«Pərvərdigara mən sənə üz gətirən və dinini qəbul edən ilk şəxsəm. Heç kəs, (Peyğəmbərdən başqa) məndən əvvəl namaz qılmayıb. Siz camaat bilirsiniz ki, müsəlmanların namusuna, qanına, gəlirinə və əhkamına vilayəti (hakimiyyəti) olan və müsəlmanlara rəhbər olan şəxs paxıl ola bilməz, yoxsa müsəlmanların malına göz tikər». 1
Cahil də olmamalıdır, yoxsa camaatı cəhli ilə düz yoldan azdırar.
Zülmkar və sərt olmamalıdır ki, camaat onun sərtliyinə görə onunla
əlaqədə olmasınlar. Dövlətlərdən qorxmamalıdır ki, birilə dost olsun və
başqası ilə düşmən. Məhkəmə işində hökm verəndə rüşvətxor
olmamalıdır, yoxsa camaatın hüququ tapdalanar və haqq sahibinə
yetişməz. Qanunu tətil etməməlidir, yoxsa ümmət zəlalətə və fəlakətə
düşər.
Dürüst diqqət edin ki, bu rəvayətdə iki mövzu barəsində söz gedir.
Biri «elm» o birisi «ədalət»-dir. Bu iki xüsusiyyət hakim üçün lazımdır.
« Πm
o﮵Ⓝ ⓃoΠﺘ » ibarətində «elm» xüsusiyyətini göstərir və başqa
ibarətlərdə isə ədalətə işarə edir. Həqiqi ədaləti göstərir. Həqiqi ədalət isə
dövlətlərlə, camaatla davranmaqda, məhkəmə işlərində, büdcəni
bölməkdə Həzrət Əli (ə) kimi davranmaqdır. Malik Əştərə
2
və
ümumiyyətlə bütün hakimlərə
3
göstərdiyi proqram üzrə əməl etmək
həqiqi ədalətdir. Fəqihlər də hakim olsalar buna bir düstur kimi əməl
etməlidirlər.
1
«Nəhçül-bəlağə» xütbə 131.
2
Malik Əştər adı ilə məşhur Malik ibn Harisi-Nəxəi İslam sərkərdələrindən olub
Cəməl və Siffeyn müharibələrində Həzrət Əli (ə) ilə birlikdə döyüşüb sonra Misirə
imamın tərəfindən vali göndərilmişdir. Malik Misir yolunda Müaviyənin hiyləsilə
zəhərlənərək şəhid edildi. İmamın Malikə xitabən fərmanı «Nəhçül-bəlağə» 53 nömrəli
məktubda Maliki-Əştərin əhdnaməsi adı ilə dərc olunmuşdur.
3
«Nəhçül-bəlağə» məktub 53.