Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Kəmiyyət məhdudiyyətləri tədbirləri



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə43/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   126
beynelxalq-biznes

Kəmiyyət məhdudiyyətləri tədbirləri vasitəsilə 
dövlət səviyyəsində iqtisadi, xarici ticarət və hətta siyasi 
xarakterli məsələlər, ölkə daxilində oxşar rəqabət edən 
malların istehsalçı və istehlakçısının müdafiəsi, daxili ba-
zarın stabilliyinin dəstəklənməsi, valyuta ehtiyatlarına qə-
naət, digər ölkələrdən qarşılıqlı güzəştlərin əldə edilməsi 
və s. həll edilir 
Kəmiyyət məhdudiyyətlərinə kvotalaşdırma, li-
senziyalaşdırma və ixracın könüllü məhdudlaşdırılması 
daxildir. 
Kəmiyyət məhdudiyyətlərinin ən geniş yayılmış for-
ması kvota hesab edilir. Kvota dedikdə, malın ixracını və 
ya idxalını müəyyən müddət ərzində və müəyyən edilmiş 
kəmiyyət və məbləğ həddində məhdudlaşdıran kəmiyyət 


104 
qeyri-tarif vasitəsi başa düşülür. Öz fəaliyyət istiqamət-
lərinə görə kvotalar ixrac və idxal kvotalarına bölünürlər. 
İxrac kvotaları ya müəyyən mal üzrə ümumi ixracda hər 
bir ölkənin payını müəyyən edən beynəlxalq sazişlərə uy-
ğun olaraq (OPEK ölkələrində neft ixracı), ya da daxili ba-
zarda çatışmayan malların ixracının qabağını almaq 
məqsədilə dövlət tərəfindən (1990-cı ildə Ukraynada şəkər 
ixracı) tərəfindən tətbiq edilə bilər. İdxal kvotaları dövlət 
tərəfindən yerli istehsalçıları müdafiə etmək, ticarət balan-
sının tarazlığına nail olmaq, daxili bazarda tələb və təklifi 
tənzimləmək, həmçinin digər ölkələrinin ayrıseçkilik təd-
birlərinə cavab məqsədilə tətbiq edilir. 
Xarici iqtisadi fəaliyyətin tənzimlənməsinin digər 
növü olan lisenziyalaşdırma kvotalaşdırma ilə sıx əlaqə-
dardır. Lisenziyalaşdırma dedikdə, xarici iqtisadi fəaliyyə-
tin dövlət orqanları tərəfindən müəyyən müddətə verilən 
və müəyyən edilmiş kəmiyyətlərdə mal ixracını və idxa-
lını nəzərdə tutan icazələr vasitəsilə tənzimlənməsi nəzər-
də tutulur.

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin