6.5. Dünya təcrübəsində dövlət tənzimlənmələrinin müxtəlif üsulları Hazırda dünya təcrübəsində dövlət tənzimlənmələri-
nin aşağıdakı üsulları mövcuddur:
1. Uzunmüddətli tənzimləmə metodundan istifadə
edilməsi iqtisadi cəhətdən inkişaf etmiş bir çox qabaqcıl
ölkələr üçün xarakterikdir. Onun nəticələri dövlətin apa-
rıcı iqtisadi siyasətində öz əksini tapır ki, bu da qısa bir
müddət ərzində yüksək iqtisadi nəticələrə və bazarda möv-
qe tutmağa imkan verir.
105
2.Orta müddətli dövlət tənzimlənməsində xüsusi sek-
tor və dövlət tənzimllənmələrinin mövqelərinin koordina-
siya edilməsinə istiqamətlənən planlaşdırma yolu ilə həya-
ta keçirilir. Aparıcı şirkətlərin iştirakı ilə ayrı – ayrı sa-
hələrin inkişaf proqramı işlənib hazırlanır.
3. Qısamüddətli dövlət tənzimləmələri çevik operativ
xarakter daşıyır. Dövlətin bu tənzimləmələri inflyasiya və
böhranın aradan qaldırılması, habelə milli əmtəə istehsal-
çılarının və daxili bazarın qorunmasına xidmət edir.
Dünya ölkələrinin təcrübəsində xarici ticarətin qeyri
– tarif məhdudlaşdırmalarına inzibati reqlamentləşdirmə
metodları tətbiq olunur. Buraya ayrı – ayrı malların daxil
olma həcminin azaldılmasına yönəldilmiş müxtəlif növ
miqdar və dəyər məhdudlaşdırılmaları daxildir. Bunlar
özündə qadağa, kvotalar, lisenziyalaşdırma və məhdudlaş-
dırma metodlarını birləşdirir.
Qadağalar qoyulmaqla ölkəyə idxal və ya ixrac olu-
nan məhsul və əmtəələrin qarşısı tamamilə alınır.
Kvotaların tətbiq olunması yolu ilə ölkəyə daxil olan
məhsul və ya əmtəələrin miqdarına və ya dəyərinə məhdu-
diyyətlər qoyulur.
Dünya təcrübəsində kvotalar müxtəlif şəkillərdə tət-
biq edilir. Bunlara qlobal, fərdi, mövsümi, tarif və digər
növ məhdudiyyət faizləri daxildir.
Tarif dərəcələri beynəlxalq ticarət sazişləri ilə ni-
zamlandığı üçün kvotalar dövlətə manevr etmək üçün da-
ha geniş imkan verir.
İqtisadiyyatın dövlət tənzimlənməsinin metodları
çox cəhətlidir. Ona görə də iqtisadiyyatın dövlət tənzim-
lənməsinin metodlarını izah etməzdən əvvəl, metodolo-
106
giya, metod, metodika anlayışlarını bir – birindən fərqlən-
dirmək lazımdır.