19
izah edir. Təbiətin və ictimai həyatın ən ümumi qanunlarının
dərk edilməsi fəlsəfənin
qarşısında duran mühüm vəzifədir. Fəlsəfə həm də
idrak prosesini tədqiq edir.
Fəlsəfə konkret elmlərdən ayrılmazdır, daima onların nailiyyətlərindən bəhrələnir.
Təbiət elmlərinin inkişaf səviyyəsi, onların əldə etdikləri nəticələr fəlsəfi tədqiqatların
istiqamətini müəyyənləşdirir.
Fəlsəfə müxtəlif tarixi mərhələlərdə başqa ictimai şüur formalarının, xüsusilə dini
təsəvvürlərin təsirinə məruz qalmışdır. Bu, orta əsrlərdə dinin cəmiyyətdə hakim
mövqeyi ilə izah olunur. Lakin bu heç də fəlsəfənin
passiv mövqedə durduğunu
göstərmir.
Təbiət və ictimai həyat hadisələrinin tədqiq və izah edilməsi üçün ümumi
metodların işlənilib hazırlanması da fəlsəfənin üzərinə düşür. Fəlsəfənin başlıca
xüsusiyyəti onun dünyagörüşü olmasındadır. Yuxarıda xarakterizə olunan şüur
formalarından başqa, bəzən fəlsəfi ədəbiyyatda iqtisadi və ekoloji şüur
da ictimai şüurun
müstəqil formaları hesab olunur. Lakin bu məsələ hələlik mübahisəli olaraq qalır.