Coğrafiya və təbii resurslar, №1 (13), 2021
40
KÜR-ARAZ OVALIĞI VƏ ƏTRAF ƏRAZİLƏRİN MORFOMETRİK AMİLLƏR ƏSASINDA
EKOGEOMORFOLOJİ RAYONLAŞDIRILMASI
C.Y.Qasımov
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu
AZ 1143, Bakı, H.Cavid pr., 115
jeyhungasimov@mail.ru
_______________________________________________________________________________________
Məqalənin tarixi:
Daxil olub: 23 iyun 2020
Təkrar işlənməyə göndərilib:
17 sentyabr 2020
Çapa qəbul olunub: 01 mart 2021
__________________________
Açar sözlər:
Ekogeomorfoloji rayonlaşdırma
morfometrik göstəricilər
üfüqi parçalanma
şaquli parçalanma
meyllik
CİS
X ü l a s ə
Məqalədə ekoloji mühitin ayrılmaz tərkib hissəsi olan relyefin morfo-
metrik göstəriciləri təhlil olunur. Relyefin parçalanmasını müəyyən edən
kəmiyyət göstəriciləri (üfüqi və şaquli parçalanma, meyllik) məsafədən zond-
lama materiallarının emalı və CİS texnologiyası vasitəsi ilə hesablanmış və
xəritələşdirilmişdir. Həmçinin qeyd edilən morfometrik kəmiyyət göstəricilə-
rinin müəyyən edilmiş qradasiyalar üzrə sahəsi hesablanmışdır. Ümumilikdə
tədqiqat ərazisinin 75 %-dən çoxunda üfüqi və şaquli parçalanma, meyllik
qiyməti mülayim dərəcəyə uyğun gəlmişdir. Bu da Kür-Araz ovalığı və ətraf
ərazilərin relyefinin düzən ərazi olmasından irəli gəlir. Relyefin morfometrik
göstəriciləri ayrı-ayrılıqda (1-8 bal) gərginlik dərəcəsinə görə qiymətləndiril-
mişdir. Üfüqi və şaquli parçalanma, meyllik göstəriciləri ayrı-ayrı xəritə lay-
ları şəklində üst-üstə otuzdurulmuş və ərazinin ümumi morfometrik gərginlik
xəritəsi tərtib olunmuşdur və bu xəritə üzərində gərginlik dərəcəsinə görə aşa-
ğıdakı rayonlar ayrılmışdır: zəif (1-2 bal), mülayim (3-4 bal), orta (5-6 bal) və
yüksək (7-8 bal).
Dostları ilə paylaş: