VilayəTİ-FƏQİH 1 İmam xomeyni (r.ə) VİlayəTİ-FƏQİH İslam höKÜMƏTİ Sİstemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə29/112
tarix20.05.2022
ölçüsü1,92 Mb.
#116082
1   ...   25   26   27   28   29   30   31   32   ...   112
VİLAYƏTİ-FƏQİH

ÜÇÜNCÜ HİSSƏ
İSLAM HÖKUMƏTİNİN MAHİYYƏTİ
İslam hökümətinin başqa hökümət sistemləri ilə fərqi


VİLAYƏTİ-FƏQİH
33
İslam hökümətinin mövcüd olan hökümətlərin heç biri ilə oxşarlığı
yoxdur. Diktator
1
deyil ki, başçısı zülmükar olsun, camaatın malına və
canına təcavüz etsin, istədiyi şəxsi öldürsün, istədiyi şəxsə mükafat versin
və ya xalqın əmlakına yiyələnsin və əmvalını ona-buna bağışlasın. Həzrət
Rəsuli-Əkrəmin (s), Həzrət Əli (ə) və başqa xəlifələrin bu ixtiyarları yox
idi. İslam höküməti nə diktatorluqdur və nə də mütləqə
2
, məşrutə
3
hökümətdir. Əlbəttə, bu mənada deyil ki, qanunları qərara almaq şəxslərin
və əksəriyyətin səsindən asılı olsun. Məşrutə bu mənadadır ki, bu
hökümətə rəhbərlik edənlər icra və idarə etməkdə bir sıra şərtlərin
qeydində olmalıdırlar, bu şərtlər Quranda və Peyğəmbərin sünnəsində
müəyyən edilmişdir. Bu şərtlər, İslam qanunları və hökümləridir ki, ona
riayət etmək lazımdır. Buna əsasən də demək olar ki, İslam höküməti
(hakimiyəti) ilahi qanunlar hökümətidir (hakimiyyətidir).
İslam hökümətinin isə «padşahlıq»
4
cümhuriyyət
5
və ilə fərqi budur
ki, bu kimi sistemlərdə xalq deputatları ya padşahın nümayəndələri
qanunvericiliyə başlayırlar, halbuki, islamda qanunvericilik Allah-
Təalaya məxsusdur. İslamın müqəddəs şareyi yeganə qanunvericidir. Heç
kimin qanun qərara almağa haqqı yoxdur və şareyin hökümündə başqa
heç bir qanunu icra etmək olmaz. Buna əsasən İslam hökümətində
qanunvericilik məclisi yerinə proqramlaşdırma məclisi vardır ki, müxtəlif
nazirliklər üçün proqram hazırlayır və bu proqramlarla ümumi
abadlıqların keyfiyyəti müəyyən edilir.
Quran və sünnədə olan İslam qanunları müsəlmanlar tərəfindən qəbul
olunub bu, hökümətin işini asanlaşdırmışdır. Halbuki, səltənəti və
cümhuri-məşrutə hökümətlərində, özlərini bu hökümətlərin nümayəndəsi
1
Diktator olan hakimyyətdə xalq öz müqəddəratını təyin etməyə heç bir hüququ
yoxdur. Bu kimi hökümətlərdə hökmdarın ixtiyarı çox genişdir.
2
Padşahlıq - kral höküməti.
3
Məşrutə hökümət, o hökümət sisteminə deyilir ki, onda xalq öz müqəddəratını təyin
etməyə haqlıdır. Bu kimi sistemlərdə əsas qanun qanunvericiliyin və hakimiyyətin
xəttini təyin edir. Əsas qanunda bütün şəxslərin, qrupların və digər ictimai və siyasi
təşkilatların hüququ müəyyən edilib. Məşrutə sistemi iki növdür: 1-Kral höküməti; 2-
Cümhuriyyət.
4
Kral hökümətində ölkənin başçısı və rəhbəri padşah yaxud məlikdir. Kral
hökümətində bəzən padşahın ixtiyar və qüdrəti çox geniş və naməhdud olduğu üzündən
digər hakimiyyət qüvvələri bir başa padşaha bağlı olur. Bu kimi hökümət tərzinə
«mütləqiyyət» deyilir. Bəzən də padşahın qüdrəti məhdudlaşır, məclis qanun vericiliyi
öhdəsinə götürür və qanunları qərara almaq ixtiyarı xalq deputatlarına verilir. Bu kimi
hökümət tərzinə məşrutə deyilir.
5
Cümhuriyyət sistemində ölkə başçısı tərəfindən seçilir, ixtiyar məhduddur, başçılıq
müddəti də müvəqqətidir.



Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin