18 ayəmində isə belə buyurulur: «
Lakin şeytanlardan
kim xəlvəti qulaq assa, onu odlu bir axan ulduz (şihab)
təqib edər
».
Təfsirçilər dünyamıza məxsus bəzi məlumatların
səmada əks olunduğu və şeytanın bu məlumatları əldə
etmək üçün orada vurnuxduğunu bildirirlər. Onların
fikirincə, «şihab» onları təqib edib, qovan meteoralardır.
Sual 90:
Cinlər nə üçün gözə görünmür?
Cavab:
«Cin», insanın hiss üzvlərinin duymadığı varlıq
mənasını verir. «Məcnun» da «cin» kəlməsindəndir və «ağıl
qüvvəsi fəaliyyətsiz olan insan»a deyilir.
Ana bətnindən
bürünmüş uşaq «cənin», torpağı ağaclarla örtülmüş bağ
«cənnət» adlanır.
Qurani-kərimin buyuruğuna
əsasən insan torpaqdan,
cin isə odun şəffaf şöləsindən yarandığı üçün insan cini
görə bilmir.
Quran ayələrinə əsasən də, cin insan kimi
mömin və ya kafir ola bilər. «
Biz cin və insanı yalnız
ibadətdən ötrü yaratdıq
»
1
.
Allah-təalaya səcdə əmrindən boyun qaçıran İblis,
əslində cin tayfasındandır. O, yalnız ibadətcil olduğundan,
mələklərlə bir cərgədə dayanmışdı.
Qurani-kərimin 114 surəsindən biri «Cinn» surəsidir.
Bu surədə onların dilindən buyurulur:
«
Dostları ilə paylaş: