- 6 -
AKT (CAT) - Adaptiv kompüter testi / təlimi. (bax.
Adaptiv test)
Akkreditasiya (Accreditation) – təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına
uyğunluğunun və onun statusunun müəyyənləşdirilərək təsdiqlənməsi proseduru.
Ali təhsil (Higher Education) - Ali ixtisas təhsili proqramlarını həyata keçirən tədris
müəssisələri (ali kollec, institut, konservatoriya, akademiya, universitet və s.) tərəfindən verilən
təhsil. Ali təhsil kursunun məzmununa uyğun olaraq məzunlara ali ixtisas dərəcəsi verilir.
Alfa (Kronbax) əmsalı (Coefficient (Cronbach) Alpha) - Test tapşırığının verilməsində
eynitiplilik (homogen) prinsipinə riayət edilməsi üçün ümumiləşdirilmiş əmsal (bax:
Daxili
Ardıcıllıq).
Alt-test (Sub-test) – Oxşar xüsusiyyətlərə, yaxud funksiyalara görə seçilmiş test. Ayrıca
qiymətləndirilən hər alt testin nəticələrinə uyğun olaraq imtahan edilənə onun tapşırığı hansı şəkildə
yerinə yetirməsinə dair qısa məlumat təqdim olunur.
Alternativ qiymətləndirmə (Alternative assessment) - yazılı və şifahi imtahanlarda ənənəvi
qiymətləndirmə ilə yanaşı tətbiq edilə bilən alternativ üsul. Şagird (tələbə) qarşısında qeyri-müəyyən
sualları cavablandırmaq, qeyri-müəyyən problemləri həll etmək, müxtəlif üsullarla təcrübi bacarıq və
qabiliyyətləri nümayiş etdirmək tələbi qoyula bilər.
Dostları ilə paylaş: