14
Etika əxlaq nəzəriyyəsi, əxlaq haqqında fəlsəfi təlimdir. O, quldarlıq cəmiyyətində
əqli əməyin fiziki əməkdən ayrılması, ilk fəlsəfi nəzəriyyələrin yaranması dövründə
meydana gəlmişdir. Bu mənada filosofların insan münasibətləri sahəsinə müraciət
etmələri, əxlaqın meydana gəlməsi səbəbləri və mənbələri, həyatın mənası, səadət, xeyir
və şər anlayışları, insan hərəkətlərinin əxlaqi qiymətləndirilməsi və başqa problemlərə
toxunmaları xüsusi rol oynamışdır. Etik konsepsiyalar fəlsəfi sistemlərin tərkib hissəsi
olmaqla, adətən, fəlsəfədə iki cərəyanın - materializm və idealizmin mübarizəsini əks
etdirmişdir. Materializmin nümayəndələri əxlaqı insanın tələbatı və marağı ilə bağlayıb
onun bəşəri əsasını tapmağa can atmışlar. İdealist konsepsiyaların nümayəndələri isə
əxlaqa oprior, bu dünya ilə əlaqəsi olmayan, anadangəlmə və dəyişməz bir hadisə kimi
baxırlar.
Əxlaqın norma, prinsip və kateqoriyalarına konkret-tarixi mövqedən yanaşmaq
lazımdır. Xeyir və şər, ədalət, namus, şərəf və s. haqqında əbədi və dəyişilməz
təsəvvürlər yoxdur və ola da bilməz.
Elm. İctimai şüurun formalarından biri olan elm təbiətdə, cəmiyyətdə və insan
təfəkküründə baş verən proses və hadisələr haqqında sınaqdan keçirilmiş,
dəqiqləşdirilmiş biliklər sistemidir. İnsan və bütövlükdə cəmiyyətin yaşaması üçün onlar
ətraf aləm haqqında müəyyən biliklərə malik olmalıdırlar. Bunsuz istehsal prosesini
həyata keçirmək mümkün deyil. Odur ki, cəmiyyət elmsiz, biliksiz, yaşaya bilməz.
İctimai fikrin digər formaları kimi elmi də hər hansı bir millət, bir xalq və yaxud da bir
insan nəsli yaratmamışdır. O, tarix boyu bütün bəşəriyyət tərəfindən, bütün xalqların
alimləri tərəfindən yaradılmış və inkişaf etdirilmişdir.
Cəmiyyət həyatında onun rolundan danışdıqda onun yerinə yetirdiyi üç qrup sosial
funksiyanı xüsusi qeyd etmək lazımdır: birincisi, mədəni-dünyagörüşü funksiyası,
ikincisi, elmin bilavasitə məhsuldar qüvvə olması və üçüncüsü, ictimai inkişafda
meydana gələn müxtəlif problemlərin həllində ondan geniş istifadə olunmasıdır.
Dostları ilə paylaş: