VİLAYƏTİ-FƏQİH 47
Desək ki, «Yuəllimunəhən-nasə» cümləsi hədisin sonunda yoxmuş,
gərək Peyğəmbər həzrətlərinin
P
ήa
a 7m Ⓝ � oa a팀ﺘ ... Ϭo펠 Ⓝ
ﺘ ﺘ
deməsinin nə mənası vardır. Bu surətdə rəvayət «fəqih» olmayan
şəxsləri də ehtiva edir. Ona görə ki, bütün hökmlərdən ibarət olan ilahi
ənənə, Peyğəmbərə nazil olduğuna görə Rəsulullah Ənənəsi adlanır.
Demək Həzrət Rəsulun (s) ənənəsini yaymaq istəyən şəxs bütün ilahi
hökmləri bilməlidir. Düzü səhvdən ayırd edə bilməlidir, «itlaq» və
«Təqyidi»
1
, «Amm» və «Xassı»
2
və «Cəmi-üqəlanı»
3
başa düşməlidir.
«Təqiyyə» vəziyyətində deyilmiş rəvayətləri seçə bilsin. İctihad
dərəcəsinə yüksəlməyən hədisçilər bunları və Həzrət Rəsulun həqiqi
ənənəsini ayırd edə bilməzlər. Bunun Həzrət Rəsulun nəzərində qiyməti
yoxdur. Məlumdur ki, o Həzrət istəmirdi ki, ancaq «qalə Rəsulullah» və
«ən Rəsulullah» xalqın arasında məmul olsun. Həzrətin məqsədi bu idi ki,
həqiqi ənənə məmul olsun və islamın həqiqi əhkamı xalq arasında
yayılsın.
«o ﮵ Ⓝ P혠 P
oήa
﮵7m .
Ⓝﺘ
Α펠 . Ⓝ»
4
və bu sahədə olan digər hədislər
5
hədisin mənaca nə olduğunu
bilməyən şəxslərə aid deyildir. Bu hədislər o şəxslərin haqqındadır ki,
Həzrət Rəsulun (s) hədislərini İslamın həqiqi hökmü əsasında seçə
bilsinlər. Ancaq müctəhid və fəqih olan şəxslər əllərində olduqları
qaydalarla islamın həqiqi hökmlərini əldə edə bilərlər. Bunlar
Rəsulullahın xəlifələridirlər ki, İslam əhkamını yayır və İslam elmlərini
1
Üsul elmləri terminində «mütləq» o sözə deyilir ki, öz əfradına məna etibarı ilə
mütləq olsun, məsələn «Kişi» sözü hər bir erkək insana deyilə bilər və «müqəyyəd» o
sözə deyilir ki, mütləq olmasın məsələn «alim olan kişi». [hər bir erkək olan şəxsə alim
deyilməz].
2
Amm üsul elmləri terminologiyasında o sözə deyilir ki, öz əfradını məna etibarı ilə
əhatə etsin. Amm ədatları ilə ifadə olunan sözlər həmin mənadadır məsələn «hər bir
alimə hörmət et» cümləsi «hər bir alim» amm adatıdır və bütün alimləri ehtiva edir və
«Xass» isə o sözə deyilir ki, ancaq bəzi şəxslərə aid olsun, yəni müstəsna olan ədatlarla
ifadə olunsun, məsələn, «Pəhrizkar olmayan alimlərdən başqa bütün alimlərə hörmət
elə» cümləsində «başqa» ədatı alimlərin bəzisini müstəsna etmişdir.
3
«Cəmi-üqəlayi» ona deyilir ki, zahirdə zidd olan iki ifadəni birləşdirib heç birini
etibardan salmayasan və bu yolla natiqin məqsədini məlum edəsən. Misal üçün hər bir
zinakar kişi və qadına yüz taziyanə vurun və «Evli zinakarı daşlayın» (daş qalaq edin).
Zahirdə bu iki ifadə ziddiyətlidir, amma aqil şəxslər birincisini «Amm», ikincisini isə
«Xass» tutub, başqa sözlə xassı ammın dairəsindən çıxarıb hər iki dəlilə əməl edirlər.
4
Bu məfhum şiə və sünni qaynaqlarda müxtəlif şəkildə ifadə olunmuşdur. Məsələn
«Xisal» cild 2. ixtisas səh 2; «Biharül-ənvar» çild 2.
5
«Üsuli-kafi» cild 1; «Biharül-ənvar» çild 2, bab16-20-21.