklə daha çox tətbiq edilməkdədir.
Texniki təyinatlı məmulat istehsalında yeyinti məh-
sullarının başqa məhsullarla tamamilə əvəz edilməsi xalq
təsərrüfatı üçün böyük əhəmiyyətə malik olan bir məsələ-
dir. Bir çox dəzgah, motor, transformator və başqa növ
avadanlığın və habelə avtomobillərin vəzni həddindən yu-
xarıdır. Bunun əsas səbəblərindən biri odur ki, bir çox ma-
şınlarda ayrı – ayrı detalların və bağlamaların möhkəmlik
ehtiyatı həddindən artıqdır.
Maşınların vəznini azaltmaqdan ötrü məmulatın kons-
truksiyasını nəzərdən keçirərək, onların sxemini sadələş-
dirmək, onların ayrı – ayrı detallarının və bağlamalarının
sayını azaltmaq, maşınların konstruksiyasında daha möh-
kəm materiallardan istifadə etmək, qaynaqlı konstruksiyalar
tətbiq etmək, əyilən və içi boş yüngülləşdirilmiş pro-
fillərdən istifadə etmək və detalların üst təbəqəsinin möh-
kəmləndirilməsi metodlarını həyata keçirmək lazımdır.
Xammal və yanacaq üzrə qənaətin təşkilat – iqtisadi
şərtləri böyük səmərə verə bilər. Materiallar üzrə qənaət
əldə etmək uğrunda mübarizədə, istehsal – texniki amillər-
lə yanaşı olaraq, təşkilati – iqtisadi şərtlərdən və istehsalın
yaxşılaşdırılması yolundakı iqtisadi vasitələrdən də geniş
istifadə edilməlidir.
Dövriyyə istehsal fondlarının istifadəsinin yaxşılaşdı-
rılması yolunda müəssisələr arası istehsal təcrübəsinin tət-
biqinin genişləndirilməsi əhəmiyyətli amil təşkil edir.
Müəssisələrin mühəndis – texnik işçilərinin əsas vəzifələ-
rindən biri də bütün dəyərli təşəbbüsləri müntəzəm sürətdə
və əzmlə aşkara çıxarıb yaymaq, yeniliklərin qabaqcıl təc-
186
rübəsini dərindən öyrənmək və müntəzəm sürətdə təcrübə
mübadiləsi təşkil etməkdən ibarətdir.
Xammal, material və yanacaqdan istifadə yolunda
tətbiq edilən qabaqcıl metodlar diqqətlə yoxlanıldıqdan
sonra müvafiq istehsal təlimatnamələrində, texnoloji xəri-
tələrdə və başqa texniki sənədlərdə təsbit edilməli və belə-
liklə, həyata keçirmək üçün məcburi şəklə salınmalıdır.
Tələbatın planlaşdırılmamasının və dövriyyə fondları
istifadəsinin yaxşılaşdırılması və habelə müəssisələrdə
xammal, material və yanacağın hərəkətinin düzgün uçota
alınması da materiallar üzrə qənaət əldə etmək yolunda
mühüm amil təşkil edir.
Sonra, müəssisələrin material – texniki təchizatının
lazımi qaydaya salınması və lazım bütün istehsal vasitələ-
rinin müəssisələrə vaxtında və komplektli şəkildə çatdırıl-
ması, materiallardan daha yaxşı istifadə olunması işində
mühüm rol oynayır.
Beləliklə, materiallara qənaət etmək uğrunda mübari-
zə – müəssisələrin bütün fəhlə, mühəndis – texnik işçiləri
və qulluqçuları kollektivinin mühüm vəzifəsidir.
Dostları ilə paylaş: |