28
üçün maliyyə dəstəyi proqramı". Hər iki proqramın
ən vacib şərt və çərçivəsi, pandemiyadan
zərər çəkən sektorda olan 336 min müəssisədə iş yerlərinin qorunub saxlanmasına yönəldilib.
Üçüncü proqram - "Koronavirus pandemiyasından zərər çəkən sahələrdə
fəaliyyət göstərən
sahibkarlıq subyektləri üçün vergi güzəştləri, imtiyazlar və vergi tətilləri proqramı" dır. Bu geniş
bir proqram olmaqla, ilk növbədə zərər çəkən sektorları əhatə etsə də, bəziləri daha geniş sahəyə
aiddir.
Bundan başqa, “Koronavirus pandemiyası nəticəsində meydana gələn
itkilərdən əziyyət çəkən
sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün yeni bank kreditlərinin verilməsi üçün
kredit-zəmanət proqramı” da hazırlanmışdır. Beləliklə, burada məqsəd Azərbaycanda iqtisadi
inkişafın trayektoriyasını
saxlamaq məqsədilə, yeni layihələrin maliyyələşdirilməsi prosesini
davam etdirməkdir. Belə ki, karantindən sonrakı fəaliyyət dövründə canlanma müşahidə
ediləcəkdir.
Beşinci proqram - "Koronavirus pandemiyasından zərər çəkən sahələrdə fəaliyyət göstərən
sahibkarlıq subyektləri üçün mövcud kredit portfelinin dəstəklənməsi üçün kredit zəmanəti
proqramı" olaraq nəzərdə tutulmuş proqramdır. Bu proqramda qismən dövlət büdcəsindən,
habelə Sahibkarlığın İnkişafı Fondundan vəsaitlərin cəlb edilməsi nəzərdə tutulur. Buradakı ən
vacib hədəf həm sahibkarlıq
subyektlərinə dəstək göstərmək, həm də kredit portfeli
dayanıqlılığının maliyyə və bank sektoru üçün zəruri, çox vacib və əhəmiyyətli olmasını təmin
etməkdir.
Altıncı və yeddinci istiqamət olaraq "Əhalinin maddi vəziyyətini dəstəkləyən sosial paket" və
"Sosial cəhətdən həssas qruplara mənsub ailələrin üzvləri olan tələbələrin təhsil xərclərinin
ödənilməsinə dəstək proqramı" nəzərdə tutulmuşdur. Əhalinin sosial baxımdan
həssas qrupuna
məxsus ailələrdən olan tələbələr üçün təhsil haqqı xərcləri ödəniləcək.
Bundan başqa, səkkizinci istiqamət olaraq ipoteka krediti və kreditlərə zəmanət mexanizmi üçün
maliyyə dəstəyi proqramı müəyyənləşdirilib. Bu proqram həm inşaat sektorunun fəaliyyətinin
davam etdirilməsinə,
genişlənməsinə, həm də əhali üçün hər zaman lazım olan mənzil
probleminin həllinə müəyyən töhfə verəcəkdir.
Proqramın doqquzuncu istiqaməti - "Əhalinin elektrik enerjisi sərfiyyatına görə kommunal
ödənişlərə dəstək proqramı"dır. İnsanlar
evdə daha çox vaxt keçirirlər, buna görə də elektrik
istehlakı artır. Bu proqram, hər şeydən əvvəl, mövsümü və limitlərin genişləndirilməsini nəzərə
alaraq elektrik enerjisi üçün ödənişi təmin edir.
29
Nəhayət, "Sərnişin daşımalarının həyata keçirilməsi üçün zəruri sahələrin dəstəklənməsi
proqramı" da mövcuddur. Həyati zəruri olan fəaliyyətlə məşğul olan bir sıra şirkətlərin - sərnişin
daşınması, dövlət və özəl şirkətlər demək olar ki, obyektiv səbəblərdən işlərini dayandırmış və
ya dondurmuşdurlar. Bu müəssisələrlə bağlı hədəf proqramı hazırlanmışdır.
Bu geniş miqyaslı iqtisadi və sosial paket iqtisadi sahədə artan tempə müsbət təsir göstərməli və
eyni zamanda, həssaslıq kateqoriyasına aid olan vətəndaşlar bu böhrandan qorunmalıdır. Əsas
məqsəd ilk növbədə vətəndaşların
təhlükəsizliyi, sağlamlığı və rifahının qorunmasından
ibarətdir.
Azərbaycan hökumətinin böhran əleyhinə planının məzmunu aşağıdakı kimidir: koronavirusun
nəticələri ilə mübarizənin aparılma qaydası və 3.5 milyard manat (2 milyard ABŞ dolları)
həcmində göstərilən 10 proqramın müddəaları vətəndaşların diqqətinə çatdırılmışdır.
Dostları ilə paylaş: