Coğrafiya və təbii resurslar, №1 (13), 2021
43
rılmışdır: zəif (1-2 bal), mülayim (3-4 bal), orta (5-
6 bal) və yüksək (7-8 bal) gərginlikli rayonlar.
Zəif gərginlikli (1-2 bal) morfometrik rayonun
sahəsi 19811,995 km
2
olub, ümumi ərazinin
75,62%-ni təşkil edir. Zəif gərginlikli rayonlar Şər-
qi Kür depressiyasının daxili yüksəkliklər istisna
olmaqla eroziyanın zəif, akkumulyasiya prosesləri-
nin isə intensiv inkişaf etdiyi hamar (0-1°) düzən-
liklərini əhatə edir. Cənub-Şərqi Şirvan, Salyan,
Muğan düzənliklərində inkişaf edən eol akkumul-
yasiyası, şoranlaşma, Qızılağac körfəzi zonasında,
Sarısu göl-bataqlıq sistemində intensiv bataqlıqlaş-
ma prosesləri nisbətən gərgin ekogeomorfoloji şə-
rait yaratmışdır. Zəif şəkildə səthi yuyulma proses-
lərinin inkişaf etdiyi rayonda üfüqi parçalanma
göstərisi 0-0,4 km/km
2
-ə qədər, şaquli parçalanma
göstəricisi 0-10 m-ə qədər dəyişir (şək. 4).
Mülayim gərginlikli (3-4 bal) morfometrik ra-
yonun sahəsi 4000,178 km
2
olub, ümumi ərazinin
15,27 %-ni təşkil edir. Tektonik çökmə, zəif və mü-
layim tektonik qalxmaya məruz qalan mülayim
gərginlikli rayon allüvial, delüvial, prolüvial-de-
lüvial mənşəli Kür və Araz çayları boyu sahələrdə
və depressiyadaxili yüksəkliklərin dağətəyi düzən-
liklərində, ayrı-ayrı areallar şəklində isə Şirvan,
Cənub-Şərqi Şirvan, Salyan, Muğan, Mil, Qarabağ
düzənliklərində yayılmışdır. Kür və Araz çayları
boyu sahələrdə morfometrik gərginliyi əsasən qeyd
edilən çayların müasir və qədim dərələrinin, ax-
mazların hesabına yaranan üfüqi parçalanma, dağ-
ətəyi düzənliklərdə isə qobu və yarğanların hesabı-
na yaranan üfüqi parçalanma və mülayim tektonik
qalxmanın səbəb olduğu şaquli parçalanma təşkil
edir. Şirvan, Cənub-Şərqi Şirvan, Salyan, Muğan,
Mil, Qarabağ düzənlikləri mülayim dərəcədə qə-
dim və quru çay dərələri, qobularla parçalanmışdır.
Rayon daxilində üfüqi parçalanma kəmiyyəti 0,4-
0,8 km/km
2
, şaquli parçalanma kəmiyyəti 10-100
m, meyllik göstəricisi isə 1-2° arasında dəyişir
(Cədvəl 1).
Dostları ilə paylaş: