VİLAYƏTİ-FƏQİH 35
verən vəliəhd dəftərxanası kimi təşkilat yoxdur. Həzrət Peyğəmbər (ə)
özü hökümət başçısı ikən, sadə yaşayışı var idi. O Həzrət sonra «Bəni-
Ümeyyə» dövrünə kimi bu üsul davam edirdi. Birinci və ikinci xəlifə bir
sıra işlərdə uyğun hərəkət etməmələrinə rəğmən sadə yaşamağa riayət
edirdilər. Sonra, xüsusilə Osman dövründə
1
azğınlıqlar baş verdi. Həzrət
Əli (ə) dövründə hökümət üsul-idarəsi düzəldi. O Həzrət İran, Misir,
Hicaz və Yəmən kimi böyük ölkələrə başçılıq etməsinə baxmayaraq bir
yoxsul tələbə kimi yaşayırdı. Rəvayətə görə iki köynək alıb lap yaxşısını
öz qulamı Qənbərə verdi, özü isə uzun qollu köynəyi götürüb, qolunu
qısaldıb geyindi.
2
Əgər bu üsul-idarə davam etsəydi və hökümət islam
üsulu ilə olsaydı bu kimi fəsadlar və üzdən iraq işlər baş verməzdi.
Hakimiyyətdə olanlardır ki, fəsad yeri düzəldir, meyxana tikdirir, vəqf
olan yerləri kino yerinə çevirirlər. Əgər bu tör-töküntü, israfçılıq
olmasaydı ölkə büdcəsində kəm-kəsir olmazdı. Onlar tam zəlilliklə
Amerika və İngiltərədən borc istəyirlər. Ölkə bu israfçılıq üzündən
möhtac olubdur, məgər bizim neftimiz azdırmı? Bizim hər şeyimiz var.
Lakin bu müftəxorlar və əyyaşlar ölkəni ayaqdan saldılar. Əgər bunlar
olmasaydı, ölkə möhtac olmazdı və buradan Amerikaya gedib boynunu
çiyninə qoyub o nakişidən (Amerika prezidenti) yardım istəməzdi.
Digər tərəfdən İslam idarəçiliyinə yad olan bürokratiya ölkənin
büdcəsinə ağır xərclər təhmil etdirir ki, birinci haram xərclərdən az
deyildir. Bu üsul-idarə islamla yaddır. Misal üçün, iddialara və şikayətlərə
baxılması islam məhkəmə üsulunda çox asan və az bir müddətdə baxılır.
İslamın məhkəmə üsulu həyata keçirilən dövrdə bir qazı iki yardımçısı ilə
iddiaları həll edirdi.
İndi isə ədliyyə təşkilatlarının bu qədər geniş olmasına baxmayaraq
heç bir iş görülmür. Bunlar ölkəni iflic edir.