Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə33/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   126
beynelxalq-biznes

5.3. Azad iqtisadi zonalar 
 
Azad iqtisadi zonaların yaradılması– ayrı-ayrı əra-
zilərin və regionların iqtisadi inkişafına müsbət təsir gös-
tərir. Konkret olaraq prioritet sayılan iqtisadi məsələlərin 
həllinə köməklik göstərir. Onu da qeyd edə ki, azad iq-


81 
tisadi zonalar strateji proqram və layihələrin reallaşdırıl-
masına bir qayda olaraq yönəldilmiş ciddi bir fəaliyyətdir. 
Azad iqtisadi zonaların fəaliyyətində həyata keçirilən gü-
zəştlər sistemi bu ərazidə həyata keçirilən proqramlarla 
birbaşa, sıx əlaqəyə malikdir. Dünya təsərrüfatındakı təc-
rübəyə əsaslanaraq onu da qeyd etmək olar ki, azad iqti-
sadi zonaların yaradılması zamanı bəyan edilən ilkin vəzi-
fələr və məqsəd demək olar ki heç vaxt faktiki inkişafın 
nəticələri ilə üst-üstə düşmür. AİZ-ın yaradılmasında 
demək olarki, 2 yanaşma mövcuddur:
1. Azad iqtisadi zonaların yaradılmasının ərazi kon-
sepsiyası özündə tətbiq edilən ölkənin digər ərazilərindən 
ayrılmış elə bir ərazisini əks etdirir ki, burada yerləşən 
müəssisələr üçün xüsusi güzəştli rejim tətbiq edilir.
2. Nöqtəvi konsepsiyaya görə isə yaradılan azad 
iqtisadi zonalarda güzəştli rejimlər yalnız sahibkarlıq fəa-
liyyətinin müəyyən bir növünə şamil edilir. Bu zaman tə-
sərrüfat subyektlərinin coğrafi yerləşməsi heç bir əhəmiy-
yət daşımır. Misal kimi nöqtəvi zonalara Meksikadakı 
―Makiladoras‖ ərazisini göstərmək olar. Bu konsepsiya 
firmalara öz fəaliyyətlərini həyata keçirmək üçün istədik-
ləri optimal rayonu seçməyə imkan yaradır. AİZ yaradıl-
masında başlıca məqsəd dünya ölkələrinin beynəlxalq 
əmək bölgüsündə baş verən inkişaf proseslərində fəal su-
rətdə iştirak etməkdir. Əsas söhbət ixrac üçün rəqabətqabi-
liyyətli, keyfiyyətli məhsul istehsalının genişləndirilməsi 
və bu yolla da valyuta daxilolmalarının artımının təmin 
edilməsindən gedir. Bu məntiq tam başadüşüləndir. Onuda 
qeyd edə ki, ölkə hər hansı səbəblər üzündən birbaşa xari-
ci kapital üçün açıq iqtisadiyyatı təmin edə bilmirsə və 
onda bunu azad iqtisadi zonalar çərçivəsində həyata keçirə 


82 
bilərlər.
AİZ- həmçinin 
bunda maraqlı olan ölkənin daxili 
bazarının yüksək keyfiyyətli məhsullarla və ilk növbədə 
isə idxal əvəzedici məhsullarla doldurulması üçün çox va-
cibdir. Bu məqsədə çatmaq üçün ayrılmış ərazidə xarici 
kapitalın iştirakı ilə idxal əvəzedici istehsal yaradılır. Gö-
ründüyü kimi AİZ-in yaradılmasında müxtəlif məqsədlə-
rin olduğunu sübut etmək üçün bir neçə misal gətirmək 
mümkündür. Bütün bunlara baxmayaraq, bu məqsədlərin 
hamısını birləşdirən ümumi xarakterik cəhətlər vardır. 
Bütün məqsədləri iqtisadi, sosial, elmi və texniki olmaqla 
aşağıdakı kimi izah etmək olar:

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin