VilayəTİ-FƏQİH 1 İmam xomeyni (r.ə) VİlayəTİ-FƏQİH İslam höKÜMƏTİ Sİstemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə35/112
tarix20.05.2022
ölçüsü1,92 Mb.
#116082
1   ...   31   32   33   34   35   36   37   38   ...   112
VİLAYƏTİ-FƏQİH

VİLAYƏTİ-FƏQİH
39
hökümət etmək və idarəçilik deməkdir, çoxların təsəvvürlərinin xilafına
olaraq məziyyət deyil, ağır vəzifədir.
Vilayəti-Fəqih sözü əqlən etibari bir məfhumdur və həqiqətdə təyin
etməkdir. Misal üçün səğirlər üçün qəyyum
1
təyin edir. Səğirlərin
(yetimlərin) qəyyumu arasında vəzifə və mövqe baxımından heç bir fərq
yoxdur. Misal üçün imam qəyyumluq üçün bir şəxsi müəyyən edir və ya
bir şəxsə müəyyən iş tapşırır. Bu kimi işlərdə Həzrət Rəsul (s), imam və
fəqihin fərqli olması ağla sığışmaz dərəcədədir.
Məsələn, fəqihin görəcəyi işlərdən biri İslam cəza qanununa aid olan
hüdud qanununu həyata keçirməkdir. Görəsən bu hüdud qanunu həyata
keçirməkdə Həzrət Rəsul (s), İmam və fəqih arasında bir fərq ola bilərmi?
Məsələn 100 taziyanəsi olan zinakarın həddini Həzrət Rəsul (s) icra
etdikdə 150, Əmirəl-möminin (ə) icra etdikdə 100 və fəqih icra etdikdə 50
taziyanə vurmalıdırmı? Yaxud hakim icra orqanının başçısı olduğuna
görə, Allahın həddini icra edənin kimliyi istər Rəsulullah (s), ya Həzrət
Əmir, ya onun Bəsrə, ya Küfədəki nümayəndə və qazısı və ya fəqih
olsun – fərqi yoxdur.
Həzrət Rəsuli-Əkrəm (s) və Həzrət Əmirin (ə) digər işlərindən biri də
vergi, xums, zəkat, cizyə və «xəraciyyə
2
yerlərindən» xərac almaqdır.
Görəsən Həzrət Rəsul (s) zəkat alsa, nə qədər alar? Bir yerdən onda bir və
başqa yerdən iyirmidən bir alar? Həzrət Əmir (ə) xəlifə olduqda zəkatı
neçədən bir alar? Sən əsrin fəqihi olsan necə? Bu kimi işlərdə Həzrət
Rəsulu (s) və Həzrət Əmir (ə) fəqihin vilayəti (hakimiyyəti) fərqlidirmi?
Allah-Təala Həzrət Rəsulu (s) müsəlmanlara «vəli» (rəhbər) etmişdir və o
Həzrət nə qədər ki, vardır hətta Həzrət Əmir (ə) vəlidir. O Həzrətdən
sonra İmamın bütün müsəlmanlara və hətta özündən sonra olacaq İmama
belə vilayəti (rəhbərliyi) var. Yəni onun hökumətçiliyə aid əmrlərinə hamı
boyun əyməlidir.
Həzrət Peyğəmbər (s) hökmləri həyata keçirməyə və İslam sistemini
qurmağa məmur olduğu kimi və Allahın onu müsəlmanlara başçı edib
onun əmrlərinə boyun əyməyi hamıya vacib etdiyi kimi, adilı fəqihlər də
başçı olmalı, hökmləri həyata keçirməli və islamın ictimai sistemini bərpa
etməlidirlər.
1
Uşağı və dəlini saxlamaq. Uşağı saxlamaq ilk növbədə ata-ananın vəzifəsidir. Bu
ikisi olmayan halda hakim tərəfindən o uşaq üçün qəyyum təyin edilir.
2
«Xəraciyyə» Peyğəmbərin (s) yaxud İmamın (ə) fərmanı ilə müsəlmanların
aldıqları torpaq sahələrinə deyilir. Bu kimi torpaq sahələri bütün müsəlmanlara aiddir,
onların alış-verişi qadağandır.


VİLAYƏTİ-FƏQİH
40
Fəqihlər üçün lazımdır ki, təklikdə və cəmlikdə qanunu həyata
keçirmək və sistemi bərpa etmək üçün hökümət təşkil etsinlər. Bu iş bir
şəxsin imkanında olsa «Vacibi-eynidir»
1
, yoxsa «Vacibi-kifaidir».
2
Hətta
imkan olmasa da vilayət saqit olmur (vəzifəsi alınmır - mürtəcim). Ona
görə ki, Allah tərəfindən mənsubdurlar. İmkan daxilində vergi, zəkat,
xums, xərac almalı və müsəlmanların işlərində xərcləməli və hüdudu
(qanunu) həyata keçirməlidirlər. Bu, demək deyildir ki, ümumi hökümət
təşkil edə bilmədikdə işdən kənara çəkilək. Müsəlmanların möhtac olduğu
işləri və İslam hökümətinin öhdəsində olan vəzifələri, imkan daxilində
həyata keçirmək lazımdır.

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin