Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə41/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   126
beynelxalq-biznes

- regional inteqrasiya qrupları; 
- transmilli və çoxmilli şirkətlər. 
Beynəlxalq biznesin obyektləti kimi insan əməyinin 
məhsulları - əmtəə və xidmətlər fərqləndirilir. 
Geniş mənada əmtəə mübadilə üçün istehsal edilmiş 
və hər hansı bir ictimai ehtiyacı ödəmək üçün nəzərdə tu-
tulmuş predmetdir. Bu anlayış çərçivəsində xidmətlər də 
əmtəə hesab edilə bilərlər. 
Dar mənada əmtəə ictimai ehtiyacı ödəyən, müba-
dilə üçün istehsal edilmiş, görünən və hiss edilən insan 
əməyi predmetidir. 
Xidmət isə ictimai ehtiyacı ödəməyə istiqamətlənmiş, 
mübadilə üçün istehsal edilmiş, lakin görünməz və hisse-
dilməz insan əməyi predmetidir. 
Lakin heç də bütün əmtəələr və xidmətlər beynəlxalq 
mübadilənin obyekti kimi şıxış etmirlər. Buna görə də ti-
carət edilə bilən və bilinməyən əmtəələr anlayışları fərq-
ləndirilir. 
Ticarət edilə bilən əmtəələr dedikdə müxtəlif ölkələr 
arasında hərəkət edə bilən əmtəələr nəzərdə tutulur. On-
ların qiymətləri həm daxili, həm də dünya bazrlarında tə-
ləb və təklifin qarşılıqlı təsiri ilə müəyyən edilir. 
Ticarət edilə bilinməyən əmtəələr dedikdə isə isteh-
sal olunduğu ölkədə istehlak edilən və ölkələr arasında hə-
rəkət etməyən əmtəələr başa düşülür. Onların qiyməti 
milli çərçivədə mövcud olan tələb və təklif nisbəti ilə 
müəyyən edilir. 


99 
6.3. Beynəlxalq biznesin tənzimlənməsi və 
müştərək müəssisələrə xarici investisiyaların cəlb 
edilməsi 
 
Beynəlxalq biznesin inkişafında müştərək müəssisə-
lərin investisiyaların ölkəyə cəlb olunması mühüm rol oy-
nayır. 
Müştərək müəssisələrin müxtəlif formaları mövcud-
dur: 
1.Kollektiv sahibkarlıq; 
2.Ortaqlıq; 
3.Məhdud məsuliyyətli cəmiyyətlər; 
4.Səhmdar cəmiyyətlər; 
5.Sahibkar birlikləri və şirkətlər. 
Beynəlxalq biznesin inkişafında ikinci dünya müha-
ribəsindən sonra birbaşa xarici investisiyaların həcmi və 
rolu xeyli artmışdır. 
Birbaşa investisiyaların axınının genişlənməsi dünya 
iqtisadiyyatına inteqrasiya prosesinin güclənməsi və trans-
milli şirkətlərin (TMŞ) artması ilə əlaqədar olmuşdur. Bir-
başa investisiyalar haqqında mühüm qlobal problemlərin 
həllində hərəkət verici bir qüvvə kimi çıxış edir. 
Kapital ixrac edən ən böyük ölkələr ABŞ, Almaniya, 
Böyük Britaniya,Yaponiya və Fransa kimi dövlətlərdir. 
Son illər dünya iqtisadiyyatında yeni əmtəələr istehsalı və 
yaradılması prosesində daha dərin və hərtərəfli iqtisadi 
əməkdaşlıq etməyə imkan verən kooperasiya əlaqələrinin 
inkişafı yüksək vüsət almışdır. 
Kooperasiya istehsalın ixtisaslaşması ilə sıx əlaqə-
dardır. Beynəlxalq kooperasiya və beynəlxalq ixtisaslaşma 
əmək bölgüsünün bir forması olub onun daxili məzmunu-


100 
nu əks etdirir. Beynəlxalq ixtisaslaşmada müəyyən növ 
məhsul istehsalı bir sahə və ya bir formada cəmləşdirilir.
Beynəlxalq kooperasiya dedikdə isə ayrıca məhsul 
istehsalında bir – birini tamamlayan ixtisaslaşdırılmış is-
tehsalın qarşılıqlı əlaqəsi nəzərdə tutulur. Kooperasiyalaş-
ma ilk növbədə məhsuldar qüvvələrin artan inkişaf səviy-
yəsindən və xüsusiləşmiş müəssisələrin sabit istehsal əla-
qələrinin artması zərurətindən irəli gəlir.
İnvestisiyaların qoyuluşu zamanı ilk növbədə müştə-
rək müəssisə sahibkarları onun iqtisadi səmərəliliyini qiy-
mətləndirməlidir. İnvestisiyaların səmərəliliyi nəzərdə tu-
tulan investisiya nəticəsində daxil olacaq pul vəsaitlərinin 
müqayisəsi ilə qiymətləndirilir.
İnvestisiyanın ödəniş müddəti aşağıdakı kimi hesab-
lanır:
;
Burada Töd - ödəniş müddəti, İ – investisiyanın 
miqdarı, M – xalis mənfəətdir. 
İnvestisiyanın illik rentabellik səviyyəsi
P
t
kimi hesablanır.
Burada : At – t – ci ildə ammortizasiya, ayırmalıdır. 
Mt – t – ci ildə xilas mənfəətin məbləğidir. İ – investisi-
yanın miqdarıdır.
Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi de-
dikdə, beynəlxalq iqtisadi münasibətlərin qlobal komplek-
sinə milli iqtisadiyyatın səmərəli inteqrasiya olunması 
məqsədi ilə beynəlxalq təsərrüfat əlaqələrinin inkişafına 
istiqamətləndirilən tədbirlər sistemi başa düşülür.
Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin 
məqsədi dünya əmtəə və xidmətlər, kapitallar, texnologi-


101 
yalar bazarında ölkənin mövqeyini möhkəmləndirmək, 
milli istehsalı stimullaşdırmaq, milli valyutanın ―möhkəm-
liyinə‖ nail olmaq, beynəlxalq iqtisadi münasibətlərdə ya-
ranan əlverişsiz meyllərdən və risklərdən iqtisadiyyatı mü-
dafiə etmək, əhalinin yaşayış səviyyəsini yüksəltməkdir.
Dövlətin xarici iqtisadi fəaliyyətin tənzimlənməsin-
də istifadə etdiyi əsas vasitələr aşağıdakılardan ibarətdir: 
1. İqtisadi. 
2. İnzibati. 
Xarici iqtisadi fəaliyyətin tənzimlənməsində istifadə 
olunan iqtisadi vasitələrə gömrük tarifləri, müxtəlif vergi 
və yığımlar və s. daxildir.
Gömrük tarifi—gömrük sərhədindən keçirilən mal-
lara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin Əmtəə no-
menklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rü-
sumu dərəcələrinin məcmusudur. 
Gömrük tarifinin əsas məqsədlərinə aşağıdakıları aid 
etmək olar: 
- idxalın əmtəə strukturunu səmərəliləşdirmək;
- ölkə ərazisində malların gətirilməsi və çıxarılma-
sının, valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətini 
təmin etmək;
- valyuta sərvətlərinin ölkənin gömrük ərazisinə gəti-
rilməsi və bu ərazidən çıxarılması üzərində səmərəli nə-
zarət etmək;
- malların istehsal və istehlak strukturunda mütərəqqi 
dəyişikliklər üçün şərait yaratmaq;
- ölkə iqtisadiyyatını xarici rəqabətin mənfi təsirin-
dən qorumaq;
- ölkə iqtisadiyyatının dünya təsərrüfatı ilə səmərəli 
inteqrasiyasına şərait yaratmaq. 


102 
Ümumilikdə, istifadə məqsədindən asılı olaraq xarici 
iqtisadi fəalliyyətin dövlət tənzimlənməsində istifadə olu-
nan rüsumları aşağıdakı kimi qruplaşdırmaq olar: 
1. Adi rüsumlar. 
2. Mövsümi rüsumlar. 
3. Xüsusi növ rüsumlar, o cümlədən: 
- xüsusi rüsumlar;
- antidempinq rüsumları;
- kompensasiya rüsumları


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin