_______________________________________________________________________________________ 1. Giriş. Mühüm kənd təsərrüfatı rayonu olan və respub-
lika ərazisinin 30%-dən çoxunu təşkil edən, əhali-
sinin 20%-dən çoxunun məskunlaşdığı Kür-Araz
ovalığı və ətraf ərazilərdən bir sıra beynəlxalq və
regional əhəmiyyətli nəqliyyat dəhlizlərinin, kom-
munikasiya xətlərinin, Kür-Bakı içməli su kəməri-
nin keçməsi burada ətraflı ekogeomorfoloji tədqi-
qatların aparılmasını zəruri edir. İlk baxışdan dü-
zən relyef təsiri bağışlayan Kür-Araz ovalığı və ət-
raf ərazilər (Şərqi Kür depressiyası) kifayət qədər
mürəkkəb geomorfoloji quruluşu ilə səciyyələnir
[2, 17]. Ərazidə inkişaf edən müxtəlif endogen
(palçıq vulkanizmi, müasir tektonik hərəkətlər) və
ekzogen (xətti və sahəvi eroziya, deflyasiya və eol
akkumulyasiyası, bataqlıqlaşma, şoranlaşma, abra-
ziya, daşqın) mənşəli proseslər, o cümlədən antro-
pogen amillər (irriqasiya eroziyası, intensiv otar-
ma, neft-qaz yataqlarının istismarı, tikinti material-
larının istehsalı) ekogeomorfoloji şəraiti əhəmiy-
yətli dərəcədə mürəkkəbləşdirmişdir. Qeyd edilən
endo- və ekzodinamik proseslər son nəticədə rel-
yefin morfometrik kəmiyyət göstəricilərində təza-
hür etmişdir [15].
2. Tədqiqatın obyekti və işlənmə dərəcəsi. Məkan baxımından tədqiqatın obyektini Azər-
baycan Respublikası ərazisinin geomorfoloji ra-
yonlaşdırılması sxeminə görə Kür-Araz ovalığı ya-
rımvilayətinin Şirvan, Cənub-Şərqi Şirvan, Kürya-
nı, Muğan, Salyan geomorfoloji rayonlarını, Acı-
nohur-Ceyrançöl öndağlığı yarımvilayətinin Lən-
gəbiz-Ələt, Hərami rayonlarını və Kiçik Qafqaz
maili düzənlikləri yarımvilayətinin Mil, Qarabağ
geomorfoloji rayonlarını təşkil edir [1].
Müasir dövrdə ərazidə aparılmış ekoloji-geo-
morfoloji tədqiqatlar nəticəsində geomorfoloji risk
və təhlükə yaradan ekzogen relyefəmələgətirici
proseslər (eroziya, səthi yuyulma, daşqınlar, şor-
laşma, bataqlıqlaşma, deflyasiya, eol akkumulyasi-
yası, dəniz və göl abraziyası) ətraflı təhlil edilmiş
və onların ekogeomorfoloji qiymətləndirilməsi
aparılmış və qarşısının alınması istiqamətində bir
sıra təkliflər irəli sürülmüşdür [2, 3, 4, 5, 6, 17].