Bakı, may 2010 Azərbaycan iqtisadiyyatı 2009


Diaqram 6. 2009-cu ildə əsas kapitala yönəldilmiş investisiyanın xarici ölkələr və beynəlxalq təşkilatlar üzrə strukturu (%)  Diaqram 7



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə15/45
tarix15.02.2023
ölçüsü0,77 Mb.
#123412
1   ...   11   12   13   14   15   16   17   18   ...   45
Azərbaycan-iqtisadiyyatı-Qubad-İbadoğlu-2009

Diaqram 6. 2009-cu ildə əsas kapitala yönəldilmiş investisiyanın
xarici ölkələr və beynəlxalq təşkilatlar üzrə strukturu (%) 
Diaqram 7. 2009-cu ildə əsas kapitala yönəldilmiş daxili və xarici investisiyalar (milyon manat) 
ABŞ
Yaponiya
Norveç
Türkiyə
Fransa
Çexiya
Beynəlxalq təşkilatlar
Böyük Britaniya
Almaniya


Azərbaycan iqtisadiyyatı - 2009
16
Rəsmi məlumatlara görə, Azərbaycanda 2009-cu
ilin ilk ayında deflyasiya qeydə alınıb. İstehlak
Qiymətləri İndeksi (İQİ) yanvarda əvvəlki aya nis-
bətən -0.6%, fevralda -0.8%, martda -0.7%, apreldə və
mayda -0.2%, iyunda isə -0.6% olub. İlin ikinci
yarımilindən başlayaraq dekabr da daxil olmaqla in-
flyasiya prosesləri müşahidə olunub. İQİ iyulda 0.8%,
avqustda 0.1%, sentyabrda və oktyabrda 0.4%,
noyabrda 1.3%, dekabrda isə 0.8% səviyyəsində qeydə
alınıb. İl ərzində İQİ 2.1 faiz bəndi (-0.8 və +1.3) ar-
alığında tərəddüd edib. Ötən il deflyasiyanın və infly-
asiyanın aşağı səviyyəsinin qeydə alınması ilk
növbədə qlobal maliyyə böhranı nəticəsində istehlak
bazarına təzyiqin azalması ilə bağlıdır. Böhran
başlanandan sonra neftin dünya bazar qiymətlərinin
kəskin enməsi nəticəsində ölkəyə daxil olan neft
pullarının azalması, istehsal sahələrində durğunluğun
müşahidə olunması əhalini gəlirlərini daha qənatlə xər-
cləməyə məcbur etdi ki, bu da son nəticədə məcmu
tələbin daralmasına gətirdi. Qonşu Rusiyanın böhran-
dan daha çox ziyan görən ölkələr siyahısında olması
bu ölkədə çalışan həmvətənlilərimizin də gəlirlərinin
azalmasına yol açdı. Nəticədə Rusiyadan daxil olan
pulların məbləğində də əhəmiyyətli azalma müşahidə
olundu. Bütün bunlarla yanaşı, Mərkəzi Bankın man-
atın məzənnəsi saxlamağa yönəlmiş fəaliyyəti də
ölkədə inflyasiyanın cilovlanmasına imkan verdi.
Nəticədə 2008-ci ildəki 20.8%-lik inflyasiyaya qarşı
2009-cu ildə 1.5%-lik inflyasiya qeydə alındı.
Müqayisə üçün deyək ki, 2009-cu ildə Ukraynada
12.3%-lik, Belorusda 10.1%-lik, Rusiyada isə 8.8%-
lik inflyasiya qeydə alınıb. 2009-cu ildə Azərbaycanın
ən iri ticarət partnyoru olan Avropa Birliyində isə İQİ
1.4% təşkil edib. 
Rəsmi məlumata görə, 2009-cu ilin dekabr ayında
istehlak mallarının qiymətləri və xidmət tarifləri
əvvəlki aya nisbətən 0,8%, yanvar-dekabr aylarında
əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 1,5% baha-
laşıb. 2009-cu ilin yanvar-dekabr aylarında ərzaq məh-
sulları, içkilər, tütün üzrə 2008-ci ilin yanvar-dekabr
aylarına nisbətən 1.5%-lik ucuzlaşma, qeyri-ərzaq
məhsulları üzrə 3.4%-lik bahalaşma, xidmətlər üzrə
isə 7.1%-lik qiymət artımı qeydə alınıb.
Dövlət Statsitika Komitəsinin rəsmi məlumatına
görə, ölkənin iqtisadi rayonları üzrə 2009-cu ilin yan-
var-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nis-
bətən istehlak qiymətləri indeksinin dəyişməsində
cəmi mallar və xidmətlər üzrə ən yüksək göstərici
Bakıda (3.4%) və Lənkəranda (2.6%) müşahidə ol-
unub. Ən aşağı göstərici isə Naxçıvanda qeydə alınıb
(-2.7%)
İqtisadi Tədqiqatlar Mərkəzinin 2009-cu ildə Azər-
baycanın 11 regionunda apardığı hesablamalara görə
isə, ötən ilin son ayında Azərbaycanda istehlak
qiymətləri indeksi 0.93% artıb. Qeyd olunan dövrdə
Bakıda qiymətlər regionlara nisbətən 4 dəfədən də çox
bahalaşıb – 1.54%. Regionlarda isə bu dövrdə cəmi
0.33%-lik artım müşahidə olunub. 2009-cu ilin
dekabrında ən yüksək bahalaşma 1.72% olmaqla ərzaq
məhsullarında qeydə alınıb.
İTM-in statistik müşahidələri göstərib ki, 2009-cu
il ərzində (yanvar-dekabr) Azərbaycanda 0.56%-lik in-
flyasiya baş verib. Bu zaman Bakıda 2.67%-lik baha-

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin