İşgüzar üslubda özünütəsdiq təqdimatı üzrə nümunələr və kommunikativ
məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
26
Tapşırıq: Suallara cavab verin.
1. İşgüzar ünsiyyətin uğuru dedikdə nə başa düşülür?
2. Effektiv nitq təqdimatı nədir? Şifahi monoloqda tez-tez istifadə olunan
üsullar hansılardır?
3. Xoş təəssürat yaratmaq, tərəfdaşların şifahi təqdimatında müsbət görüntü
yaratmaq üçün hansı qaydalar və üsullardan istifadə olunur?
4. İşgüzar ünsiyyətin ənənəvi janrları hansılardır?
5. İstənilən danışıqları daha uğurlu edən hansı ifadələrdən istifadə edə bilərik?
Tapşırıq. İşgüzar ünsiyyətin əsas formalarından biri olan çıxış nümunəsində nitq
mədəniyyətinin əsas göstəricilərinin əməl edilməsinə diqqət yetirin(mehriban-
aliyeva.az).
ÇIXIŞ
2015-ci il sentyabrın 8-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə
“Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində “Dini tolerantlıq:
Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda keçirilən konfransda
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-
Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyevanın
çıxışı
- Hörmətli konfrans iştirakçıları.
Xanımlar və cənablar.
Əziz qonaqlar.
“Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” adlı konfransda sizin
hər birinizi salamlayıram. Konfransın hazırlanmasında bizə dəstək olan Parisin 1-ci
rayonunun meri cənab Jan Fransua Löqareyə və meriyanın bütün əməkdaşlarına
dərin minnətdarlığımı bildirirəm.
Azərbaycan tarix boyu sivilizasiyaların, mədəniyyətlərin, dinlərin qovuşuğunda
yerləşib. Ölkəmiz Asiya ilə Avropa arasında təbii bir körpüdür. Əlbəttə, bu coğrafi
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
27
yerləşmə ölkəmizdəki mədəni müxtəliflikdə öz rolunu oynamışdır. Əsrlər boyu bu
qədim diyarda müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin, etnik qrupların
nümayəndələri sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşamışlar.
Biz minilliklərlə cəmiyyətimizdə formalaşan tolerantlıq və dözümlülük ənənələrini
müstəqilliyimizi bərpa etdikdən sonra da qoruyub saxlamışıq və daha da
möhkəmləndirməyə çalışırıq.
Azərbaycan nadir ölkələrdən biridir ki, eyni zamanda, həm İslam Əməkdaşlıq
Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Azərbaycan dünyəvi müsəlman
ölkəsidir. İslam bizim müqəddəs dinimizdir və biz öz dinimizə, öz ənənələrimizə,
öz köklərimizə böyük hörmətlə yanaşırıq. Biz öz mədəni, dini və tarixi irsimizlə
fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş
məscid Azərbaycanın Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən
biri olan Qafqaz Alban kilsəsi Azərbaycanın digər çoxəsrlik tarixi olan Şəki
şəhərinin yaxınlığında yerləşir. Pravoslav və katolik kilsələri, sinaqoqlar,
atəşpərəstlər məbədi – bütün bunlar Azərbaycanın mədəni irsinin tərkibidir. Biz öz
ənənələrimizə, öz köklərimizə, öz tariximizə çox böyük hörmətlə yanaşırıq. Eyni
zamanda, biz dünyaya açıq və bütün ölkələrlə əməkdaşlıq qurmağa çalışan bir
ölkəyik.
Bu gün Azərbaycanda digər azadlıqlar kimi, dini azadlıqlar da tam şəkildə təmin
edilir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Ölkəmizdə bütün xalqların,
bütün dinlərin, bütün etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər.
Əlbəttə, bu, ölkənin Konstitusiyası ilə təsbit olunub, lakin reallıq da belədir.
Azərbaycan xalqında olan dözümlülük, əsrlər boyu formalaşan bu mühit ona
gətirib çatdırıb ki, bizim üçün bu, normal yaşayış, həyat tərzidir. Heç zaman
Azərbaycanda dini, milli zəmində heç bir qarşıdurma yaxud anlaşılmazlıq olmayıb
və yoxdur. İctimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə
Azərbaycanda xalqlar qarşılıqlı hörmət və anlayış şəraitində yaşayıblar.
Bu sahədə düşünülmüş dövlət siyasəti, cəmiyyətdə formalaşmış dözümlülük,
tolerantlıq ənənələri və əlbəttə, ölkəmizin son illər çox sürətli iqtisadi inkişafı
dünyada yayılan radikalizm və dini ekstremizm meyillərinin qarşısını almaq üçün
ən əsas amillərdir. Bu gün Azərbaycanda bütün dinlərin, millətlərin və etnik
|