54
D-t 601 «Satış» hesabı
K-t 205 «Mallar» hesabı
Sifarişçiyə təqdim olunan hesabnamənin ödənilməsi üçün təhvil verilən işlərin
müqavilə dəyərinə əlavə dəyər vergisi ilə birlikdə belə köçürmə tərtib olunur:
D-t 211 «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları» hesabı
K-t 601 «Satış» hesabı
Məlum olduğu kimi, mühasibat uçotunda qeydə alınan xərc maddələri
məhsulların (iş, xidmət) maddələri məhsulların (mş, xidmət) maya dəyərində
müxtəlif kombinasiylarda (bitməmiş istehsalat, buraxılan məhsullara çəkilən
xərclər) cəmlənir.
Xərc maddələri üzrə məlumatlara malik olmadan bitməmiş istehsalat, hazır
məhsullar, yerinə yetirilən işlər, göstərilən xidmətlər kimi uçot obyektlərini
qiymətləndirmək qeyri-mümkündür.
İstehsal məsrəflərinin maddələri üzrə mühasibat uçotu üçün hesablar qüvvədə
olan Hesablar Planının «Ehtiyatlar» adlı 20-ci bölməsində yerləşdirilmişdir.
Hesablar Planında qeyd olunur ki, 201-208-ci hesablar xərc maddələrini
qruplaşdırmaq, məhsulların maya dəyərini hesablamaq və digər məqsədlər üçün
nəzərdə tutulmuşdur. 20-29 saylı hesablarda məhsulların maya dəyərinə daxil
edilən müstəqim və qeyri-müstəqim xərclər uçota alınır. Müstəqim xərclər
bilavasitə buraxılmış məhsullara, yerinə yetirlən işlərə və göstərilən xidmətlərə aid
edilir. Bir neçə növ məhsullar, iş və xidmətlər üçün ümumi sayılan qeyri-müstəqim
xərclər ayrıca hesablarda uçota alınır və daha sonra məhsulların, iş və xidmətlərin
müxtəlif növləri arasında bölüşdürülməklə onların maya dəyərinə daxil edilir.
Xərclərin müstəqim və qeyri-müstəqim xərclərə bölünməsi sxemi aşağıdakı
cədvəldə verilmişdir (cədvəl 2.2.):
Müstəqim istehsal xərcləri bilavasitə 202-1 “İstehsalda istifadə edilən əsas
xammal”, 202-2 “İstehsalda istifadə olunan əsas materiallar”, 202-3 “Əsas
istehsalatla məşğul olan işçi heyətinə məsrəflər” adlı subhesablarda aparılır.
Dostları ilə paylaş: